Pentala Harikrişna — Vikipediya

Pentala Harikrişna
tel. పెండ్యాల హరికృష్ణ
Pentala Harikrişna 2021-ci ildə
Pentala Harikrişna 2021-ci ildə
Ölkə
Doğum tarixi (38 yaş)
Doğum yeri Andhra Pradeş, Hindistan
Titulu qrosmeyster
Son reytinqi 2766 (yanvar 2017)
Maksimal reytinqi 2768 (noyabr 2016)
FİDE nömrəsi 5007003
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pentala Harikrişna (d. 10 may 1986; Andhra Pradeş, Hindistan) — Hindistan qrosmeysteri.

Pentala Harikrişna 10 may 1986-cı ildə Hindistanın Andhra Pradeş şəhərində anadan olmuşdur.[2]

O, 12 sentyabr 2001-ci ildə ən gənc hindistanlı qrosmeyster ünvanını qazanmışdır.[2]

2004-cü ilin noyabrında gənclər arasında Dünya Çempionatının qalibi olmuşdur. Harikrishna beynəlxalq komanda yarışlarında, o cümlədən 2000-2015-ci illərdə altı Şahmat Olimpiadasında öz ölkəsini təmsil etmişdir. 2011-ci ilin mayında o, Asiya Çempionatının qalibi olmuşdur.[2]

Pentala Harikrişnanın qazandığı bir sıra uğurlar bunlardır[2]:

  • 2012-ci ilin yanvarında "Tata Steel" turnirinin B Qrupunun qalibi oldu. A qrupunda ilk çıxış edən oyunçu kimi o, 7-ci yeri tutdu və Elo əmsalı 2700-i keçdi.
  • 2013-cü ilin avqustunda 11 oyundan 8.5 xal yığaraq "Biel" turnirinin ("Masters Open") və 9 oyundan 7.5 xal ilə "Biel" Sürətli turnirinin qalibi oldu.
  • 2015-ci ilin iyununda 10-cu Edmonton beynəlxalq festivalını 7.5 xal ilə başa çatdırdı.
  • 18 yaşadək gənclər arasında Dünya Çempionatı, 2002-ci il, İraklio, Yunanıstan, bürünc medal;
  • Komandalar arasında Asiya Çempionatı, 2003-cü il, Codpur, Hindistan, komanda hesabında gümüş medal;
  • Cəbəllüttariq Masters turniri, 2004-cü il, bürünc medal;
  • Gənclər arasında Dünya Çempionatı, 2004-cü il, Kochi, qızıl medal;
  • İspaniya Komanda Çempionatı, 2005-ci il, İspaniya, komanda ilə qızıl medal (birinci lövhə);
  • "Reykjavik Open", 2006-cı il, birinci yeri bölüşdürülmüşdür;
  • Asiya oyunları komanda üzrə, 2006-cı il, Doha, qızıl medal;
  • "Reggio Emilia" turniri, 2007-ci il, ikinci yer;
  • Spice Cup Turniri, 2008-ci il, ABŞ, qızıl medal;
  • Nancy qapalı turniri, 2009-cu il, Nancy, Fransa, qızıl medal;
  • Komandalar arasında Asia Çempionatı, 2009-cu il, Kəlküttə, qızıl medal;
  • Komandalar arasında Dünya Çempionatı, 2009-cu il, Turkiyə, bürünc medal;
  • Nyu York Open turniri, 2010-cu il, ABŞ, qızıl medal;
  • Asia Qitə üzrə Şəxsi Çempionat, 2011-ci il, İran, qızıl medal;
  • Cappelle-la-Grande Open turnirinin qalibi, 2012-ci il;
  • Asia Blitz Çempionatı, 2014-cü il, Sharjah, BƏƏ, gümüş medal;
  • 10-cu Edmonton beynəlxalq festivalın qalibi, 2015-ci il, Edmonton, Kanada.
  1. 1 2 Harikrishna, Pentala // FIDE Ratings and Statistics (ing.).
  2. 1 2 3 4 Tərcümeyi-hal Arxivləşdirilib 2015-11-10 at the Wayback Machine. bakuworldcup2015.com

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]