Nakaba Suzuki — Vikipediya

Nakaba Suzuki
yap. 鈴木央
Doğum tarixi (47 yaş)
Doğum yeri Sukaqava, Fukuşima Yaponiya Yaponiya
Cinsi kişi[d][1][2]
Milliyyəti yapon
Komiks fəaliyyəti
Sahəsi manqaka
Fəaliyyət illəri 1994 – hazırda
Əsas işləri "Kongō Banchō", "The Seven Deadly Sins"
Mükafatları Kodansha Manqa Mükafatı (2015)

Nakaba Suzuki (鈴木央, Suzuki Nakaba?, d. 8 fevral 1977, Sukaqava) – yapon manqaka. Suzuki Shueisha nəşriyyatının "Weekly Shōnen Jump", Shogakukan nəşriyyatının "Weekly Shōnen Sunday" və Kodansha nəşriyyatının "Weekly Shōnen Magazine" jurnalları üçün işləmişdir.

Həyatında aldığı ilk manqa Akira Toriyamanın "Dr. Slump" manqası olmuşdur. İbtidai və orta liseydə "Kinnikuman", "Fist of the North Star" və "Dragon Ball" seriyalarının fanatı olmuşdur.[3] Peşəkar karyerasında 1994-cü ildə "Revenge" hekayəsi ilə başlamışdır. Bu işi Shueisha nəşriyyatının İsti Addım Mükafatında adı çəkilən iş olmuşdur.

Ən tanınmış və ona şöhrət gətirən işi "The Seven Deadly Sins" manqa seriyası olmuşdur. Bu manqanı 2012-ci ildə yazmağa başlamışdır. 2018-ci ilin iyuluna kimi 28 milyon nüsxəsi satılmışdır. Bu manqaya görə Suzuki 2015-ci ildə "Yowamushi Pedal" ilə birlikdə Ən yaxşı şonen manqası kateqoriyasında Kodansha Manqa Mükafatını qazanmışdır.[4][5]

  1. Record #171938920 // VIAF (çd.). [Dublin, Ohio]: OCLC, 2003.
  2. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. "Nakaba Suzuki interview on The Seven Deadly Sins". Kodansha. 2015-10-26. 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-10.
  4. "Roundup of Newly Revealed Print Counts for Manga, Light Novel Series Ends". Anime News Network. 2018-07-25. 2018-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-08.
  5. "Yowamushi Pedal, The Seven Deadly Sins Win 39th Kodansha Manga Awards". Anime News Network. 2015-05-12. 2015-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]