Nurəddin Ədiloğlu — Vikipediya

Nurəddin Ədiloğlu
Nurəddin Ədil oğlu Muğanlı
Doğum adı Nurəddin Muğanlı
Təxəllüsü AzərNUR
Doğum tarixi 1 fevral 1958(1958-02-01) (66 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Təhsili
İxtisası Jurnalist
Fəaliyyəti yazıçı
İlk əsəri "Tok Qafar" hekayəsi
Üzvlüyü
azernurmuqanli.blogspot.com/…

Nurəddin Ədiloğlu (Nurəddin Ədil oğlu Muğanlı; 1 fevral 1958, Xırmandalı, Masallı rayonu) — azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001)

Nurəddin Ədiloğlu 1958-ci il fevralın 1-də Masallı rayonunun Xırmandalı kəndində anadan olub. 1975-ci ildən dövrü mətbuatda publisistik və bədii yazıları ilə çıxış edir. 1984-cü ildə АDU-nun jurnalistika fakültəsini bitirib. "Tok Qafar" adlı ilk hekayəsi vaxtilə Masallıda çıxan "Çağırış" qəzetində dərc olunub. Gənclər təşkilatında, Rayon İcraiyyə Komitəsində, rayon qəzetində, İcra Hakimiyyəti aparatında müxtəlif vəzifələrdə çalışıb.

1999–2004-cü illərdə Masallı şəhər Bələdiyyəsinin üzvü və katibi olub. 90-cı illərdə "Millət", "Avrasiya", "Hüriyyət" qəzetlərinin cənub bölgəsi üzrə müxbiri işləyib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1995–2002-ci illərdə "Masallı" müstəqil qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Qəzet 1998-ci ildə Milli Mətbuat günü "RUH" Jurnalistləri Müdafiə Komitəsinin "Ən mübaruz əyalət qəzeti" mükafatına və diplomuna layiq görülüb. 01 fevral 2013-cü ildə "Azərbaycan mediasında səmərəli fəaliyyətinə və anadan olmasının 55 illik yubileyinə görə" Mətbuat Şurasının diplomu ilə təltif edilib.

Onun təşəbbüsü və ssenarisi əsasında 1992-ci ildə şair, alim, həkim, müəllim və bəstəkar Mir Kazım Aslanlı–Sarəngin Masallıda 80 illik yubileyi təntənə ilə qeyd olunub. İştirakı ilə hazırlanan "Sarəng ömrünün hekayətləri" adlı ədəbi-musiqili veriliş Azərbaycan radiosunun qızıl fonduna daxil edilib. "Sarəng -ruhun gözəlliyi" məqləsi ingilis, rus, türk dillərində Türkiyədə nəşr olunan "Azərbaycan dünyası" ("World of Azerbaijan") dərgisində dərc olunub (dekabr 2012, səh 80–85). Povest və hekayələri "Azərbaycan", "Ulduz", "Şəfəq", "Söz", "Mars", "Yurd", "Xəzan", "Xudafərin", "Füyuzat" ədəbi-bədii jurnallarında, "Ədəbiyyat qəzeti", "Mədəniyyət", "Sənət qəzeti", "Tac", "Kredo", "Ocaq", "Kaspi", "Ədəbiyyat naminə" və s. qəzetlərdə dərc olunub. Azərbaycan Mətbuat Şurasının "Qarabağ mövzusunun və Xocalı soyqrımının mediada təbliğınə dəstək" müsabiqəsinin pul mükafat ilə təltif olunub. "Qızıl Qələm" media mükafatı laureatıdır. Doğulduğu bölgənin ağsaqqal və ağbirçəklərinin yaddaşından qələmə aldığı folklor nümunələri Azərbaycan radiosunun "Bulaq" verilişində səsləndirilib. "Rabitə dünyası" (1998), "Masallı XX əsrdə" (2000), "Seyid Sadıq" (2002) sənədli filimlərinin ssenari müəllifi və rejissorudur. Azərbaycan kino tarixində teleserialın əsasını qoyan istedadlı rejissor Elçin Məmiyevin "Susmuş vicdan" (2010–2012) serialında 41, 42, 43-cü seriyaların, Azərbaycanın ilk Zəfər filmi olan "Beşatılan" iki hissəli bədii filminin (2021 sentyabr) ssenari müəlliflərindən və "Sevginin göz yaşları" (2013) teleserialının redaktorlarından biridir. Xocalı faciəsinə həsr etdiyi "Şəhidlər anası" pyesinin Xalq Teatrının səhnəsində 1994–2002-ci illərdə dəfələrlə tamaşası göstərilib. 2017-ci ilin iyunun 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrınının səhnəsində oynalınıb və II Respublika Xalq Teatrları Festivalının diplomları ilə təltif olunub. 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2004-cü ildən Bakı şəhərində yaşayır. 2004–2008-ci illər "Mars" ədəbi-bədii jurnalında məsul redaktor, 2005–2008-ci illər "Qarabağa aparan yol" qəzetinin baş redaktor müavini, eyni zamanda "Humanitar", "Yeni dirçəliş", "İki sahil" qəzetlərinin əməkdaşı işləyib. Hazırda "Yurd" jurnalının redaksiya heyətinin üzvüdür. 1 noyabr 2016-cı ildə İLESAM-ın (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi) üzv olub.

  1. Azərnur (roman–pritça). Bakı: "Azərbaycan" nəşriyyatı 1994.
  2. Bakı açıq şəhərdi (kino-roman). Bakı: Sabah, 1997.
  3. Ruhani dünyası (Şeyx Əsədullah axund haqqında). Masallı: Azərnəşr, 1999.
  4. Əsrin sönməz şamları (repressiya qurbanları haqqında). Bakı: Çənlibel, 1999.
  5. Seyid Sadıq aləmi. Bakı: "Əbilov, Zeynalov və oğulları", 2001.
  6. Yaqub Abbasov. Bakı: "İsmayıl" NPM, 2002.
  7. Bizim ağamız (Sənədli povest və xatirələr. Sosialist Əməyi Qəhrəmanı Seyid Məhəmməd Hüseynov haqqında). Bakı: Adiloğlu, 2003.
  8. Yarımçıq qalmış şikəstə (Sarəngin həyat və yaradıcılığı haqqında monoqrafiya). Bakı: Adiloğlu, 2005.
  9. Sonuncu monoloq (Əməkdar artist Əli Salahlı haqqında). Bakı: Araz, 2006.
  10. Qara sarmaşıq (roman). Bakı: Nurlan, 2008.
  11. Ömür vağzalı (povest və hekayələr). Bakı: Qanun, 2012.
  12. Kiçik Paris (povest və hekayələr). Bakı: "Vektor" nəşrlər evi, 2012.
  13. Sarəng zirvəsi (təkrar nəşr, əlavələrlə). Bakı: Elm və təhsil, 2012.
  14. Masallı-cənnət misallı (F. Xələfli ilə birgə). Bakı: Qanun, 2013.
  15. Halallığın haləsində (Əli Mahmudla birgə) Bakı: Apostrof,2013.
  16. Seyid Mir Sadıq Ağa. Bakı: OL, 2014.
  17. Azərnur (roman, əlavələrlə təkrar nəşr). Bakı: OL, 2014.
  18. Mənim Bağdagül nənəm. Bakı: OL, 2018
  19. Yaralı qu quşları. Bakı: OL. 2018.
  20. Şah İsmayıl (yeddi hekayə və dram) Bakı: Elm və təhsil 2018.
  21. Adəm və Həvva (kino-povest, dram və hekayələr) Tehran: 2019
  22. Taxt və tabut. Bakı: OL. 2019
  23. Bumeranq. Bakı: Mütərcim. 2019
  24. Adəm və Həvva. Təbriz: Aydın. 2020
  25. Vatan pervaneleri, Ankara: Gülnar. 2020
  26. Şəhidlik manifesti. Bakı:"CBS-PP". 2021
  27. Behişt zəvvarları. Təbriz: Aydın. 2021
  28. Qaçaq Mozu. Bakı: İmza nəşrlər evi, 2022.
  29. Sözün müharibə rəngi. Bakı: "CBS-PP". 2022. Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana
  30. Ölməzlik haqqı. Bakı: "CBS-PP". 2023.
  31. XXI əsrin qəhrəmanı. Bakı: "CBS-PP.2023.

AzərNUR imzası ilə

[redaktə | mənbəni redaktə et]
  1. Masallı Mamed. Bakı: Qanun. 2012.
  2. Cənub şikəstəsi. Bakı: Qanun. 2012.

Səhnə əsərləri:

  1. Şəhidlər anası, 1994
  2. Gözəl Bakı, Özəl Bakı, 2005.
  3. Şah İsmayıl 2017
  4. Bumeranq 2018
  5. Kövrələn buludlar,2021.
  6. Qanlı təpə, 2021.
  7. Ölümümə inanma, Ana! 2021.
  8. Ruhların qisası, 2021.
  9. Silaha sarılan yurd oğulları,2021.
  10. Zəfər Bayrağı, 2021.
  11. Şuşa fatehi, 2021.
  12. Şuşa qartalı, 2021.
  13. Oğurlanmış talelər (Xocalı soyqırımının 30 illiyinə) 2022.
  14. Vətən pərvanələri (Bir şəhid, bir şahid) 2022
  15. Yanvar səhəri, 2023

Toplayıb tərtib etdiyi, redaktoru və ön sözünün müəllifi olduğu kitablar

[redaktə | mənbəni redaktə et]
  1. Elə baxma, lalə. Bakı: Sabah, 1996.
  2. İslamda ailə tərbiyəsi. Bakı: Dünya, 1996.
  3. Hadi Seybətinli. Qaranlıq dünyama işıq gəzirəm. Bakı: Adiloğlu, 2009.

Redaktoru olduğu kitablar

[redaktə | mənbəni redaktə et]
  1. Yaqub Abbasov. Eçara. Bakı: İsmayıl NPM, 2003.
  2. İslam. Yeddioymaq. Bakı: Adiloğlu, 2010.
  3. Qorxmaz Abdulla, Nəğmələrə dönən lal haraylar. Bakı: Nərgiz, 2011.
  4. Hüseynbala Mirələmov. Çində möhtəşəm 10 gün. Bakı: Nurlan, 2012.
  5. Fərahim Sadıqov. Masallı folkloru(I kitab). Bakı: Maarif, 2012.
  6. Fərahim Sadıqov. Masallı folkloru(II kitab). Bakı: 2013.
  7. Damət Salmanoğlu "Ömrümün Bilgəh fəsli" Bakı: OL MMC −2015.
  8. Qafar Cəfərli "Günahsız mələk" (detektiv) Bakı: OL MMC −2015.

Bədii və publisistik yazılarının daxil edildiyi kitablar

[redaktə | mənbəni redaktə et]
  1. Masallı. Bakı: 1990. "Masallı İstisuyu" (səh. 37–38), "Mirkazım Aslanlı" (səh. 51–53), "Xırmandalı əfsanəsi" (səh. 76).
  2. Ə. Zahidov. Muğan. Bakı: 1999. "Zəbi Quliyev" məqaləsi.
  3. Ömür yarımçıq qalmır. Bakı: Ünsiyyət, 2001. "Muğanın anteyi" (səh. 154–155)
  4. Nahid Hacızadə. Yada düşdü. Bakı: Araz, 2008. "Yetmişi ötən, səksənə yetən" (səh. 629–631).
  5. Oxunmayan ömür nəğmələri. Bakı: Adiloğlu, 2009. "Faiqsiz qalmış yurdun ağısı…" (səh. 4–12).
  6. Ələşrəf Niftiyev. Ömür yolu-nur yolu. Bakı: Elm və təhsil, 2010. "Fenomen ziyalı" (səh. 262–267).
  7. Masallının söz çələngi (ədəbi almanax). Bakı: Adiloğlu, 2011. "Qara camış" (səh. 300–313).
  8. Farahim Sadıqov. Masallı folkloru. Bakı: Maarif, 2012. "Masallının söz boğçası" (səh. 129–142). 1. Nənələrimizin ocaqdibi söhbətlərindən. 2. Bayatılar. 3. Aza qail olmayan. 4. Allahın Masallı əla… 5. ŞAHIN ənamını xırdalayıram. 6. Mehtər əhvalatı. 7. Cahanda kəllə sağ olsun. 8. İtələmə, gedirəm də. 9. Alagöz əhvalatı. 10. Qibləyə düz dayan!
  9. Masallı Folklor örnəkləri. Folklor İnstitutu. Bakı: 2013
  10. Hacı Əhməd Səmədov. Bu da bir həyatdı… "Bizim Əhməd müəllim" (səh.164–167). Bakı: Elm və təhsil, 2013
  11. Ömür bitsə də… "Könüllərdə taxt quran…" (səh 312–313) Bakı: OL MMC, 2013
  12. Ömrün də fəsilləri olur… "Ömrümün Bilgəh fəsli" (səh110–113) Bakı: OL MMC, 2015
  13. Detektiv əsərlər müəllifi "Günahsız mələk" (səh 3–10) Bakı: OL MMC, 2015
  14. Mahir qarmon ifaçısı Hacı Abutalıb Sadıqovun 70 illiyinə həsr olunan Könüllərdə yaşayan sənətkar kitabı, Bakı: Qanun nəşriyyatı, 2015, "Köhnə kişi" (səh.106–112)
  15. Yazıçının hekayələri (Azərbaycan ədəbiyyatı) Bakı, 2017, Nərgiz nəşriyyatı. "Nuhun günahı" (səh.24), "Rəhbərə məktub" (səh.30)
  16. Sevinc Əliyeva. Masallının ilk əməkdar müəllimi. Bakı: 2017, "Yaddaşımın nur heykəli" (səh. 96–97)
  17. Şahin Musaoğlu. Ağ ümid. Bakı: 2017, "Sülh savaşçısı" (səh.176–179)
  18. Ələsgər Mirzəzadə. Tarix və Zaman. 2017, "Bir kəndin tarixi" (səh. 146–154)
  19. Mehman Əliyev."Səhranın tənha ağacı" Bakı, 2019. "Ziya" NPM ön söz.
  20. Əlizaman Baxış. "Yaxşı ki, varsan. Bakı, 2019, "Elm və təhsil, ön söz.
  21. Mən sizə darıxmaq öyrədəcəyəm. Bakı: Qanun, 2020. "Cənnətin yeni sakini" (səh 277–280)
  22. Ağalar İdrisoğlu, Ramiz İslamoğlu sorağında… Bakı: Gənclik, 2021. "Xatirələr "Ramiz Ömrü"nün davamıdır" (səh. 350–356)
  23. Vaqif Yusifli, Həyatla üz-üzə. Bakı: 2022. "Yoldaş Qardaş Fətullayev" (səh. 67–72)
  24. Əyyub Şırlanlı, Sonsuz heyranlıq hissi, Bakı:2023. "Dağlar məni qucağına çağırır" (səh. 71 −76) "İki ürəyə sahib şair ruhu" (səh. 103)
  25. Möhübbət Nurullayev, Ziyalılığın təcəssümü, Bakı,2023. "Şərəfli missiya" (səh.22–24)

Xüsusi buraxılışlar

[redaktə | mənbəni redaktə et]
  1. "Yazıçı" Nurəddin Ədiloğlu, "Oğuz eli" qəzetinin xüsusi buraxılışı. 24 səhifə, fevral, 2013-cü il, 1 (155)