Naməlum torpaq (film, 1992) — Vikipediya
Naməlum torpaq | |
---|---|
Fayl:Naməlum torpaq (film, 1992).jpg | |
Janr | tarixi |
Rejissor | Leyla Səfərova |
Ssenari müəllifi | Leyla Səfərova |
Operator | Nizami Abbas |
İstehsalçı | "Birlik" Studiyası |
İlk baxış tarixi | 1992 |
Filmin digər adı | Terra-İnkoqnito |
Filmin növü | tammetrajlı sənədli film |
Ölkə | Azərbaycan |
İl | 1992 |
Texniki məlumatlar | 11 hissə 3025 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
[redaktə | mənbəni redaktə et]Bədii-publisistik sənədli filmdə Azərbaycan xalqının tarixi kökləri araşdırılır, sübut olunur ki, indiki Azərbaycan Respublikasının ərazisi azərbaycanlıların əbədi vətənidir və Azərbaycan xalqının qədim tarixi olduğu kimi, qədim və zəngin mədəniyyəti də vardır.
Bu kino əsəri Azərbaycan tarixinin əlifbası hesab edilə bilər. Film ilk insan məskənlərindən ta bu günə kimi Azərbaycan xalqının keçdiyi böyük yolun çox sadə tarixidir.
Festivallar və mükafatlar
[redaktə | mənbəni redaktə et]- 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsi
- Ən yaxşı sənədli filmə görə rejissor Leyla Səfərova priz və diploma layiq görülmüşdür.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Rejissor: Leyla Səfərova
- Ssenari müəllifi: Leyla Səfərova
- Operator: Nizami Abbas
- Səs operatoru: Teymur Abdullayev
- Aparıcı: Fikrət Məmmədov
- Bədii rəhbər: Firəngiz Qurbanova
- Prodüser: Firəngiz Qurbanova