Orasio Kiroqa — Vikipediya
Orasio Kiroqa | |
---|---|
Horacio Quiroga | |
Doğum adı | Horacio Silvestre Quiroga Forteza |
Təxəllüsü | S. Fragoso Lima |
Doğum tarixi | 31 dekabr 1878[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 19 fevral 1937[3][1][…] (59 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | sianiddən zəhərlənmə[d] |
Fəaliyyəti | hekayə yazıçısı[d], dramaturq, şair, yazıçı, dramaturq |
Əsərlərinin dili | ispan dili |
İstiqamət | modernizm |
İlk əsəri | Mərcan qayaları/ Los arrecifes de coral |
Vikianbarda əlaqəli mediafayllar |
Orasio Silvestre Kiroqa Fortesa (isp.: Horacio Silvestre Quiroga Forteza; 31 dekabr 1878[1][2][…], Salto[4] – 19 fevral 1937[3][1][…], Buenos-Ayres[3][4]) ─ Uruqvay yazıçısı, 31 dekabr 1878 ildə Salto şəhərində anadan olub. 19 de algo de 1937 Buenos Aires vəfat edib.[5]
Həyatı və fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Orasio Kiroqanın atası argentinalı diplomat Prudensio Kiroqadır. Oğlunun doğumundan iki ay yarım sonra təsadüfi tüfəng atəşindən vəfat etdi. Montevideoda təhsil alan Orasio ədəbiyyat və eksperimental elmlərə (mexanika, fizika, kimya) meyl göstərirdi. 1899-cu ildə Parisi ziyarət edir. Uruqvaya qayıdaraq ispan dilini tədris edir, jurnalistika ilə məşğul olur və fotoqraflığa meyl göstərir. İlk çıxışını 1901-ci ildə ispan dilli modernizmin (Ruben Dario) təsiri ilə yazılmış şeir və poetik nəsr kitabı ilə etdi. 1902-ci ildən əsasən Argentinada yaşayırdı. Bir fotoqraf olaraq, Təhsil Nazirliyinin dəstəyi ilə Leopoldo Lugones tərəfindən təşkil edilən Çako vilayətinə bir ekspedisiyada iştirak etmişdir. Selvaya aşiq olur, və orada bir neçə il ailəsi ilə birlikdə yaşayır. 1915-ci ildə intihar edən həyat yoldaşını itirdi. 1920-ci illərdə kinoda ssenari müəllifi kimi çalışmış, film tənqidi ilə məşğul olmuş, qəzet və jurnallara yazmışdır. Yazıçının ikinci evliliyi uğursuz oldu. Prostat xərçəngindən əziyyət çəkən yazıçı, dostun gözünün qabağında siyanid içib. Dözülməz ağrıdan bir neçə dəqiqədən sonra Orasio Kiroqa vəfat etdi.[6]
Osario Kiroqa Edgar Poun üslubuna oxşar qaranlıq fantaziya ilə bürünmüş, təbiətin qaranlıq, ölümcül qüvvələri və insan psixikası haqqında qısa hekayə və romanların müəllifidir. Bir neçə nəslin uşaqları arasında populyarlaşan selvanın təbiəti və heyvanları haqqında hekayələri də hər kəsə məlumdur.
Ölümdən sonrakı tale
[redaktə | mənbəni redaktə et]Kiroqanın romançılığı Xulio Kortasarın yaradıcılığına böyük təsir göstərdi. Yazıçının nəsrinə əsaslanaraq Mario Soffiçi, Pablo Trapero və digər rejissorlar filmlər çəkib. 1983 ildə Enrike Amorim Kiroqa haqqında xatirələr yazıb.
Kitablar
[redaktə | mənbəni redaktə et]- Mərcan qayaları/ Los arrecifes de coral (1901, şeir)
- Başqasının cinayəti/ El crimen del otro (1904, novellalar)
- Qovulmuşlar/ Los perseguidos (1905, novellalar)
- İztirablı sevginin hekayəsi/ Historia de un amor turbio (1908, roman)
- Sevgi, dəlilik və ölüm nağılları/ Cuentos de amor, de locura y de muerte (1917, novellalar)
- Selva nağılları/ Cuentos de la selva (1918, uşaqlar üçün hekayələr)
- Vəhşi/ El salvaje (1920, novellalar)
- Qurban olanlar/ Los sacrificados (1920, pyeslər)
- Anakonda/ Anaconda (1921, hekayələr)
- Səhra/ El desierto (1924, hekayələr)
- Kəsilən toyuq və digər hekayələr/ La gallina degollada y otros cuentos (1925, hekayələr)
- Sürgünlər/ Los desterrados (1926, hekayələr)
- Keçmiş sevgi/ Pasado amor (1929, roman)
- Digər tərəfdə/ Más allá (1935, novellalar)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Horacio Quirogà // Internet Broadway Database (ing.). 2000.
- ↑ 1 2 3 4 Кирога Орасио // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 3 4 Authority file of the National Library of Uruguay (isp.).
- ↑ Waldo González López. "El "salvaje" Horacio Quiroga" (isp. ). Jóvenes Digital. 8 oktyabr 2010. 2009-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2020.
- ↑ "Una vida de amor, locura y muerte: Horacio Quiroga" (isp. ). Jacintario. 25 mart 2008. Archived from the original on 2020-02-17. İstifadə tarixi: 5 noyabr 2020.