Namus (film, 1925) — Vikipediya

Namus
erm. Նամուս
Filmdən kadr
Filmdən kadr
Janr səssiz
Əsərin müəllifi Aleksandr Şirvanzadə
Ssenari müəllifləri
Baş rollarda Hovhannes Abelyan
Hraçya Nersisyan
İstehsalçılar Armenfilm, Gürcüstanfilm
İlk baxış tarixi 13 aprel 1926 (İrəvan)
3 oktyabr 1926 (Moskva)
Müddət 62 dəq.
Ölkə
Dil rus dili
İl 1925
Rəng ağ-qara[d]
IMDb ID0017195

Namus (erm. Նամուս) — Aleksandr Şirvanzadənin 1885-ci ildə yazdığı eyniadlı romanı əsasında, 1925-ci ildə Hamo Beknazaryanın çəkdiyi ağ-qara, səssiz bədii film. Film ilk erməni bədii filmi sayılır.[1][2]

Film XIX əsrin sonlarında Şamaxıda uşaqlıqdan qonşu və yoldaş olan nişanlı iki gəncin dramından bəhs edir. Gizli görüşən nişanlıları qızın atası görüşdə tutur. Atanın olduqca pis qarşıladığı bu görüşmə səbəbindən nişan pozulur. Daha sonra qızın atası Rüstəm adlı biri ilə öz qızını evləndirir. Bu evliliyə dözməyən qızın köhnə nişanlısı — Seyran içkinin təsiri ilə Rüstəmə onun arvadı — Süsən ilə yatdığını deyir. Sübut olaraqsa, uşaqlıqdan onda olduğunu bildiyi, döşündə xal olduğunu deyir. Rüstəm aldadıldığını düşünərək Süsəni öldürür. Danışdığı yalana görə Seyran peşman olsa da, artıq gec olur.

Filmin rusca posteri, Leninqrad, 1926-cı il

Baş rolda Hovhannes AbelyanHraçya Nersisyan çəkilmişdir.

  1. Golden Apricot — a new-born symbol of Armenia http://www.gaiff.am/about-us/history Arxivləşdirilib 2022-08-23 at the Wayback Machine
  2. "Soviet Cinema in the Silent Era, 1918–1935 Arxivləşdirilib 2023-08-04 at the Wayback Machine", Denise J. Youngblood