Nurlat rayonu — Vikipediya
Nurlat rayonu | |
---|---|
54°26′ şm. e. 50°48′ ş. u.HGYO | |
Ölkə | |
İnzibati mərkəz | Nurlat |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 10 avqust 1930 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Nurlat rayonu (tatar. Nurlat rayonı, Нурлат районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın cənubunda yerləşir. kama çayının sağ sahilində yerləşir. Rayonun inzibati mərkəzi Nurlat kəndidir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Rayon respublikanın cənubunda yerləşir. Respublikanın Əlki, Alekseyevsk, Aksubay, Çirmeşən rayonları, Samara vilayəti (Koşkinski və Çelno-Verşinski rayonları) və Ulyanovsk vilayəti (Novomaluklinski rayonu) ilə həmsərhəddir.
Ən böyük çayları: Bolşaya Çirmeşən, Kondurca, Bolşaya Sulça.
Rayon ərazisindən keçir Moskva - Ulyanovsk - Ufa dəmir yolu keçir.
Tarixi
[redaktə | mənbəni redaktə et]1920-ci ilə qədər rayonun ərazisi Kazan vilayətinin Çistopol qəzasına və Samara vilayəytinin Melekess qəzasına daxil idi. 1920-1928-ci illərdə Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Çistopol kantonu və Samara vilayətinin Melekess qəzasına, 1928-1930-cu illərdə Çistopol kantonu daxil olur.
10 avqust 1930-cu ildə Oktyabrski rayonu olaraq təsis edilmişdir.
16 iyul 1958-ci ildə ləğv edilmiş Telman rayonunun ərazisinin çox hissəsi rayonun bir hissəsi olur.
1963-1965-ci illərdə rayonun sərhədləri böyük dəyişikliklərə məruz qalır: əvvəlcə islahat çərçivəsində ləğv edilmiş ərazilərin genişlənməsi, sonra islahat zamanı ləğv edilmiş ərazilərin bərpası.
19 avqust 1987-ci ildə Əlki rayonu ərazisinin bir hissəsi (Yeni Tumba kəndi) Nurlat rayonuna birləşdirilir.
10 dekabr 1997-ci ildə Oktyabrski rayonu Nurlat rayonu olaraq adlandırılır.
Əhali
[redaktə | mənbəni redaktə et]- Urbanizasiya
Şəhər şəraitində (Nurlat şəhəri) rayon əhalisinin 57,69% -i yaşayır.
- Milli tərkib
Rayon əhalisi tatarlar (51,8%), çuvaşlar (25,3%), ruslardan (21,6%) ibarətdir[2].
Yerli özünü idarəetmə
[redaktə | mənbəni redaktə et]Nijnekamsk rayonu ərazisinə 1 şəhər və 26 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 83 yaşayış məntəqəsi daxildir[3].
Təhsil
[redaktə | mənbəni redaktə et]Nurlat rayonunun təhsil sisteminə 41 orta məktəb, 1 gimnaziya, 3 əsas məktəb, 7959 şagirdin təhsil aldığı 15 ibtidai məktəb, 156 şagirdin əhatə etdiyi 8 nömrəli xüsusi ümumi təhsil internat məktəbi, 1 əlavə təhsil müəssisəsi daxildir. 2007-ci ildə rayonda yeni tip bir təhsil müəssisəsi açılır: 158 uşağın təhsil aldığı Tatar İbtidai məktəb-bağçası "Alsu" adlanır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
- ↑ "Всероссийская перепись населения 2010 года. Национальный состав населения Республики Татарстан" (PDF). 2012-11-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-08-31.
- ↑ "Закон Республики Татарстан от 31 января 2005 года № 32-ЗРТ «Об установлении границ территорий и статусе муниципального образования "Нурлатский муниципальный район" и муниципальных образований в его составе»". 2018-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.