Pəzməri — Vikipediya
Pəzməri | |
---|---|
39°01′59″ şm. e. 46°00′52″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Pəzməri — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Pəzməri kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Unus kəndi mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Pəzməri kəndi rayon mərkəzindən 30, Naxçıvan şəhərindən 84 km məsafədə yerləşir. 206 nəfər əhalisi var. Kənd əhalisinin əsas məşğuliyyətini arıçılıq, heyvandarlıq və bağçılıq təşkil edir. Kiçik yaşayış məntəqəsi olsa da, özündə təbii zənginlikləri qoruyur: əzəmətli dağlar, çaylar, dumduru bulaqlar və şəlalələr. Pəzməridə hündürlüyünə və su sərfinə görə bir-birindən fərqlənən bir neçə şəlalə var. Unusla Pəzməri arasında Gərdəni şəlaləsi, Pəzməri şəlalələri və Ağyurd şəlaləsi. Bu şəlalələr içərisində daha çox tanınan və səyahətsevərləri cəlb edəni Pəzməri şəlalələridir. Pəzməri şəlalələrindən biri su sərfi, axınının sürəti, kinetik enerjisi və gücünə görə hətta ölkə üzrə ən böyük şəlalələrdən sayılır.[3]
Vənənd çayının sahilində Zəngəzur silsiləsinin ətəyindədir. Oykonim Naxçıvan dialektindəki pəzməri (məhəllə, kəndin bir hissəsi) sözündəndir. [4]
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalisi 167 nəfərdir.[5]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh
- ↑ "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
- ↑ "Azərbaycanın incisi və ya Pəzməriyə gedən yol". 2022-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-13.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.