Ota Benqa — Vikipediya
Ota Benqa | |
---|---|
Ota Benga | |
| |
Doğum tarixi | |
Doğum yeri | Koloniya Konqosu |
Vəfat tarixi | |
Vəfat yeri | Linçberq, Virciniya, ABŞ |
Vəfat səbəbi | intihar |
Uşağı | 2 |
Vikianbarda əlaqəli mediafayllar |
Oto Benqa (1883, Konqo — 20 mart 1916, Linçberq) – bugünkü Konqo Demokratik Respublikası torpaqlarında yaşamış qaradərili Mbuti piqmeyi. Ota Benqanı 1904-cü ildə ABŞ-nin Missuri ştatının Sent-Luis şəhərində təşkil edilən Luiziana alqı-satqı sərgisində, sonra 1906-cı ildə Bronks zooparkında açılan və böyük müzakirələrə səbəb olan insanxanada sərgilənməsi ilə məşhurdur.[1]
İlk illəri
[redaktə | mənbəni redaktə et]Ota Benqa ehtimal ki, 1883-cü ildə Belçikanın Konqo koloniyasında Kral Leopoldun əmriylə 5–15 milyon insan qətlə yetirildiyi bir dövrdə dünyaya gəlmiş və həyatda qalmağı bacarmışdır. 1903-cü ildə, təxminən 19 yaşındaykən evli və 2 uşaq atası olan Ota Benqa müvəffəqiyyətli bir fil ovundan qayıdarkən tutularaq kölələşdirilmişdir. Həyatını araşdıran bioqrafiyaçıların yazdığına görə fili ovlaya bilmək üçün bir neçə gün boyunca ailəsindən uzaq qalan Ota itiləşdirilmiş taxta bir çubuqla ovunu ovlaya bilmişdir. Ovundan aldığı hissələri qürurla evinə daşıyarkən, kəndinə çatdıqda kənddən geriyə heç bir şey qalmadığını görmüşdü. Xalq Qüvvələri adlı militan və qaçaqçılıqla məşğul olan qruplaşma həyat yoldaşını və uşaqlarını qətl etmiş və kiçik qəbilənin demək olar ki, hamısını məhv etmişdi. Eyni qüvvələr Ota Benqa və həyatda qalan bir neçə digər qəbilə üzvünü əsir almışdı. Günlərlə piyada yeriməyə məcbur edilən Ota Benqa pulla əvvəlcə Basişeller adlı bir insan qrupuna, sonra isə bunlar vasitəsilə Samuel Filips Verner adlı bir xristian missionerə satılmışdır.[1]
Ota Benqanı alıb-satan, harada nə ediləcəyinə qərar verən adam Sent-Luis Dünya Sərgisi tərəfindən vəzifələndirilən Samuel Fillips Verner adlı bir xristian missioneri iş adamı və səyyahdır. Bəzi qaynaqlarda özünü bir həkim olaraq təqdim etsə də, əslində Cənubi Karolina Universitetindən 19 yaşında bir universitet tələbəsi olaraq məzun olmuşdu, hər hansı bir elmi adı yox idi. Özü bundan sonra bir dəmiryolu işçisi olaraq işləmiş, ailəsinin də məşhurlaşdığı yol kimi kölə ticarətini seçmiş və sonra Ota Benqanı kölə etdiyi dövrlər geridə qalmış, öz ailəsinin şansının itməsi ilə aclıqla mübarizə apararaq ölmüşdür. Verner kölələri antropoloq olmasına baxmayaraq daha çox bir şoumen olaraq tanınan Uilyam Makqidən alırdı.[1]
Sərgilənməsi
[redaktə | mənbəni redaktə et]Yaş: 23
Boy: 1,49 metr
Ağırlıq: 46 kq
Kassai çayı, Azad Konqo Dövləti, Cənubi Afrikadan Dr. Samuel P. Verner tərəfindən gətirilib.
Sentyabr boyunca hər günortadan sonra sərgilənəcək.
1904-cü ildə qızdırmalı olmasına baxmayaraq Sent-Luisə aparılan Ota Benqa və digər 8 afrikalı qısa müddətdə Dünya Sərgisinin diqqət mərkəzinə düşdülər. Ota Benqanı digərlərindən ayıran isə səmimi olması və qismən iti uclu dişlərə sahib olması idi. Bu halıyla "səmimi olmasına baxmayaraq aşağı səviyyəli bir insan" olaraq təqdim edildi. Hətta bir qəzet Ota Benqanı dişlərinə görə "Afrikanın saf adamyeyənlərindən biri" olaraq təqdim etdi. Burada ziyarətçilər Ota Benqanın özünü görmək üçün 25 sent, əlavə olaraq bir də dişlərini görmək üçün əlavə 5 sent pul ödəyirdilər. Ota Benqanın sahibi olan Verner 28 iyul 1904-cü ildə Ota və digər afrikalıları geyindirərək onları Amerikan yerliləri və "qruplaşmaları" kimi göstərən bir oyunda oynatdı. Bu nümayiş tərzinə görə sərginin sonunda Verner antropologiya qolunda qızıl medala layiq görüldü.[1]
Daha sonra Ota Benqa və Verner Afrikaya qayıtdılar, digər afrikalıları Konqoda sərbəst buraxdılar. Bu sırada Ota da Batva yerliləriylə qısa bir müddət yaşadı və burada bir qadınla evləndi. Qadın bir ilan sancması nəticəsində həyatını itirdi. Özünü Batvaya aid hiss etməyən Ota Verner ilə birlikdə ABŞ-yə qayıtma qərarı aldı. Batva xalqı da onu lənətli olduğu üçün istəmirdi. Amerikada Verner onu Amerikan Təbiət Tarixi Muzeyinə yerləşdirdi. Cənublu kimi geyindirilən Ota Benqa muzey ziyarətçilərini əyləndirməkdən məsul idi. Ota Benqanın bu işdən bir müddətə həzz aldığı müxtəlif qeydlərdə yer alsa da, nəhayət ev həsrəti çəkməyə başladı. Bir neçə dəfə muzeydən qaçmağa çalışdı, ancaq müvəffəq ola bilmədi. Bu sırada Verner də sürətlə pul itirirdi. Nəhayət, Vernerin qərarından sonra muzeylə olan əlaqələrini kəsdi və yeni bir evə köçdü.[1]
Bronks zooparkı
[redaktə | mənbəni redaktə et]Bu evində də uzun müddət qala bilmədi, çünki Vernerin pul qazanmaq üçün başqa bir fikri vardı: 1906-cı ildə Bronks zooparkında açılacaq insan sərgisində Otanı sərgiləmək qərarı aldı. Dövrün antropologiya anlayışına uyğun bir şəkildə afrikalı cəmiyyətlər təkamülün alt irqlərini göstərəcək şəkildə sərgilənəcəkdilər. Zooparkda Ota Benqadan başqa heç bir insan sərgilənmədi, ancaq 1 insanın varlığı belə ictimaiyyətdə nəhəng bir partlama yaratmağa yetdi.[1]
Zoopark içərisində Ota Benqa əslində bir məhbus kimi deyildi, tam tərsinə, bütün bağça içərisində azadşəkildə gəzə bilirdi. Buna baxmayaraq, məqsəd bəzi insanların (və dolayısıyla psevdo "irqlərin") digərlərinə görə aşağılığını göstərmək idi. Ota Benqa zooparkın ağıllı və insan kimi davranacaq şəkildə öyrədilmiş oranqutanı Dohonqun yanında uzun bir müddət qaldı. Burada ətta ox-yay istifadə etməsinə belə icazə verildi. Ota Benqanın saxlandığı yer Meymun evi kimi tanınırdı. Üstəlik, zoopark rəhbərliyi diqqəti cəlb etmək üçün 8 sentyabr 1906-cı ildə geniş sahəsi olan qəfəslərin önünə bir lövhə yerləşdirdi və Ota Benqanı qəfəsin içərisindəki bir heyvan kimi təqdim etdi. Ota Benqanın sərgilənməsi lazım olduğunu müdafiə edən Bronks zoopark idarəçisi Uilyam Hornedey bu qərarında Nyu-York Zoologiya Cəmiyyəti katibi Medison Qrant tərəfindən dəstəklənilirdi.[1]
Ota Benqanın skandal sərgisi yalnız 2 gün davam etdi. Çünki qısa müddətdə böyük reaksiya oldu və dövrün irqçiliyə meyilli olan qaynaqları belə bu cəhdi neqativ qarşıladılar. Lakin ilk günündə sərgini 40.000 insan ziyarət etdi.[1]
Uşaqlara Zalımlığı Önləmək Cəmiyyəti kimi bir birliyin olmaması nə qədər kədərlidir! Missionerlərimizi Afrikaya oraları xristianlaşdırsan deyə göndəririk, sonra onları bura gətirib zülm edirik. "New York Times" qəzeti |
Ölümü
[redaktə | mənbəni redaktə et]Bu hadisələrdən qısa bir müddət sonra Benqa zooparkdan çıxarılmışdır. Vernerin pul problemi getdikcə böyümüş, Ota Benqa ilə əlaqəsi kəsilmişdir. Nəhayət Verner ilə ortaq bir qərara gələrək Benqa ABŞ-də qalmaq istədiyini demişdi. Benqa rahib Qordonun nəzarətinə verilmiş, rahib onu kilsəsi tərəfindən dəstəklənilən Hovard Kalord Yetimxanasına yerləşdirmişdir. Rahibin məqsədi Ota Benqanın mədəniləşdirilməsi idi, yəni Qərb geyimləri geyməsi, yemə-içməyi və danışmağı öyrənməsi və bir amerikalı kimi davranması.[1]
Media Ota Benqanı 1910-cu ilə qədər təqib etmişdi. Bununun qarşısını almaq üçün Virciniyaya köçmüş, dişləri plomblanaraq düzəldilmişdi, amerikan stili paltarlar geyməyə başlamışdı. İngiliscəsi kifayət qədər düzəldikdən sonra oxumağa başlamışdı və Linçberqda bir tütün firmasında işə başlamışdı. Heç bir nərdivana ehtiyacı olmadan tütün toplanan dirəklərə dırmaşa bilməsinə görə işində əla müvəffəqiyyət əldə etmişdir. 1914-cü ildə Birinci dünya müharibəsi başlayanda o zamana qədər fikirlərində olan Konqoya qayıtma xəyalları tamamilə məhv olmuşdu. 20 mart 1916-cı ildə Meymun evində sərgilənməsindən 10 il sonra, 32 yaşındaykən dişlərindəki plombları sökmüş və ürəyinə oğurlanmış bir tapança ilə atəş edərək intihar etmişdir.[1]