Odessa — Vikipediya
Odessa | |||||
---|---|---|---|---|---|
Одеса | |||||
| |||||
46°26′ şm. e. 30°47′ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | XV əsr | ||||
İlk məlumat | 1415 | ||||
Sahəsi |
| ||||
Mərkəzin hündürlüyü | 40 ± 1 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
| ||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +380 48 | ||||
Poçt indeksi | 65000–65480 | ||||
Nəqliyyat kodu | BH, НН / 16 | ||||
Digər | |||||
omr.gov.ua | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Odessa (ukr. Одеса; BFƏ:/ɔdesɑ/; 1794-cü ilə kimi Hacıbəy) — Qara dənizin şimal-qərb sahilində yerləşən şəhərdir, Odessa vilayətinin inzibati mərkəzi və Ukraynanın ən böyük limanıdır. Əhalinin sayına görə Odessa Kiyevdən və Xarkovdan sonra Ukraynada üçüncü yerdədir. Odessanın özünün çay lövbəri şəklində gerbi, şəhərin statusunu əks etdirən bayrağı və himni var.
Odessa şəhərinin tarixi 1794-cü ildən başlayır. 1794-cü ilin 27 mayında (7 iyunda), imperatriça II Yekaterina, Hacıbəy yerində şəhərin və limanın yaradılması haqqında fərman dərc etdi, və artıq 22 avqustda (2 sentyabrda) şəhərin əsasına birinci dirəklər vurulmuşdur. Şəhər Rusiya ordusunun mühəndis-polkovniki Frans Devolan tərəfindən təşkil edilmiş plan üzrə tikilmişdir.
Qradonaçalnik (Şəhər rəisi) Rişelyenin dövründə Odessa Rusiya imperiyasının Qara dənizdəki əsas limanına çevrildi. Şəhər elə sürətlə inkişaf edirdi ki, bir yüzillik ərzində kiçik qəsəbədən, Peterburqdan, Moskvadan və Varşavadan sonra, Rusiya imperiyasının ölçücə dördüncü şəhərinə çevrildi.
Odessa şəhərinin yeni adı haqqında birinci xatırlatma 10 yanvar 1795-ci il tarixi ilə müəyyən edilmişdir. Şəhərin adının mənşəyi haqqında bir neçə versiya var, amma ən etibarlısı şəhərin Odessa körfəzi yaxınlığında yerləşən Odessos qədim yunan koloniyasının şərəfinə adlandırılması versiyasıdır. Həmçinin Odessanın bir neçə qeyri-rəsmi adı var: Qara dənizin Mirvarisi, Odessa-ana, Cənubi Palmira və Ukraynanın Cənub paytaxtı.
Odessa çoxmillətli şəhərdir. Bu şəhərin nisbətən gec yaranması ilə və böyük dəniz nəqliyyat qovşağı kimi intensiv inkişafı ilə izah olunur. Odessada onlarla milliyyətin nümayəndələri yaşayır. Şəhərin ən birinci mühacirləri yunanlar, italyanlar, və albanlar oldular. Odessanın ən çoxsaylı etnik qrupu isə ruslardır.
Mədəni mərkəz kimi inkişaf edərək, Odessa şəhərdə təhsili inkişaf etdirməyə bilməzdi. Odessada müxtəlif istiqamətli ali təhsil müəssisələri təqdim edilmişdir. 1865-ci il mayın 1-də (13) əsası qoyulmuş İ. İ. Meçnikov adına Odessa Milli Universitetini, Odessanın bir çox ali məktəblərinin banisi hesab etmək olar. Məhz onun fakültələri bazasına belə ali məktəblər — Odessa Milli Tibbi Universiteti, Odessa Milli İqtisadi Universiteti, "Odessa hüquq akademiyası" Milli Universiteti, Odessa Dövlət Aqrar Universiteti yaradılmışdır.
1918-ci ildə əsası qoyulmuş Odessa Milli Politexnik Universitetini də Odessanın bir çox ali məktəblərinin banisi hesab etmək olar. Onun bazasında Odessa Milli Dəniz Universiteti, Odessa Dövlət Tikinti və Arxitektura Akademiyası, Odessa Dövlət Soyuqluq Akademiyası, Odessa Milli Rabitə Akademiyası, Odessa Milli Qida Texnologiyaları Akademiyası yaradılmışdır.
Həmçinin şəhərdə belə universitetlər, akademiyalar və institutlar işləyir:
- Avropa Universiteti (Odessa filialı)
- Beynəlxalq Humanitar Universitet
- Odessa Dövlət Daxili İşlər Universiteti
- Odessa Dövlət Ekoloji Universiteti
- Odessa Yəhudi Universiteti
- Regional Personalı idarə etmə akademiyası
- A. V. Nejdanova adına Odessa milli musiqi akademiyası (Konservatoriya)
- Odessa milli dəniz akademiyası
- Hərbi akademiya
- Odessa dövlət texniki nizama salma akademiyası
- Moskva humanitar akademiyasının Odessa filialı
- Odessa sahibkarlıq və hüquq institutu
- Ukrayna Maliyyə Nazirliyinin Ukrayna dövlət maliyyə və beynəlxalq ticarət universitetinin Odessa institutu
- Ukrayna Prezidenti yanında Milli dövlət idarəçiliyi akademiyasının Odessa regional dövlət idarəçiliyi institutu
- Kiyev milli mədəniyyət və incəsənət institutunun Odessa idarəetmə və biznes fakültəsi
Odessanın arxitekturası haqqında bir-iki söz demək lazımdır, hansı ki, neoklassisizmlə, modernlə, postmodernizmlə, konstruktivizmlə təqdim edilmişdir. Şəhərdə birinci binalar klassisizm stilində tikilmiş və rasionalizmlə və dekorun kasıblığı ilə fərqlənirdilər.
Şəhərdə əhəmiyyətli rolu Odessa çimərlikləri oynayır, axı ilk növbədə Odessa dəniz şəhəridir. Yayda şəhərin çimərlikləri yalnız Odessa sakinləri üçün deyil, həm də şəhərin qonaqları üçün əyləncələ və istirahət mərkəzinə çevrilir. Gecə əyləncə müəssisələri cəhətdən ən məşhuru və dolğunu "Arkadiya" çimərliyidir.
Odessada 192 pillədən ibarət olan məşhur Potyomkinski pilləkəni var. Potyomkinski pilləkənləri ilə qalxaraq, Primorski bulvara düşmək olar, hansı ki, həmçinin şəhərin diqqətəlayiq yeridir. Bütün bulvar boyunca çox gözəl arxitektura ansamblları uzanır, burada, Odessanın ən gözəl binalarından birinin — Şəhər dumasının yanında, Odessaya bir çox çox gözəl sətirlər həsr etmiş böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinə abidə ucalır.
Şəhərin əsas küçəsi — şəhərin banisi İosif Deribasın şərəfinə Deribasovskaya adı almış, daha az diqqətəlayiq yer deyil .
1884–1887-ci illərdə tikilmiş Odessa milli akademik opera-balet teatrı şəhərin və ölkənin mədəni həyatında böyük rol oynayır. Teatr öz tarixi ilə məşhurdur, onun səhnəsində böyük müğənnilər — Şalyapin, Kruşelnitskaya, Karuzo, Sobinov çıxış etmişlər.
Həmçinin Odessa kinostudiyasını da yada salmağa dəyər, hansı ki, daha əvvəllər ölkədə ən qabaqcıllardan biri hesab edilirdi. Və hətta hal-hazırda onun pavilyonlarında qeyri-adi filmlər çəkilir.
Odessada yeni nəslin bir neçə məşhur festivalları – səssiz kino və "Німі ночі: Українськеніме" müasir musiqi kamera Festivalı, "Yeni üfüqlər: Zamanın ruhu" həvəskar kino festivalı və miqyaslı Odessa beynəlxalq kinofestivalı keçirilir.
2011-ci ildə "Fokus" jurnalının illik reytinqinin versiyasına görə Odessa həyatın keyfiyyəti üzrə Ukraynanın ən yaxşı şəhəri oldu.
Tarixi
[redaktə | mənbəni redaktə et]Şəhərin qədim adı Kaçibey (Качибей), Qoçubəy (Кочубеев, Качибей, Кочубей), Hacıbəy (Гаджибей), Qocabəy (قوجه بک)[2][3], Xocabəy (خواجه بک)[4][5] şəklində 1415-ci ilə aid rus tarixi sənədlərində möhkəm türk qalası kimi çəkilir. 1764-cü ildə yaxınlaşan müharibələr xofu altında Osmanlı dövləti Hacıbəydə möhtəşəm Yeni Dünya hərb qalası tikdirir.
Şəhər 1787–1791-ci illər Rus-Türk müharibələri gedişində 1789-cu il 14 sentyabrda general İ.V.Qudoviçin komandanlığı altında və çox sayda kazakların hünəri sayəsində rusların əlinə keçmişdi. Bu zaman müharibənin gedişində, həmçinin sonrakı yenidənqurma işləri nəticəsində şəhərin bütün müsəlman-türk tikililəri, о cümlədən hərbi qala məhv edilmişdi.[6]
Adın etimologiyası
[redaktə | mənbəni redaktə et]Bəzi tarixi mənbələrə görə Edessa (Odessa) eramızdan əvvəl II əsrdə şimali Mesopotamiyada mövcud olan şəhər-dövlət adı olmuşdur. Xristianlığın yayılmasında mühüm rol oynayan mərkəz sayılırdı. Bu tarixi şəhərdə 300-ə yaxın monastır olduğu söylənilməkdədir.
Sovet Tarix Ensiklopediyasında (rus dilində) oxuyuruq:
Qudoviç İvan Vasilyeviç 1781–1791-ci illər Rus-Türk müharibəsi zamanı Hacıbəyin (müasir Odessa) alınmasına rəhbərlik edirdi.[7]
Hacıbəyin işğal olunması ilə Dnepr və Dnestr arasında sahil zolağı rusların əlinə keçdi.[8][9]
Artıq XIX əsrdə xarici ticarətin inkişafı və dəmiryolu çəkilişi ilə əlaqədar Odessa yeni, böyük şəhərə çevrilir.
Görkəmli şəxsləri
[redaktə | mənbəni redaktə et]- Nikolay Gikalo
- Leonid Fursenko (1936-cı il təvəllüdlü) - Odessa vilayətində müəllim, alim, məktəb və məktəbdən sonrakı təhsil təşkilatçısı (Ukrayna)[10].
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ State Statistics Service of Ukraine Чисельність наявного населення Українина 1 січня 2022. Kiyev: State Statistics Service of Ukraine.
- ↑ REDHOUSE'S TURKISH DICTIONARY, London, 1880
- ↑ Dizionario İtaliano e Turco, Milano, 1834
- ↑ Map of Black Sea and environs
- ↑ Турецкий собеседник, Санкт-Петербург, 1876
- ↑ Türkler, XII с Ankara, 2002, s.533
- ↑ Sovet Tarixi Ensiklopeditası (СИС т.4. c.878)
- ↑ Yılmaz Öztuna. Büyük Osmanlı tarihi, V c, s.85
- ↑ Клокман Ю.Р. Кутузов в период русско-турецкой войны, 2-й половины XVIII в., М., 1959, с.134
- ↑ (uk)// Віталій Орлов. Леонід Фурсенко: вчитель, керівник та дослідник освіти. - Я - Одесит, 24.09.2022 Arxivləşdirilib 2023-08-06 at the Wayback Machine