Paris Notr-Dam kilsəsi — Vikipediya

Paris Notr-Dam kilsəsi
fr. Cathédrale Notre-Dame de Paris
Kafedralın qərb (əsas) fasadının görünüşü
Xəritə
48°51′11″ şm. e. 2°20′59″ ş. u.HGYO
Ölkə  Fransa
Şəhər Paris
Yerləşir 6 Parvis Notre-Dame – place Jean-Paul-II, 750042 Paris, İl-de-Frans
Aidiyyatı Roma-Katolik kilsəsinin Paris arxiyeparxiyası
Memar Jan de Şell, Pyer de Montrey
Sifarişçi VII Lüdovik
Tikilmə tarixi 1163—1345
Üslubu Fransız qotik memarlığı
Hündürlüyü 69 m, 90 m
Uzunluğu 128 metr (420 ft)
Eni 48 metr (157 ft)
Sahəsi
  • 5.500 m²
Qüllələri 1 (90 metr (300 ft))
Vəziyyəti stabil
Rəsmi sayt notredamedeparis.fr
Fransa tarixi abidələri
Təyin edilib1862
İstinad nöm.PA00086250
KateqoriyaKilsə
Paris Məryəm Ana kilsəsi (Paris)
Paris Məryəm Ana kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Paris Notr-Dam kafedralı (fr. Cathédrale Notre-Dame de Paris, fransız: [nɔtʁə dam də paʁi]  ( dinlə)) və ya Paris Məryəm ana kafedralıParis şəhərinin mərkəzində yerləşən katolik kafedral Fransa paytaxtının başlıca simvollarından biridir. Notr-Dam Paris arxiyeparxiyasının kafedral kilsəsidir[1]. O, Parisin ilk xristian kilsəsi hesab edilən, Müqəddəs Stefan bazilikasının yerində, daha doğrusu Site adasının şərq hissəsində, dördüncü şəhər dairəsində II Jan-Paul meydanında yerləşir. Qotik memarlıq üslublu kilsə 1163-1345-ci illərdə Paris yepiskopu Moris de Süllinin təşəbbüsü ilə ucaldılmışdır. Kilsə tam bir memarlıq üslubundan deyil, beləki kilsədə həm erkən qotik memarlıq üslübu, həm də XIII əsr qotik memarlıq üslubu cəmlənmişdir. Transeptin hər iki tərəfindəki qızılgül pəncərələri öz həcmlərinə görə Avropada ilk sıradadır və onların diaqramları 13 metrdir. Kilsənin inşası tamamlandığında kilsə qərbin ən böyük kilsələrindən biri olmuşdu. İnqilabi mübarizədən sonra 1844 - 1864-cü illərdə arxitekt Violle-le-Dükün rəhbərliyi altında kilsə restavrasiya olunmuş və kilsə memarlığına yeni motivlər əlavə edilmişdir.

Kilsə yarandığı tarixdən etibarən Parisin ən simvolik memarlıq abidələrindən biri olmuşdur. Öz memarlığı ilə fərqlənən kilsə uzun müddət Paris memarlığında birinciliyi öz əlində saxlayır və kralların tac geyindiyi Reyms Notr-Dam kilsəsi, Amyen Notr-Dam kilsəsiBove Notr-Dam kilsələri ilə müqayisə edilir. Özündə həm dini həm də tarixi motivləri ehtiva edən kilsələr, Fransa tarixinin müəyyən epizodları ilə yaxından əlaqəlidirlər. Beləki, kilsələr 1239-cu ildə Müqəddəs Tacın orta əsrlər Kral kilsəsinə gətirilməsi, 1804-cü ildə Napoleonun tacqoyma mərasimi, Bordo hersoqunun vaftiz edilməsi, Adolf Tier və Sadi Karnonun dəfn mərasimləri kimi tarixi hadisələri özündə cəmləşdirir. 26 avqust 1944-cü ildə Parisin azad edilməsi günündə general Şarl de Qollun hüzurunda Maqnifikat sərgilənir. Dini mərasimlərə 1970-ci il 12 noyabrda Şarl de Qollun ölümü, 1974-cü il 6 apreldə Jorj Pompidunun ölümü və 1996-cı il 11 yanvarda Fransua Mitteranın ölümü kimi hadisələr daxildir.

Dahi fransız yazıçısı Viktor Hüqonun "Notr-Dam kilsəsi" tarixi romanı sayəsində kafedral dünyanın ən tanınmış abidəsinə çevrilir.

Bu kilsəni (eyni zamanda kiçik bazilikanı) il ərzində 20 milyondan çox insan ziyarət edir. Bu ziyarətçi sayı kilsəni Parisin və bütün Avropanın ən çox ziyarət edilən məkanına çevirir.[2] 2013-cü ildə kilsənin tikintisinin başlanmasının 850 illik yubileyi qeyd edilmişdir. Dünyanın mədəniyyət incisi adlandırılan kilsənin bir hissəsi 2019-cu il 15 aprel tarixində yanğın nəticəsində məhv olmuşdur.

Tikintinin mərhələləri

[redaktə | mənbəni redaktə et]

Xristianlığın yeni yarandığı dövrdə Notr-Dam kafedralının yerində Yupiterə həsr edilmiş bir Qal-Roma paqan məbədinin olduğu, daha sonralar isə burada qədim bazilikalara bənzəyən böyük bir erkən xristianlıq dövrünə aid bazilikanın yerləşdiyi düşünülür. Müqəddəs Etyenə həsr edilən bu tikilinin dördüncü əsrin sonunda və ya ondan sonra təmir edildiyi və yeddinci əsrdən sonra keçmiş ənənələrin qalıb - qalmadığı bilinmir Qeyd 1 (l XlodviqKlotildanın oğlu I Kildebert kilsəsinin hipotezi).[3] Bu Müqəddəs Etyen kilsəsi zamanı üçün çox böyük idi. Qərb fasadı Notr-Damın indiki fasadından təxminən 40 metr aralıda idi və genişliyi daha kiçik idi - 36 metr. Bu tikili 70 metr uzunluğunda idi və bu, indiki kilsənin yarısından biraz daha uzundur. Mərmər sütun sıraları bir nef və dörd dəhliz ayırmışdı və bina mozaikalarla bəzənmişdi.[3]

Sant-Etyen kilsəsinin şimal tərəfində Sant-Jan-le-Rond adında bir vaftizteriya olub və Sufflonun kilsədə apardığı təmir zamanına qədər öz mövcudluğunu qorumuşdur.[4] Qal-Roma məbədi ilə Sullinin kilsəsi arasında burada ən az 4 dini məbəd olmuşdur: dördüncü əsrin erkən xristianlıq kilsəsi, sonradan Merovinq kilsəsinə daxil edilmişdir, sonradan burada Karolinq kilsəsi yaradılmış (857-ci ildə baş verən yanğından sonra yenidən bərpa edilmişdir)[5], bundan sonra burada roman kilsəsi yaradılmış və restavrasiya edilmişdir. Lakin sürətlə artan Paris əhalisi üçün, bu məbədlər kiçik həcmli idilər.[6]

1160-cı ildə yepiskop Moris de Sulli[3] zaman keçdikcə dağılan roman kilsəsinin yerinə daha böyük bir məbəd inşa etməyə qərar verir. Müqəddəs daşlar ya yenidən boyanır, ya da vəqflərə bağışlanılırdı.[4] XI - XII əsrlərdə Qərbi Avropada baş verən iqtisadi dirçəliş Fransa şəhərlərinə də təsir göstərirdi. Beləliklə şəhərlərdə əhalinin sayı sürətlə artırdı və köhnə kilsələr artıq əhali sayına görə çox kiçik görünürdü. Mütəxəssislər Paris əhalisinin II Filip Avqustun dönəmində sürətlə artmağa başladığını qeyd edirlər. Beləki, 1180-ci ildə 25000 nəfər əhalisi olan Parisin, 1220-ci ildə əhalisinin sayı 50000 nəfəri keçmişdi və beləliklə Paris İtaliya xaricində Avropanın ən böyük şəhəri olmuşdu.[7][8]

Yeni kilsənin memarlığı qotik incəsənəti ilə əlaqəli olmalı idi. Sant-Etyen kilsəsi tamamlandığı vaxtda artıq qotik üslubunda bir neçə böyük kilsə var idi. Bunlar Sant-Denis məbədi, Noyon Notr-DamLaon Notr-Dam kilsələri idi.[3] 1163-cü ildə VII Lüdovik dövründə başlanan inşaat, 1345-ci ilə qədər davam edir. Həmin dövrdə Paris, Lionda yerləşən Roma prefekturasından asılı olan Sens arxiyepiskopluğunun yepiskopluğu idi.[4]

Birinci mərhələ (1163 - 1250)

[redaktə | mənbəni redaktə et]

"Memorial Historiarum" qəzetində yazılan məqalədə Jan de Sant-Viktorun bir adətə əsasən 24 - 25 mart 1163-cü il tarixlərində kilsənin təməl daşı atılarkan Papa III Aleksandr və kral VII Lüdoviklə birgə bu hadisədə iştirak etdiyi bildirilir.[9] Mövcud məlumatlara əsasən Notr-Dam kilsəsinin inşasına 1163-cü ildə başlanıldığı bilinir.[10] Görülən işin böyük qismi yepiskop Moris de Sulli (1160 - 1197) və xələfi Odon de Sulli (1197 - 1208) tərəfindən görülür. Bunlardan əlavə adlarının naməlum olduğu dörd nəfər də bu kilsənin tikilişində fəaliyyət göstərmişlər:Qeyd 2

  • 1163 - 1182: xor və onun iki ambulator quruluşunun tikintisi. Xronikaçı Robert de Torinyiyə görə xor 1177-ci ildə tamamlanmışdır. Yüksək qurbangah kardinal Henrix de Şato-Marçay, papaMoris de Sulli tərəfindən təqdis olunmuşdur.
  • 1182 - 1190: nef, dəhliz və tribunaların son dörd körfəzinin tikintisi. Nefin tikilişi, xorun tikilişindən sonra, yəni 1182-ci ildə başladı. Bəziləri tikintinin 1175-ci ildə başladığını düşünür. Dördüncü körfəz tamamlanandan sonra, nefin tikilişi dayandırıldı.
  • 1190 - 1225: əsas fasadın və nefin ilk iki körfəzinin tikintisi. Fasadın tikintisi 1208-ci ildə başlamışdır. Həmin il portallar tikilti və bəzədildi. Qızılgül mərtəbəsinin inşası 1220-1225-ci illərdə baş tutur. Fasadın qarşısında olan nefin ilk körfəzlərinin inşasına 1218-ci ildə yenidən başlanıldı.
  • 1225 - 1250: fasadın yuxarı hissəsi və iki qüllənin inşası. Qaranlığın aradan qaldırılması üçün hündür pəncərələr daha da genişləndirildi. Təxminən 1230-a yaxın kiçik qızılgül pəncərələri çıxarıldı. Eyni zamanda tribuna tavanının yeri teraslarla əvəz edildi. Binanın üst qismindən yağış suyunun boşaldılması üçün şaperonlar və su arkaları inşa edildi. Nefin yan şapelləri su arkalarının abutmentləri arasında inşa edilmişdi. Cənub qülləsi 1240-cı ildə tamamlanmış və həmin il qüllələrin oxla təmin edilməsi fikrindən daşınılmışdı. 1250-ci ildə şimal qülləsinin inşası başa çatır. Bu zaman kilsənin inşası tamamilə başa çatır və kilsə tam fəaliyyətə hazır olur. Bu zaman Fransada Müqəddəs Lüdovik adlanan IX Lüdovik hökmranlıq edirdi. Sonrakı dövrlərdə kilsənin ümumi dizaynında əlavələr, yeni bəzəmələr və bəzi yerlərində önəmli dəyişikliklər olacaqdı.

İkinci mərhələ (1250-ci ildən XIV əsrin ortalarına qədər)

[redaktə | mənbəni redaktə et]
Paris Notr-Dam kilsəsi və Sen çayı

Bu zaman, roman üslubunda inşa edilmiş transeptik portalların, müasir qotik üslubunda inşa edilmiş fasad ilə ziddiyyət təşkil etdiyi aşkarlanır. Roman memarlıq üslubunda olan parçaların yenidən inşası yepiskop Reno de Korbey tərəfindən həyata keçirilmişdir (1250 - 1268).

Jan de Şell, Pyer de Montrey, Pyer de Şell, Jan Ravi, Jan le Buteye, Raymond du Tampl bu dövrün ən məşhur ustalarından idilər. Jan de Şell transepti əvvəl şimala, sonra cənuba doğru uzatdı və transeptin şimal fasadını və qızılgül pəncərəsini hazırladı. 1265-ci ildə onun ölümündən sonra, onun cənub xaçındakı işləri Pyer de Montrey tərəfindən görüldü. Pyer de Montrey eyni zamanda cənub fasadını və qızılgül pəncərəsinin inşasını da tamamlamışdı. O, 1267-ci ildə vəfat edir. Pyer de Montrey həm də kapella və qırmızı qapıların inşasını tamamlayır. Eyni zamanda, xorun arkalarını da dəyişdirməyə başlayır.

Paris Notr-Dam kilsəsinin cənub fasadı

Onun xələfi Pyer de Şell 1296-cı ildə lektoriyan inşa edir və xor kapellasını inşa etməyə başlayır. İkincisi, 1318-ci ildən 1344-cü ilə qədər Jan Ravi rəhbərliyində tamamlanır. Jan Ravi 15 metr aralıqla xorların arkalarını inşa etməyə başlayır. O, həmçinin xor korpusunu da inşa etməyə başlayır. Ondan sonra, onun qardaşı oğlu Jan le Buteye 1344-cü ildən 1363-cü ilə qədər xor korpusunun inşasına rəhbərlik edir. Onun ölümündən sonra Raymond du Templ xorun inşasını tamamlayır.

XV - XVI əsrlər

[redaktə | mənbəni redaktə et]

İntibah sənətkarları, qotik memarlıq üslubunu barbarlara aid olduğunu düşündükləri üçün, qotik memarlığından uzaq durmağa çalışırdılar. Buna görə də divar və qapıları örtmək üçün böyük xalçalar və asmalardan istifadə edirdilər. Barokko heykəllər, çoxlu qurbangah, masa, məzar və kenotaflar və neflərin yerini tutmağa başladılar.[11]

XVII - XVIII əslər

[redaktə | mənbəni redaktə et]
Paris Notr-Dam kilsəsi XIX əsrin sonlarında

1625-ci ildə memar Avqust Giyan tərəfindən Notr-Dam Parvis fontanı inşa edilir. Bu fontanın inşasında məqsəd Site adası sakinlərini axar su ilə təmin etmək idi.[12] 1699-cu ildə XIV Lüdovik və atası XIII Lüdovikin istəkləri nəticəsində kilsənin iç dekorasiyasında, xüsusilə də xorda böyük dəyişikliklər edilir.[13] Memar Rober de Kot xora doğru gedən dəhlizləri genişləndirmək üçün yüksək relyeflərin bir parçası olan lektoriyaları dağıdır və xora XVII - XVIII əsrlərdə Avropada olan bir çox kilsədəki kimi yeni görünüş verməyə çalışır. Yeni lövhələr yaradılır və günümüzə qədər mövcud olan heykəllərlə yeni qurbangah bəzədilir. XIV Lüdovik atasının istəyini yerinə yetirir və hər ikisi Pieta qarşısında diz çökürlər. Sonralar, 1756-cı ildə kanonlar binanın çox qaranlıq olduğunu bildirdilər və bundan sonra Le Viey qardaşları orta əsrlərdən qalma şüşələri çıxartdılar və əvəzinə bəyaz şüşələr yerləşdirdilər. Daha sonra isə kilsənin divarları rəngləndi. Lakin, qızılgül pəncərələri qorunmuşdu.[11] Sonunda din xadimlərinin xahişləri əsasında Paris Panteonunun memarı Sufflo mərkəzi portaldan şəşhur Son Mühakimə ilə bəzədilən trumo və timpanın bir hissəni çıxartdı. Bunun səbəbi gediş - gəliş üçün daha rahat keçid yaratmaq idi.

Fransa inqilabı zamanı kilsə bir neçə vandalist hücuma məruz qalmışdı. Fasadda olan Krallar qalereyasındakı yəhudi krallarının meyitlərinin başları kəsilir və kilsədən çıxarılır. Beləki, inqilabçılar yəhudi krallarının xatirələrinin monarxiyanı təmsil etdiyinə inanırdılar. Kəsilmiş 28 başdan 21-i və bir neçə digər parçalar 1977-ci ildə tapıldı və hal-hazırda Orta Əsrlər Dövlət Muzeyində saxlanılır. Kluaster portalının trumosunda olan Bakirə heykəlindən başqa, portallardakı bütün heykəllər dağıdıldı.[14] 1793-cü il 10 noyabrda Azadlıq bayramı günü Paris Notr-Dam kilsəsində Səbəb Kultu həyata keçirildi və verilən qərarla kilsə Səbəb Məbədinə çevrildi.[15] Bu kult Pyer Qaspar Şomett tərəfindən təşkil edilmişdi və kilsənin əsas qurbangahı Səbəb ilahəsi qurbangahına çevrildi. Həmin il noyabr ayının sonunda Parisdə katolik ibadəti qadağan edildi. Kilsə sonralar anbar kimi istifadə olundu.[16]

Restavrasiya (XIX əsr)

[redaktə | mənbəni redaktə et]

Kilsə 1802-ci ilin aprelində (1801-ci il konkordatından sonra) yeni ibadət mərkəzinə çevrilir. Bəzi lazımlı yenilənmələr çox sürətlə həyata keçirildi və beləliklə 1804-ci ilin dekabrında Napoleon Bonapart Papa VII Piyin hüzurunda Fransa İmperatoru elan edildi. Bu münasibətlə bina əvvəlcə boyanılmış, sonra isə PersieFonten tərəfindən bəzənilmişdi.[17] Sülh bərpa edilən dövrdə kilsənin vəziyyəti çox pis idi, buna görə də şəhər rəhbərliyi kilsənin fəaliyyətini tamamilə dayandırmaq barədə fikirləşirdi. Kilsənin quruluşuna heyran olan Viktor Hüqo "Notre - Dame de Paris" romanını yazır və bu roman çox böyük şöhrət qazanır. Bu romanın yazılmasında əsas məqsəd kilsəyə olan diqqəti artırmaq idi. Əsərdə həmçinin kilsənin dağıdılması, xəzinəsinin talanması, pəncərələrinin dağıdılması və baş yepiskopların öldürülməsi məsələlərinə xüsusi diqqət çəkilir.[18]

Bu əsər kilsənin lehinə geniş bir maraq yarada bildi. Roman, sonralar marjinal bir abidəni canlandırır və bu Paris əhalisinə daha doğma görünür. Roman bundan əlavə romantizm kimi bilinən və insanlarda dünyaya yeni baxış formalaşdıran Avropa trendinin də formalaşmasına böyük təsir göstərmişdi. Viktor Hüqonun romanı ölümcül vəziyyətdə olan tarixi abidəyə yeni həyat verilməsində əsas rol oynamışdı.

Nefin su arkalarının 800 il yaşı olacaqdır. Onlar 1230-cu ildə inşa edilmişdir.

Həmin dövrdə Notr-Dam kilsəsi barədə bir neçə fikir axını formalaşmışdı. Beləki, Fransanın yaxın keçmişindən qopmasını istəməyən monarxistlər, dindar çoxluğun inancını ifadə edən katoliklər və dünyəvi düşüncə tərəfdarı olan qruplar var idi.

Bu zaman mədəniyyət naziri kilsənin restavrasiya edilməsi ilə bağlı qərar verir. O zamana qədər kilsənin təmirindən məsul olan Qodde bərpa metodları bəyənilmədiyi üçün vəzifəsindən çıxarılır. Kilsənin bərpa işləri Jan-Baptist-Antuan Lassuya və Violle le-Dükə tapşırılır. Onlar Sant-Şapellin tikintisində fərqlənmişdilər. Violle le-Dük bir layihə və hesabat təqdim edir. 1844-cü ildə layihəsi qəbul edilir. 1845-ci ildə bu layihənin həyata keçirilməsi üçün 3.888.500 frank məbləğində büdcə ayrılmasını istəyir, lakin kilsənin təmiri üçün sadəcə 2.650.000 frank məbləğində büdcə ayrılır. Milli Məclis məbləğin verilməsi ilə əlaqədər qanun qəbul edir.Qeyd 3 Beləliklə uzun müddət gözlənilən restavrasiya prosesi başlamalı idi. 1850-ci ildə ayrılan məbləğ bitir və kilsənin təmiri dayandırılır. Violle le-Dük təmirin tamamlana bilməsi üçün yeni təkliflər verməyə məcbur olur. Ümumilikdə təmir üçün 12 milyon frankdan çox məbləğ ayrılır.

Kilsənin təmiri maliyyə cəhətdən çatışmazlıqlar olduğunu təsdiqlədi. Kilsənin aşağı hissəsinə düşmək üçün 9 metr aşağıya enmək lazım idi. Antuan Lusson və Adolf Napoleon Didro kimi şüşə sənəti ustaları dəhlizin hündür pəncərələrinin şüşələrini və kapellanın pəncərələrinin şüşələrini dəyişmək üçün XIII əsrin vitraj şüşələrindən istifadə etdilər.[19]

Kilsənin divar qapısının təmiri də layihəyə daxil idi. Beləki qırmızı qapı artıq sıradan çıxmışdı.[a 1] Qırılmış pinakllar və dağılmış üçbucaq tavanlar da təmir edildi. Portalların və fasadın böyük heykəlləri də təmir edildikdən sonra təmirin bitməsi üçün çox az iş qalmışdı. Restavrasiya edənlər Violle le-Dükün yazıları və rəsimlərinə əsasən dağılan hissələri tapmaqda çox çətinlik çəkirdilər.

Kilsənin əsaslı bərpası, xüsusilə də heykəllərin bərpası iki memarın uğurları kimi qeyd edilir. Həmin dövrdə yox edilən bütün heykəllərin sürətli bərpasına çalışırdılar. Bu heykəllərə Amyen, ŞartrReyms kilsələrində olan heykəllər də daxildir. Bunu etmək üçün memarlar, Adolf-Viktor Joffri-Deşom rəhbərliyində məşhur heykəltəraşlardan ibarət bir komanda yaratdılar. Onların bir çoxu David Danjenin atelyesindən gəlmişdilər və bir-birlərini tanıyırdılar. Heykəltəraşlardan ibarət komanda içərisində 12 bürünc heykəlin də olduğu, yüzdən çox heykəllər yaradırlar. Joffri-Deşom və Violle le-Dük heykəllərin hazırlanması işində yaxından fəaliyyət göstərirlər.Qeyd 4 Heykəllərin görünüşünü əvvəlcə Violle le-Dük tərəfindən hazırlanırdı, sonr heykəltəraşlar bu görünüşə əsasən heykəlləri hazırlayırdılar. Sonuncu daş heykəlin hazırlanması da bura daxildir. Heykəllərin hazırlanmasına memarlar tərəfindən nəzarət edilməsi, heykəltəraşlara incəsənət azadlığı vermədi.

Nikola Kustunun əsəri olan əsas qurbangah.

Restavrasiya sırasında kilsədə bəzi hissələr də dəyişildi. Məsələn, şimaldakı qızılgül pəncərəsinin yeri on beş dərəcə dəyişdirilir. Bunun səbəbi pəncərəni saxlayan divarın sökülməsi və divarın bərpa ehtiyacının yaranması idi. Sonda, memarın düşüncələrindən kənar bəzi heykəllər də yaradıdl. Bunlara misal olaraq kilsənin üzərindən Parisə baxan ximeraları göstərmək olar. II imperiya dövründə Parisin yenidənqurulması zamanı, Notr-Dam de Parvis meydanı Baron Haussmannın göstərişi ilə gigiyenik qaydada təmizlənir. Haussmanın əmri ilə Notre-Dam de Parvis meydanına bəzi dəyişikliklər edilir. Bu fəaliyyətə əsası XVIII əsrdə qoyulmuş uşaq bağçasının, İctimai Yardım İdarəsinin və keçmiş Otel Dyö-nün dağıdılmaları daxil idi. Arxeoloji Kriptanın yaranmasından sonra orta əsr küçələri və Sant Ceneviv de Ardent kilsəsinin konturları yeni rənglərlə boyanıldı. Bunun edilməsində əsas səbəb onlara diqqətin cəlb edilməsi idi.[20]

Restavrasiyadan sonra

[redaktə | mənbəni redaktə et]
Paris Notr-Dam kilsəsi. 1699-cu il

Bir müddət sonra, Paris Kommunası kilsənin dağıdılması barədə qərar verir. Paris Kommunası nümayəndələri bir neçə skamya və stullara atəş açdılar və kilsəni yandırmağa çalışdılar. Lakin yanğın istənilən nəticəni vermədi, kilsəyə yüngül zərər dəydi. Kilsə heç bir problem olmadan iki dünya müharibəsindən keçdi. 1965-ci ildə nefin on iki yüksək pəncərəsi və on iki qızılgül pəncərəsinin boz və solğun pəncərələri iyirmi dörd vitraj pəncərə ilə dəyişdirildi. Bunlar orta əsrlərin rəngləmə üsullarını istifadə edən şüşə sənətçisi Jak le Şevalyenin əsərləri idi. Əsasən qırmızı və mavi olmaq üzrə on beş rəng tonundan istifadə edildi. Beləki, rəngləmə qərbdən şərqə mavidən qırmızıya doğru gedir.[21]

1990-cı illərdə müasir proseslər, əsrlər boyu qaralan kilsənin divar daşlarının yenidən ilkin halına, saflığına və bəyazlığına qayıtmasına təsir edir. Daşları qaraldan iki ayrı çirklənmə təbəqəsi var idi:

  • Daşın hava və günəş işıqları nəticəsində qəhvərəngi olan bir hissəsi
  • Parisin çirkli havası nəticəsində qaralan gipsdən ibarət hissə

Daşlar üçün təhlükə yaradan kir qatı aradan qaldırıldı. Heykəllərə zərər dəyməsin deyə, lazer, mikro-fırçalama və nəm kompressorlar vasitəsilə təmizləndi. Çox sayda korlanmış daşlar Paris yaxınlığında olan lutetiyen daş yatağındakı daşlarla əvəz olundu. Elektrik xəttinin çəkilməsi də daşlarda müəyyən qədər dəyişikliklər edilməsinə səbəb oldu.

Kilsənin 850 illik yubileyi münasibətilə, kilsənin XXI əsrə keçməsini bildirmək üçün böyük işlər görüldü. Əsas nefin işıqlandırılması restavrasiya edildi və axşam ziyarətləri və konsertlər üçün şərait yaradıldı. 2013-cü ildə ilk olaraq böyük orqanın idarə edilməsi tamamilə komputerləşdirildi. 2014-cü ildə ikinci addım kimi, 12000 boru təmizləndi. Yeni qapı kilidləri və xüsusi naqillər quraşdırılmış yanğından mühafizə sistemi quruldu. İçəridə və çöl tərəfdə qalan naqillər kilsənin dizaynını pozmasın deyə gizlədildi. Nəhayət, 23 mart 2013-cü ildə Notr-Dam qüllələri aralarında birinci dəfə çalınan zənglə birlikdə, doqquz zənglə dolduruldu. Beləliklə kilsəyə orta əsrlərdəki görünüşünə oxşar görünüş verilir.

2012-ci ilin noyabrından 2013-cü ilin dekabrına qədər keçmiş Notr-Dam küçəsində müəyyən dəyişiklik edildi və bura "Yubiley yolu" adlandırıldı. Bu küçə kilsənin işçilərinin və xristian dininin müqəddəs şəxlərinin adları ilə bəzədilmişdi.

Kirlənmə kilsəyə böyük zərər verirdi. Buna qarqoylların düşməsi və pinaklların dağılması da aiddir. Buna görə də baş yepiskop kilsənin yenidən restavrasiya edilməsi üçün 20 il müddətində 100 milyon avroluq məbləğin yığılması üçün 2017-ci ildə çıxış etdi. 10 milyon avro işçilər üçün, kilsənin yanında müqəddəs yer üçün 10 milyon avro, su arxlarının dayaqlarını gücləndirmək üçün 20-30 milyon avro nəzərdə tutulmuşdu.[22]

Əhəmiyyətli tarixi hadisələr

[redaktə | mənbəni redaktə et]
Paris Notr-Dam kilsəsi. 1840-cı il

Notr-Dam, Fransanın tarixində çox sayda dini və siyasi hadisənin qeyd edildiyi tarixi bir məkandır.

2019-cu il yanğını

[redaktə | mənbəni redaktə et]

Notr-Dam kilsəsində yanğın 15 aprel 2019-cu il tarixində Orta Avropa vaxtı ilə saat 18:50-də başlamış və təxminən doqquz saatdan artıq davam etmişdir.[29][30] Alovlar, iki zəng qülləsini və çökən mərkəzi, o cümlədən kilsənin yuxarı hissəsindən başlayıb.[31][32] Parisli bələdiyyə başçısı Anne Hidalqo bunu "dəhşətli" bir yanğın olduğunu bildirib.[33]

  Qazıntılar, bu tikilinin memarlıq tarixini tam olaraq müəyyən etməyə imkan vermir. Kilsənin təməlində olan qayaya çatmaq üçün Sullinin kilsənin təməlini dağıtdığı düşünülür.
  Sullinin ailəsindən olan insanlardan birinin 1164-cü ildə "Ricardus cementarius" (Usta Riçard) digərinin isə 1170-ci ildə "Simon carpeutaris" (Usta Simon) adlandırılır. Bu şəxslərin həmin dövrdə çox məşhur olması barədə fikirlər var. Mənbə: Benjamin Guérard, "Cartulaire de l'église Notre-Dame de Paris", 1850, 5-ci cild, s. 47, 49 və 72.
  1815-ci ildən 1914-cü ilə qədər frankın dəyəri (90 %-lik 0.3225 qram qızıla bərabər olan german frankı) sabit qaldı və 10 avro dəyərində (2008) olduğu təxmin edilir. Buna görə də Milli Məclis kilsənin bərpası üçün 25 milyon avro məbləğində büdcə yaratdılar ki, bu da kilsənin bərpası üçün kifayət deyildi.
  Restavrasiyaçılar tərəfindən yüzə qədər böyük heykəllər yaradılmışdı. Təkcə Joffri-Deşom otuz heykəl düzəltmişdi: on səkkiz daş heykəl və on iki bürünc heykəl. Komandanın digər üzvləri Şeniyon, Fromanje, Mişel-Paskal, Tusse, Elmerik, Prinse və Vatriney idi. Sadəcə Adolf-Viktor Joffri-Deşom ölümündən sonra ad qazandı.
  1. "Discoverfrance.net". Discoverfrance.net. 28 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 May 2011.
  2. Joel Saget. "Notre-Dame, le Sacré-Coeur et le Louvre, les sites les plus visités à Paris". LExpress.fr. 2 iyul 2012. 2022-03-28 tarixində arxivləşdirilib.
  3. 1 2 3 4 age/gothique/notre dame paris.pdf Notre-Dame de Paris. Une des premières cathédrales gothiques de France (#bad_url) (PDF). Andurand. 2019-04-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-01-29. (#invalid_param_val)
  4. 1 2 3 Michel Rouche. "Jubilé de cathédrale Notre-Dame de Paris - La symbolique des cathédrales : approche historique, religieuse, sociale". La voix est libre sur Radio Notre-Dame. 19 dekabr 2012.
  5. Victor Mortet. Étude historique et archéologique sur la cathédrale et le palais épiscopal de Paris du vie au xiie siècle. A. Picard. 1888. (#missing_pipe)
  6. Marc Fourny. "Les dix secrets de Notre-Dame de Paris". Le Point. 12 dekabr 2012. 2018-08-09 tarixində arxivləşdirilib.
  7. "Paris à l'époque de Philippe Auguste". 2007-05-02 tarixində orijinalından arxivləşdirilib.
  8. Baldwin, John. Philippe Auguste et son gouvernement - Les fondations du pouvoir royal en France au Moyen Âge. Fayard. 1991. (#missing_pipe)
  9. René Héron de Villefosse. Solennités, fêtes et réjouissances parisiennes. Hachette. 1980. (#missing_pipe)
  10. Jacques Henriet. A l'aube de l'architecture gothique. Presses Universitaires de Franche-Comté. 2005. (#missing_pipe)
  11. 1 2 "Notre-Dame de Paris, joyau de l'art gothique, célèbre ses 850 ans". Libération.[ölü keçid]
  12. "Les fontaines alimentées par le Médicis". Fontaines et réservoirs de Paris. 2018-08-31 tarixində orijinalından arxivləşdirilib.
  13. "Notre-Dame de Paris et le vœu de Louis XIII, une dévotion contemporaine". 2011-02-24 tarixində arxivləşdirilib.
  14. "Historique de la construction". notredamedeparis.fr. 8 may 2016. 21 August 2019 tarixində arxivləşdirilib.
  15. Jean-Baptiste Duvergier. Collection complète des lois, décrets, ordonnances, réglements, et avis du Conseil d'État. Paris, A. Guyot et Scribe. 1825. 2022-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-31. (#invalid_param_val)
  16. Louis Laforge. "Les 850 ans de Notre-Dame". Des racines et des ailes sur France 3. 13 feral 2013.
  17. "CATHÉDRALE NOTRE-DAME DE PARIS". Napoleon Magazine. 2022-05-05 tarixində arxivləşdirilib.
  18. Cathédrale d’art et d’histoire Vitraux. 2011-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-31. (#invalid_param_val)
  19. Hervé Cabezas. Du « vitrail archéologique ». Revue d'archéologie moderne et d'archéologie générale. 1988. (#missing_pipe)
  20. Yves Combeau. "L'Histoire de Notre-Dame de Paris : 850 ans… et toujours aussi belle !". Canal Académie. 23 dekabr 2012.
  21. "Jacques Le Chevallier". 2011-02-24 tarixində arxivləşdirilib.
  22. Marc Fourny. "Il faut sauver Notre-Dame de Paris !". Le Point. 01 iyun 2017.
  23. Jean-Baptiste Lebigue. L'ordo du sacre d'Henri VI à Notre-Dame de Paris. 2012-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-02. (#invalid_param_val)
  24. Cédric Giraud, Turnhout. Notre-Dame de Paris 1163-2013. Brepols. 2013. (#missing_pipe)
  25. "Notre Dame de Paris temple de la Raison". Linternaute. 2017-12-01 tarixində orijinalından arxivləşdirilib.
  26. Le Figaro no. 228 du jeudi 10 mai 1945.
  27. "Paris: un homme se suicide à Notre-Dame". 21 may 2013. 11 April 2021 tarixində arxivləşdirilib.
  28. Marie Théobald. "Notre-Dame de Paris déborde de fidèles venus rendre hommage aux victimes des attentats". Le Figaro. 2022-05-05 tarixində orijinalından arxivləşdirilib. (#invalid_param_val)
  29. 1 2 "Important incendie en cours dans la cathédrale Notre-Dame de Paris". Le Monde (fransız). 15 April 2019. 26 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 April 2019.
  30. 1 2 "Paris' Notre Dame Cathedral on fire". CNBC. 15 April 2019. 15 April 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 April 2019. (#invalid_param_val)
  31. "'Significant fire' underway at Notre Dame Cathedral in Paris". Euronews. 15 April 2019. 15 April 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 April 2019. (#invalid_param_val)
  32. "Twitter". twitter.com. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-15.
  33. Jarvis, Jacob. "Notre Dame fire: Huge fire breaks out at world famous cathedral and sends smoke billowing across Paris". Evening Standard. 15 April 2019. 16 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 April 2019.
  • Notre-Dame de Paris, Alain Erlande-Brandenburg, Éditions de la Martinière, Paris, 1997 ISBN 2-7324-2392-0
  1. Dagerotipiya və şəkillər (səh. 210)