Oleq Antonov — Vikipediya
Oleq Konstantinoviç Antonov | |
---|---|
ukr. Антонов Олег Костянтинович | |
Doğum tarixi | |
Doğum yeri | Troisa kəndi, Podolski qəzası Moskva quberniyası Rusiya imperisayı |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Kiyev, USSR, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Elm sahəsi | Konstruktor |
Elmi dərəcəsi | texniki elmlər doktoru |
Elmi adları | akademik, professor |
İş yerləri |
|
Təhsili | Kalinin Politexnik İnstitutu |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Oleq Konstantinoviç Antonov (7 fevral 1906 - 4 aprel 1984) — məşhur Sovet təyyarə dizayneri, Ukraynada yerləşən dünyaca məşhur olan təyyarə şirkəti Antonovun (sonralar onun şərəfinə adlandırılıb) ilk rəhbəri. Antonov Sovet təyyarələrinin və həm hərbi, həm də mülki istifadə üçün nəzərdə tutulmuş planerlərin çox uğurlu layihələndirilməsinə cavabdeh olan şəxs idi.
Erkən həyatı və mühəndislik karyerası
[redaktə | mənbəni redaktə et]Antonov 7 fevral 1906-cı ildə Rusiya imperiyasının Troisa kəndində (indi Moskva vilayətinin Podolski rayonu) anadan olub. 1912-ci ildə Antonov Saratova köçüb və burada orta məktəbə gedib. Erkən yaşlarında aviasiya onu çox maraqlandırdığı üçün asudə vaxtının xeyli hissəsi yerli aerodromda keçirirdi.[1]
17 yaşı olanda Antonov "Həvəskar Aviasiya Klubu" yaratdı və sonralar Hərbi Hava Qüvvələrinin Dostları Təşkilatı ilə birləşdi. Daha sonralar o, OKA-1 "Göyərçin" adlı planeri hazırladı və Moskvada keçirilmiş yarışda iştirak etdi.[1] O, bu yarışda iştirak edən digər 12 iştirakçını qabaqlayaraq, birinci yeri tutdu.
1930-cu ildə Antonov Leninqradda yerləşən Kalinin Politexnik İnstitutunu bitirdi. O, planerlər üzərində işlərini davam etdirərək və 1931-ci ildə Moskva Planer Zavodunda rəhbər konustruktor oldu. Növbəti səkkiz il ərzində Standart-1, Standart-2, OKA-6 və böyük Lenin Şəhəri planerlərinin də daxil olduğu 30 müxtəlif planeri layihələndirib. SSRİ-də bütün pilotların tələbləri ilə əlaqədar olaraq, planerlərdə uçuş təlimlərinə başlamalı idi. Lakin 1938-ci ildə baş vermiş insidentdən sonra, yəni təlimçinin planerdən istifadə edərək, qərbə qaçmasından sonra Sovet hökuməti planer hazırlığı ilə bağlı öz qərarını ləğv edərək, planer idmanına qadağa qoydu və Moskva Planer Fabriki bağlandı.
Müharibədən sonrakı karyerası və Antonov şirkətinin yaradılması
[redaktə | mənbəni redaktə et]İkinci dünya müharibəsindən sonra Antonov Yakovlevdən xahiş etdi ki, ona müstəqil şəkildə işləməyə icazə versin. 31 may 1946-cı ildə Antonov yeni layihələndirilmiş zavodun (sonralar Antonov Elmi Tədqiqat və Konstruktor Bürosu kimi tanınmağa başlayıb) rəhbəri təyin edilib.[1] Daha sonralar şirkətin qərargahı Ukraynanın Kiyev şəhərinə köçürülüb. 1946-cı ilin sentyabrında Antonov konstruktor bürosunun rəhbəri olmaqdan əlavə, Aeronavtika üzrə Sibir Tədqiqat İnstitutunun direktoru oldu.
Antonov Bürosunun ilk layihə etdiyi təyyarə kənd təsərrüfatı üçün nəzərdə tutulmuş Skh-1 idi. Daha sonra isə yenidən layihələndirilmiş An-2 təyyarəsi həm kənd təsərrüfatı aviasiyası həm də universal təyyarə kimi böyük miqyasda istifadə üçün Polikarpov Po-2 əvəzləyici kimi 1947-ci ildə layihələndirildi. Antonov tamamilə metaldan hazırlanmış və qapalı uçuş göyərtəsinə və 12 yerlik sərnişin kabinəsinə malik olan biplan da layihə etmişdi.[1]
Oleq Antonov 1945-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvüdür. Antonov SSRİ Ali Soveti İttifaq Şurasının Kiyev vilayəti üzrə 5-11-ci çağırış deputatı idi.[2][3][4][5][6][7][8]
Kiyevdə yaşayan Antonov 1984-cü ildə 78 yaşında vəfat edib və Baikove qəbiristanlığında dəfn olunub.
Layihə etdiyi işlər
[redaktə | mənbəni redaktə et]Antonovun rəhbərliyi altında yaradılmışdır:
- planerlər — Göyərçin, Cəbhə rotası-1, Cəbhə rotası-2, Cəbhə rotası-3, Cəbhə rotası-4, А-11, А-13, А-15;
- nəqliyyat təyyarələri — An-8, An-12, An-26, An-22, An-32, An-72, An-124, An-74
- çoxməqsədli təyyarələr — An-2, An-14 «Arı», An-30, An-28, An-3;
- sərnişin təyyarələri — An-10 və An-24.[9]
İrs
[redaktə | mənbəni redaktə et]- Kiyevdə Antonovun adına küçə adlandırılmışdır. Yaşadığı evin divarında xatirə lövhəsi var. Həmçinin yük aeroportunu Antonovun adını daşıyır.
- Kiyev aviasiya elmi-texniki kompleksinə onun adı verilib.
- Ulyanovskda Antonovun adını daşıyan prospekt var.
- Saratov və Ulan Ude şəhərlərində onun adını daşıyan küçə var.
- 2006-cı ildə Rusiya Federasiyasının Mərkəzi Bankı onun adına xatirə sikkəsi buraxıb.
- 2006-cı ildə Antonovun anadan olmasının 100 illiyinə həsr edilmiş Ukraynanın poçt markası buraxılmışdır.
- Rusiyada Antonovun adına buraxılmış xatirə sikkəsi
- Ukraynada Antonovun adına buraxılmış xatirə sikkəsi
- Ukrayna poçt markası (2006)
- Antonov və onun konstruksiya etdiyi təyyarələr Rusiya poçt markasında (2006)
İllüstrasiyalar
[redaktə | mənbəni redaktə et]- Аn-124
- Аn-74
- АН-225
- Аn-70
- Аn-72 с
- Аn-140
- Аn-148
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 "Prominent Russians: Oleg Antonov". russiapedia.rt.com (ingilis). 16 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2016.
- ↑ "SSRİ Ali Sovetinin deputatlarının siyahısı 5-ci çağırış". 2013-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-24.
- ↑ "SSRİ Ali Sovetinin deputatlarının siyahısı 6-cı çağırış". 2011-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-24.
- ↑ "SSRİ Ali Sovetinin deputatlarının siyahısı 7-ci çağırış". 2014-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-24.
- ↑ "SSRİ Ali Sovetinin deputatlarının siyahısı 8-ci çağırış". 2012-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-24.
- ↑ SSRİ Ali Sovetinin deputatlarının siyahısı. 9-cu çağırış. SSRİ Ali Sovetinin Rəyasət heyətinin nəşri. 1974. səh. 550.
- ↑ "SSRİ Ali Sovetinin deputatlarının siyahısı 10-cu çağırış". 2013-07-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-24.
- ↑ "SSRİ Ali Sovetinin deputatlarının siyahısı 11-ci çağırış". 2013-04-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-24.
- ↑ Böyük Rusiya Ensiklopediyası: В 30 т. / Председатель науч.-ред. совета Ю. С. Осипов. Отв. ред С. Л. Кравец. Т. 2. Анкилоз — Банка. — М.: Большая Российская энциклопедия, 2005. — 766 səh.: ил.: карт.