Niger bayrağı — Vikipediya

Niger bayrağı
Təfərrüatlar
İstifadə edən(lər) Niger
Qəbul edilib 23 noyabr 1959
Proporsiya 6:7 (dəqiq deyil)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Niger bayrağı müasir versiyası 23 noyabr 1959-cu ildə qaldırılmış və o dövrdən etibarən istifadə olunmağa başlayan Niger dövlət bayrağıdır.

Bayraq üfüqi olaraq bayrağı üç bərabər hissəyə ayıran narıncı, yaşıl rənglərdən ibarətdir. Bayrağın yuxarı hissəsində mövcud olan narıncı rəng ölkənin şimal və şərq hissəsini əhatə edən Saxara səhrasını, aşağı hissəsində olan yaşıl rəng isə ölkənin qərb və cənub hissələrini əhatə edən yaşıl dərələri simvolizə edir. Bayrağın mərkəzi hissəsində yerləşən ağ rəngli zolaq isə millətin məsumluğuna, saflığına işarədir.Ağ zolağın mərkəzində, eyni zamanda da bayrağın da düz mərkəzində yer alan narıncı rəngli günəş isə, ölkənin mümkün bir müdafiə vəziyyətində millətin bütün hüquqlarından imtina edərək vətənini müdafiə edə biləcəyini göstərir.

Nisbət problemi

[redaktə | mənbəni redaktə et]

Ölkə bayrağının rəsmi olaraq hansı nisbətlərdə olması müəyyən edilmədiyi üçün, bayraq bir çox nisbətlərdə istifadə edilir.

Tarixi bayraqlar

[redaktə | mənbəni redaktə et]

Niger gerbi