Nikola Teslanın heykəli (Bakı) — Vikipediya
Nikola Teslanın heykəli | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Bakı |
Heykəltaraş | Ömər Eldarov |
Memar | Sənan Salamzadə |
Tikilib | 8 fevral 2013 |
Hündürlüyü | 3.3 metr |
Material | Bürünc |
Nikola Teslanın heykəli — Azərbaycanın paytaxtı Bakı şəhərində Azadlıq prospekti və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən parkda ucaldılmış abidə. Abidənin müəllifi Azərbaycanın xalq rəssamı, heykəltaraş Ömər Eldarov və memar Sənan Salamzadədir. Abidə tuncdan tökülmüşdür. Onun hündürlüyü postamentlə birlikdə 3.3 metr təşkil edir.
Abidənin fonunda alimin əsas ixtiralarından olan dəyişən cərəyan generatorunu əks etdirən dekorativ panno quraşdırılıb. Abidənin açılış mərasimi 2013-cü il fevralın 8-də keçirilmişdir. Abidənin açılış mərasimində Azərbaycanın prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Serbiya prezidenti Tomislav Nikoliç, xanımı Dragitsa Nikoliç iştirak etmişlər.[1][2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan və Serbiya prezidentləri Bakıda görkəmli serb alimi Nikola Teslanın abidəsinin açılışında iştirak ediblər" (az.). 8 fevral, 2013. 2015-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 dekabr,2014.
- ↑ "Алиев и Николич открыли памятник Тесле в Баку" (rus). 10 fevral, 2013. 2014-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 dekabr,2014.