Niyaməddin Musayev — Vikipediya

Niyaməddin Musayev
Ümumi məlumatlar
Doğum tarixi 1 iyun 1940(1940-06-01) (84 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1957-ci ildən
Janrlar xalq mahnısı, xalq musiqisi
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1998 "Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 1991
"Şöhrət" ordeni — 2000 2-ci dərəcəli "Əmək" ordeni — 2020 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Niyaməddin Cabbar oğlu Musayev (1 iyun 1940, İmişli rayonu) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (1998), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002), Şöhrət ordenli (2000), Əmək ordenli (2020).

Niyaməddin Cabbar oğlu Musayev 1940-cı il iyun ayının 1-də İmişli rayonunda anadan olub. 1957-ci ildən, yəni 17 yaşından peşəkar səhnədə olan sənətkarda musiqiyə olan sevgi və maraq uşaq yaşlarindan ona bu yolu seçməyə təhrik edən amillərdən olmuşdur. Gənc yaşlarında Rayon Mədəniyyət evində metodist və incəsənət məsləhətçisi işləyib. 1966-cı ildə ilk dəfə Ə. Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblında bir neçə mahnısı radio fonotekasında yazılıb. 1968-ci ildə "Muğam-68" festivalının qalibi olmuşdur.

1970-ci ildən filarmoniya cəmiyyətində işləməyə başlayıb. 1978-ci ildən "Röya" vokal instrumental ansamblının bədii rəhbəri olan Niyaməddin Musayev, ilk dəfə olaraq, Azərbaycanda milli estrada janrının yaradıcısı olmuş və həmin ildəcə ansamblın bir valı buraxılmışdır. Onun 1987-ci ildə "Dünya sənin, dünya mənim", 1998-ci ildə "Vətən həsrəti" adlı albomları və bir diski buraxılmışdır. O, 1974-cü ildə "Şahnaz təsnifi" ifası ilə sənət aləmində daha çox tanınmışdır. Dünyanın bir çox ölkələrində dövlət qostrollarında milli xalq musiqimizi təbliğ edən müğənninin, "Röya" vokal instrumental ansamblını yaratması ilk növbədə milli musiqimizlə Avropa musiqisinin sintezləşdirilməsinə və müasir səpkidə xalqa çatdırılmasına xidmət etmişdir. Muğam ifaçısı olmuş N. Musayev, Ə. Bakıxanov, B. Salahov, Ə. Dadaşov, Ə. Quliyev, A, Məşədibəyov, H. Məmmədov və H. Bayramov kimi tanınmış sənətkarlarla çalışmışdır.[1] O, tanınmasının səbəbi kimi xalqın onun sənətini qiymətləndirməsində görür. Artiq uzun illərdir milli kolaritli estradanin formalaşmasında çalışan sənətkar əksər bəstəkar və ifaçıların yaradıcılığını xoşlayır. İkinci peşə kimi Bünyadzadə adına Azərbaycan Dövlət Milli İqtisadiyyat İnstitutunun İqtisad Fakültəsini bitirmişdir

Niyaməddin Musayev Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə 1991-ci ildə "Naxçıvan Muxtar Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür.

Azərbaycan Respublikasının Prezidentinin 24 may 1998-ci il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülüb.

31 may 2000 "Şöhrət" ordeni ilə təltif edilib.

11 iyun 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.[2]

30 aprel 2020-ci ildə 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunmuşdur.[3][4]

2 fevral 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.[5]

  1. "Niyaməddin Musayevin sənətkarlar ilə çıxsılar ( keçmiş zamandan indiyə qədərk) VİDEO". www.youtube.com. 2024-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.
  2. E-qanun.az. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 2002-05-11. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2002-05-11.
  3. "N.C.Musayevin 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". President.az. 2024-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.
  4. "Azərbaycanda estrada sənətinin inkişafında xidmətlərinə görə Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib". Qafqazinfo.az. 2024-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.
  5. AzərTAc. "Деятелям культуры и искусства вручена юбилейная медаль «100-летие Гейдара Алиева (1923–2023)»" (Turoyo). AzərTAc. 07.05.2024. İstifadə tarixi: 2024-05-08.