Namiq Kamal — Vikipediya

Namiq Kamal
türk. Namık Kemal
Doğum tarixi
Doğum yeri Təkirdağ, Osmanlı İmperiyası
Vəfat tarixi (47 yaşında)
Vəfat yeri Xios, Osmanlı İmperiyası
Milliyyəti Türk
Fəaliyyəti şair, jurnalist, yazıçı, siyasətçi, tarixçi, nasir, dramaturq, tərcüməçi
Janrlar Şeir, Roman, Pyes
Tanınmış əsərləri
Vikimənbənin loqosu Namiq Kamal Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Namik Kamal (türk. Namık Kemal) (21 dekabr 1840, Təkirdağ — 2 dekabr 1888, Xios) — Türkiyə şairi, jurnalist, nasir, tərcüməçi və ictimai xadim. Tənzimat ədəbiyyatının əsas nümayəndələrindən biri. "Gənc osmanlılar" cəmiyyətinin yaradıcılarından və rəhbərlərindən biri. Dərc etdiyi qəzetlər ("Azadlıq", London, 1863-1870; "Təlimat", İstanbul, 1872-1873) Türkiyədə konstitusion fikirlərin yayılmasında böyük rol oynamışdır. 1876-cı il ilk türk konstitusiya layihəsinin hazırlanmasında iştirak etmişdir. Mədəniyyətdə Avropa istiqamətinin tərəfdarı olmuşdur. 1865-ci ildə İbrahim Şinasinin mühacirətindən sonra "Təsviri əfkar" ("Tasviri efkar") qəzetini nəşr etməya başlamışdır. Namik Kamal türk romanının banilərindəndir. "Əli bəyin sərgüzəştləri" (1876), "Cəzmi" (1880) kimi romanlar onun qələminə aiddir. İlk dramı olan " Vətən yaxud Silistrə" (1873) əsəri Krım müharibəsi (1853-1856) ərəfəsindəki hadisələri əks etdirir. Müəllifə uğuru əsərin hökumət əlehinə yazılması gətirib və bu səbəbdən yazıçı 38 ay müddətinə Kiprdəki Maqoz qalasında azadlıqdan məhrum edilib. Zindanda olarkən Namik Kamal "Zavallı uşaq" (1873), "Akif bey" (1874), "Gülnihal" (1875) əsərlərini yazmışdır. "Cəlaləddin, Xarəzm şahı" (1885) dramı monqol işğalına qarşı mübarizəyə həsr olunmuşdur.