Ogüst Valras — Vikipediya

Ogüst Valras
fr. Auguste Walras[1]
Doğum adı Antuan Auguste Walras
Doğum tarixi 1 fevral 1801(1801-02-01)[2]
Doğum yeri
Vəfat tarixi 18 aprel 1866(1866-04-18)[2] (65 yaşında)
Vəfat yeri
Uşağı
Elm sahəsi iqtisadiyyat[1]
Mükafatları "Fəxri legion" ordeni kavaleri

Ogüst Valras (fr. Auguste Walras; 1 fevral 1801[2], Monpelye18 aprel 1866[2], Po) — Fransa iqtisadçısı (həvəskar) və məktəb direktoru. Görkəmli riyaziyyatçı Leon Valrasın atasıdır.

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ogüst Valras oğlu Leon Valrasın fəaliyyətinə əhəmiyyətli təsiri ilə yadda qalıb. Belə ki, o, Leonun iqtisadiyyat sahəsi üzrə təhsil almasına nail olmaq üçün oğlunu ədəbiyyata olan marağından uzaqlaşdırmışdı. Qıtlıqfaydalılığın dəyər mənbəyi kimi götürülməsi məhz Ogüstün ideyası idi. Keçmiş sinif yoldaşı Antuan Kurnodan təsirlənərək oğlunu iqtisadi təhlillər zamanı riyazi vasitələrdən istifadə etməyə təhrik etmişdi.

Ogüst Valras insanların istəkləri ilə malların qıtlığını qarşılaşdıraraq onların dəyərini aşkar etmişdi. Onun nəzəriyyələrini hazırlayarkən göstərdiyi səylər Leon Valrasın çəkəcəyi bir eskizdən daha uzağa getmədi. Ogüst Valrasın torpaqların milliləşdirilməsi ilə bağlı siyasi mövqeyi də gənc Valras tərəfindən qəbul edilmişdi.

  • De la nature de la richesse et de l'origine de la valeur (Dəyərin mənbəyi və zənginliyin təbiəti haqqında), 1831.
  • "Considérations sur la mesure de la valeur et sur la fonction de métaux precieux" (Dəyər ölçüsü və qiymətli metalların rolu haqqında fikirlər), 1836, Revue mensuelle d'économie politique
  • Theorie de la Richesse Sociale (Sosial sərvət nəzəriyyəsi), 1849.
  • Esquisse d'une Théorie de la Richesse (Sərvət nəzəriyyəsinin eskizi), 1863

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]