Osman Gündüz — Vikipediya

Osman Gündüz
bayraq
Balakən Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
27 may 1992 – 24 avqust 1993
Əvvəlkiİlham Kərimov
SonrakıŞamil Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 1961
Doğum yeri
Partiya
Təhsili

Gündüz Osman Mehdi oğlu və ya Osman Qunduzov (1961, Balakən) — Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992-1993), "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti.

Osman Gündüz 1961-ci ildə Balakən rayonunda anadan olmuşdur.

1983-cü ildə riyaziyyatçı ixtisası üzrə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib.

Ölkədə informasiya texnologiyaları sahəsində ilk qeyri-hökumət təşkilatının təsisçisi kimi uzun müddətdir informasiya texnologiyaları sahəsində, ölkənin milli İnternet infrastruktru haqqında araşdırmalarla məşğuldur.

Osman Gündüz Azərbaycan İnternetinin inkişafı, tənzimlənməsi və özünütənzimləməsi ilə bağlı müxtəlif beynəlxalq tədbirlərin iştirakçısıdır. Ölkədə milli multimedia məhsulu olan "Azərbaycan panoramı" informasiya sisteminin (1997–1998), təhsildə İKT-nin tətbiqinə əsaslanan "AzTest" interaktiv tədris vəsaitinin, "AzLaws" — Azərbaycan Respublikasının qanunvericilik bazası" İnformasiya sisteminin (1999), "AzTarix"-_6 multimedia dərs vəsaitinin (2004), AzNGO İnformasiya sisteminin (2005) və digər elektron məhsulların müəllifi və hazırlanması ilə bağlı layihələrin rəhbəri olub.

2005-ci ildə parlament seçkilərində deputatlığa namizəd olub. "İnternet. Azərbaycan İnternet Resursları" (2005–2006), "Kompüter. İnformasiya texnologiyalarının əsasları" (2006), "Mobil telefonun özəllikləri. Mobil telefon və kompüter" kitablarının müəllifidir.[1]

Siyasi faəliyyəti

[redaktə | mənbəni redaktə et]

Osman Gündüz Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olmuşdur. 27 may 1992-ci il tarixində Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.[2] 24 avqust 1993-cü il tarixində vəzifəsindən azad edilmişdir.[3]

1993-cü il hadisələrindən Əli Ansuxskinin tərəfdarları tərəfindən girov götürülüb. Girov götürülən zaman ayağından güllələnən icra başçısı bir müddət Gəncə təcridxanasında saxlanılaraq, sonra azadlığa buraxılıb.[4]

  1. Binəqədi rayonunda Yerli icra hakimiyyəti orqanlarında və onların sosial şəbəkələrində informasiya açıqlığı mövzusunda məlumat saatı keçirildi Arxivləşdirilib 2017-12-04 at the Wayback Machine — 2017–11–30
  2. "Arxivlənmiş surət". 2018-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
  3. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
  4. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.