Oğuzhan Koç — Vikipediya
Oğuzhan Koç | |
---|---|
Doğum tarixi | 13 may 1985 (39 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Demet Özdemir (2022-2023) |
Fəaliyyəti | aktyor, müğənni |
Fəaliyyət illəri | 2007-ci ildən |
IMDb | ID3533607 |
Vikianbarda əlaqəli mediafayllar |
Oğuzhan Koç (13 may 1985, Rəfahiyə, Ərzincan ili) — türkiyəli aktyor və müğənni.
Həyatı və karyerası
[redaktə | mənbəni redaktə et]13 may 1985-də Ərzincanın Refahiye kəndində dünyaya gəldi. Bursa Dövlət Konservatoriyasında Musiqi Şöbəsində oxudu. 2013-cü ildə "Ben Hala rüyada"adlı albom buraxmışdır.[1]
Balaca yaşlarından etibarən səhnə sənətlərinə maraq göstərən Oğuzhan Koç 2007-ci ildə BKM Atelye aktyorlarının arasına qatılıb. 2009-cu ildə rejissoru Yılmaz Ərdoğan olan Xoşbəxt həyat filmində oynayıb. "Gül ki Sevgilim" adlı mahnını Ferhat Göçərə vermiş, Gülbən Ərgəni "Uzun yol şarkıları" albomunda söz və musiqisi özünə aid olan "Giden günlerim oldu" mahnısı ilə albomda və klipdə müşayiət etmişdir. 2009-cu il dekabrın 31-i Kanal D-də yayımlanan Çok güzel hareketler bunlar adlı tyatral komediyada oxuduğu "Donuz qripi ol inşallah" adlı mahnıyla çox insan tərəfindən bəyənilmişdir. 2010-cu ildə də BKM Mutfak aktyorlarının yazıb çəkdiyi Çox filim hərəkətlər bunlar adlı filmdə oynamış və 17. Kral Tv Video və Musiqi Mükafatlarında filmin musiqiləri ilə "ən yaxşı film musiqisi' mükafatına layiq görülmüşdür.
Oğuzhan Koçun Ben hala rüyada adlı albomu 2 dekabr 2013-də Esen Müzik etiketi ilə satışa çıxarıldı. 2015 ilinin aprel ayında Gülbən Ərgən ilə birlikdə səsləndirdiyi Aşkla aynı değil mahnısınıda təqdim edilmişdir.
Oğuzhan Koç 2014-cü ildə Murat Dalkılıçın "Daha derine" albomu üçün "Bu gece aşk" adlı mahnını hazırlamışdır. Eyni zamanda dostu İbrahim Böyükağın Küçük esnaf filmi üçün "Berhudar olmak zor" adlı mahnını yaratmışdır.
TV8-dəki O ses çocuklar yarışmasının 2-ci mövsümündə münsif olaraq yer almış və yarışmada 1-ci olmuşdur.
2016-cı ilin aprel ayında çıxan Murat Bozun "Janti" albomunda yer alan "Yüzüm yok" adlı mahnının da sözləri və musiqisi Oğuzhan Koça aiddir. 7 oktyabr 2016-cı ildə "Bulutlara esir olduk" adlı mahnı, 17 oktyabr 2016-cı ildə də bu mahnının video klipi yayımlanmışdır.
Fırıldaq ailəsi adlı Türk istehsalı animasiya filmində Eser Yenenler ve İbrahim Böyükağ ilə birlikdə üç nəfər bir obrazı səsləndirərək animasiya film dünyasında bir ilkə imza atmışdır.
2017-ci ildə çıxardığı mahnı olan "Küsme aşka"nin söz və musiqisi də Oğuzhan Koça aiddir. Mahnının düzənləməsini Ozan Çolakoğlu, klipin rejissorluğunu isə Bedran Gözəl etmişdir. Klipdə Oğuzhan Koçu "Sənan Tuzcu, İrəm Sak, Şahin İrmak, Begüm Birgörən, Eren Hacısalihoğlu, Sərkan Şenalp, Alina Boz və Dilşad Şimşək" müşayiət etmişdirlər. Klip 7 aprel 2017-də rəqəmsal platformalarda yayımlanmış və ilk yayımlandığı gün Youtube-də 17 saatda 1 milyon izlənməyi keçərək rekord qırmışdır. Hal hazırda (2021) klip 133 — milyondan çox izlənmə almışdır.
2013-cü ilin may ayında Eser Yenenler və İbrahim Böyükağ ile başladıqları TV8-də yayımlanan 3 Adam adlı gecə şousu 5 ildən sonra 2018-ci ildə bitmişdir.
7 iyul 2017-ci ildə vizyona girən Doru adlı animasiya filminin dublaj qrupunda tanınmış şəxslərlə birlikdə yer almışdır.
27 oktyabr 2017-ci ildə vizyona girən Yol Arkadaşım filmində eyni zamanda filmin senaristi olan İbrahim Büyükak ilə başrol oynayaraq "Onur Güzel" obrazına həyat vermişdir. 2018-ci ildə də eyni adlı filmin 2-ci seriasinda "Onur Güzel" obrazında iştirak etmişdir.
5 iyun 2020-ci ildə Oğuzhan, "Kendime Sardım" adlı sinqlı yayımladı. Söz və musiqi Oğuzhan Koçun imzasını daşıyır. Aranjiman Çağrı Telqıvırana məxsusdur. Mehmet Əli Erginin rejissorluğu ilə "Kendime Sardım" klipi çəkilib.
Daha əvvəl TV8-də yayımlanan "O Ses Çocuklar" proqramında münsiflər heyətinin üzvü olan Koç 2021-ci ildə TV8-də yayımlanan "O Ses Türkiye" proqramında münsiflər heyətinin üzvü kimi iştirak edib və müsabiqədə birinci olub. Jüri kürsüsündə Bəyazıt Öztürk, Ebru Gündəş və Murat Boz da var.
28 avqust 2022-ci ildə Koç, aktrisa Demet Özdemirlə ailə həyatı qurub.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]Kinoteatr | |||
---|---|---|---|
İl | Adı | Rol | Qeyd |
2009 | Neşeli Hayat | Timur | Köməkçi Oyuncu |
2010 | Çok Filim Hareketler Bunlar | Oğuzhan | Oyuncu |
2017 | Yol Arkadaşım | Onur | Başrol |
2018 | Yol Arkadaşım 2 | Onur | Başrol |
Seriallar | |||
İl | Adı | Rol | Qeyd |
2015 | Bana Baba Dedi | Kaan | Başrol |
2018 | Jet Sosyete | Özü | Qonaq Oyuncu (8. bölüm)[2] |
İnternet | |||
İl | Adı | Rol | Qeyd |
2021 | İlginç Bazı Olaylar | Oğuzhan Koç (Özü) | Qonaq Oyuncu (6. bölüm) |
Programlar | |||
İl | Adı | Rol | Qeyd |
2013 | 3+1 | Aparıcı | |
2014–2017 | 3 Adam | Aparıcı | |
2014–2015 | O Ses Çocuklar | Münsif | |
Teatr | |||
İl | Adı | Rol | Qeyd |
2008–2011 | Çok Güzel Hareketler Bunlar | Oğuzhan | Oyuncu |
Reklamlar | |||
İl | Adı | Rol | Qeyd |
2008 — | Vodafone | ||
2010 | Teknosa | ||
2015 | MNG Kargo | ||
2015 | Nescafe | ||
2015 | Head&Shoulders | ||
2015 | Algida | ||
2016 | Calve Türkiye | ||
2017 | Final Four | ||
2018 | Fuse Tea |
Diskoqrafiya
[redaktə | mənbəni redaktə et]Albomlar
[redaktə | mənbəni redaktə et]- Ben Hala Rüyada-2013
- "Ayy (Ben Hala Rüyada)" — 3:18
- "Bu Yol Uzar" — 3:51
- "Gitsem Diyorum" — 4:21
- "Her Aşk Bir Gün Biter" — 3:55
- "Bitmedi Elem" — 4:13
- "Yüzük" — 4:18
- "Neşeli Ayrılık Şarkısı" — 3:10
- "Al Ahını" — 4:13
- "Yanımda Olsan" — 4:19
- "Erzincan" — 3:12
- EV-2020
- "Hesabıma Yazıyor" — 3:26
- "Yok Sanayım" — 3:29
- "Aşk Dediğin" — 4:03
- "Utan" — 3:45
- "Unutma Bari Beni" — 3:17
- "Bulutlara Esir Olduk (Akustik)" — 5:30
- "Her Aşk Bir Gün Biter (Akustik)" — 4:25
- "Aşkla Aynı Değil (Akustik)" — 3:50
- "Gül Ki Sevgilim (Akustik)" — 2:44
- "Giden Günlerim Oldu (Akustik)" — 3:14
- "Yüzüm Yok (Akustik)" — 4:06
- "Beni İyi Sanıyorlar (Akustik)" — 4:03
- "Gitsem Diyorum (Akustik)" — 5:00
- "Sükut-u Hayal (Akustik)" — 4:07
- "Neşeli Ayrılık Şarkısı (Akustik)" — 2:59
- "Bitmedi Elem (Akustik)" — 2:17
Mahnılar
[redaktə | mənbəni redaktə et]Single-lar | |
---|---|
İl | Adı |
2015 | Aşkla Aynı Değil (Gülbən Ərgən ilə düet) |
2016 | Bulutlara Esir Olduk |
2017 | Küsme Aşka[3] |
2017 | Aşinayız (Murat Dalkılıç ilə düet) |
2018 | Beni İyi Sanıyorlar |
2018 | Takdir-i İlahi |
2019 | Sükut-u Hayal |
2020 | Kendime Sardım |
2020 | Heyecandan |
2020 | Küskün |
2021 | Hepsi Geçiyor |
2021 | Bence de Zor |
Film musiqiləri | |
İl | Adı |
2006 | S/he Berlin (Qısa Film) |
2010 | Çok Filim Hareketler Bunlar (Kinoteatr filmi) — Söz & Bəsdə |
2016 | Küçük Esnaf (Sinema filmi) — Söz & Bəsdə |
2017 | Yol Arkadaşım (Kinoteatr filmi) |
2018 | Yol Arkadaşım 2 (Kinoteatr filmi) |
Mükafatları
[redaktə | mənbəni redaktə et]İl | Mükafat verən təşkilat | Kateqoriya |
---|---|---|
2011 | 17. Kral Tv Video və Musiqi Mükafatları | Ən Yaxşı Film Musiqisi (Çok Filim Hareketler Bunlar) |
2011 | 1. Pal Fm Musiqi Mükafatları | Ən Yaxşı Düet (Giden Günlerim Oldu) |
2014 | 2. Türkiyə Musiqi Mükafatları | İlin Ən Yaxşı Kişi İfaçısı |
2014 | 41. Altın Kelebek Mükafatları | İlin Ən Yaxşı Kişi İfaçısı |
2014 | Sakarya Universiteti Mükafatları | İlin Ən Yaxşı Kişi İfaçısı |
2015 | 22. İTÜ EMÖS Müvəffəqiyyət Mükafatları | İlin Ən Müvəffəqiyyətli Kişi İfaçısı |
2015 | Arel Universiteti 4. Media və İncəsənət Mükafatları | İlin Ən Yaxşı Mahnısı/Kişi (Ben Halâ Rüyada) |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Oğuzhan Koç Biyografisi". biyografi.info. 11 Nisan 2016. 2015-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 Nisan 2016.
- ↑ Şablon:Web kaynağı
- ↑ Şablon:Web kaynağı
Xarici əlaqələr
[redaktə | mənbəni redaktə et]- Rəsmi sayt Arxivləşdirilib 2021-03-02 at the Wayback Machine
- Oğuzhan Koç — X səhifəsi
- Oğuzhan Koç — Facebook səhifəsi
- Oğuzhan Koç — Instagram səhifəsi
- Oğuzhan Koç Sinema Türk sayfası
- Oğuzhan Koç IMDb sayfası