Piruz Dilənçi — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Piruz Dilənçi | |
---|---|
علی اسماعیل فیروز | |
Doğum adı | Əli Baratəli oğlu İsmayılfiruz |
Təxəllüsləri | Piruz Sümərinli, Piruz Dilənçi - پیروز ثمرینی |
Doğum tarixi | |
Doğum yeri | Tehran, İran |
Vətəndaşlığı | İran, Azərbaycan, Kanada |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Aynurə Kərimova |
Uşaqları | Şəhriyar, Atilla |
Atası | Baratəli |
Anası | Gülçöhrə |
Təhsili | Ali |
İxtisası | İnşaat mühəndisi |
Fəaliyyəti | CAMAH lideri |
Fəaliyyət illəri | 1991 - 2002 |
Əsərlərinin dili | Fars dili, Azərbaycan türkcəsi |
İlk əsəri | İlk əsərlər |
Mükafatları | İlin Nümünəvi Gənci - İran 1987 |
piruzdilanchi.com |
İsmayılfiruz Əli Baratəli oğlu (fars. پيروز ديلنچی, ing. Piruz Dilenchi,16 may 1965, Tehran) — şair, tərcüməçi, siyasi xadim.
Həyatı
[redaktə | mənbəni redaktə et]Piruz Dilənçi 1965-ci il mayın 16-da İranda, Tehran şəhərində anadan olmuşdur. Burada "Hatif" məktəbində ibtidai təhsil almışdır. 1983-cü ildə İsfəndiyar orta məktəbini bitirmişdir. 1983–1988-ci illərdə Tehran Texnologiya İnstitutunun yol və inşaat fakültəsində təhsilini davam etdirmişdir.
Ədəbi fəaliyyətə erkən başlamışdır. 14 yaşında ikən ilk kitabı Tehranda fars dilində kütləvi tirajla buraxılmışdır. Doğulduğu şəhərdə yaşadığı illərdə 7 kitabı fars və Azərbaycan dillərində işıq üzü görmüşdür.[1] İranın Keyhan və Ettelaat kimi dünya səviyyəli mətbuat orqanlarında onlarla elmi, ədəbi, ictimai və siyasi məqalələri dərc edilmişdir. 17 yaşında ümumiran gəncləri arasında keçirilən ədəbi yarışda birinci yeri tutmaqla İranın nümunəvi gənci adına layiq görünmüşdür. Bir neçə il "Varlıq" jurnalı ilə əməkdaşlıq etmişdir. Ustad Məhəmmədhüseyn Şəhriyarın şagirdlərindən biri kimi tanınır.[2]
İran, Türkiyə və Azərbaycanda onun sözlərinə mahnılar bəstələnmişdir. Əvvəllər sol təmayüllü siyasi təşkilatların tərkibində, sonralar isə milli azadlıq uğrunda apardığı siyasi mübarizələr nəticəsində dəfələrlə totalitar molla rejimi tərəfindən həbs edilərək ağır işgəncələrə məruz qalmışdır. Təqib və təzyiqlərdən yaxa qurtarmaq üçün 1990-cı ilin yanvar ayında Azərbaycanına pənah gətirmişdir. O vaxtkı Sovet Azərbaycanında yaşamasına icazə verilməsə də, Anar, Nəriman Həsənzadə, Məmməd Araz və Nəbi Xəzri kimi görkəmli ziyalıların rəsmi və yazılı ərizə, müraciət və zəmanətlərini nəzərə alan DTK, nəhayət ki, 1991-ci ildə onu "vətəndaşlığı olmayan şəxs" kimi Azərbaycanda qeydiyyata almışdır. Burada "Ədəbiyyat və incəsənət" qəzetində əməkdaşlıq etmiş, orada bir ilə yaxın "Ədəbi Təbriz" səhifəsi hazırlayıb buraxdırmışdır. Eyni ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü qəbul edilmişdir. Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının lideri olaraq o, tarixdə ilk dəfə Cənubi Azərbaycanın istiqlalı və İran tərkibindən ayrılması ideyasını yaratmış, dünya siyasəti arenasına çıxarmışdır. Bu ideya həmin dönəmin görkəmli siyasi xadimlərinin, o cümələdən Əbülfəz Elçibəy tərəfindən də dəstəklənərək daha da geniş yayılmışdır. Cənubi Azərbaycanın istiqlalı və İran tərkibindən ayrılması ideyası ilk dəfə olaraq Piruz Dilənçi tərəfindən meydana çıxsa da, uzun illər Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev kimi dahi siyasətçi tərəfindən də bəyənilmişdir. Belə ki, Heydər Əliyev Piruz Dilənçi ilə tanışlıqdan sonra, çıxışlarının birində "Mən İran deyəndə Cənubi Azərbaycanı nəzərdə tuturam" -demişdir. Cənubi Azərbaycanın istiqlalı ideyası üzərində artıq bu gün İranın daxilində və xarici ölkələrdə bir çox siyasi partiya və təşkilatlar fəaliyyət göstərməkdədir. 2004-cü ildən etibarən isə, [Birləşmiş Millətlər Təşkilatı] da bu ideyanı millətin həqiqətə uyğun tələbi kimi rəsmiyyətə tanımaqdadır.
4 il ərzində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Araz-Cənub ədəbiyyatı toplusu" və "Şəhriyar-Cənub ədəbiyyatı toplusu" adlı silsilə verilişlərin təşkilatçısı və aparıcısı olmuşdur. Onun şeir kitabları ilə yanaşı, dilçiliyə aid əsərləri də nəşr edilmişdir. Nəbi Xəzrinin seçilmiş əsərləri fars dilində onun tərcüməsi ilə Tehranda çap olunmuşdur.
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Piruz Dilənçi ədəbi yaradıcılığı ilə bərabər milli-siyasi hərəkatda da fəaal iştirak etmişdir. Bünövrəsi 1991-ci ildə qoyulmuş CAMAH-ın əsas banilərindən biri olaraq, 1999-cu ilə qədər həmin təşkilata rəhbərlik etmişdir. 1999-cu ildə Təbrizdə milli hərəkatın dalğaları genişləndikdən sonra P. Dilənçi CAMAH Mərkəzi Komitə rəhbərinin birinci müavini, eyni zamanda Bakı Komitəsini sədri təyin edilmişdir.[3][4][5]
Piruz Dilənçi 2000-ci ildə 3.000-ə yaxın imza toplayaraq, Azərbaycan Respubliksı Milli Məclicinin növbəti seçkilərində iştirak etmək məqsədilə namzədliyini irəli sürmüşdür. Lazımi sənədlərin təqdimindən sonra, onun namzədliyi rəsmən qeydə alınmışdır. Lakin seçkilərə bir neçə gün qalmış Mərkəzi Seçki Komissiyası ciddi əsas göstərmədən onun namizədliyini ləğv etmişdir.
2002-ci il dekabr ayının 5-də Piruz Dilənçi bir qrup naməlum şəxs tərəfindən yaşadığı mənzilin qarşısından oğurlanmışdır. 21 gün məxfi saxlanıldıqdan sonra, mətbuatın təzyiqi nəticəsində, nəhayət ki, Daxili İşlər Nazirinin mətbuat katibi məcbur olaraq Piruz Dilənçinin həbsi ilə bağlı açıqlama vermişdir. Piruz Dilənçi bir həftə yeraltı və soyuq kamerada ağır fiziki və ruhi işgəncə altında saxlanıldıqdan sonra, Şüvəlanda yerləşən təcridxanaya göndərilmişdir. 38 gün həbsdə saxlanıldıqdan sonra, səbəbsiz tutuluğu kimi, səbəbsiz də ev dustağı şəraitində nəzarətdə saxlanılmaq şərti ilə azadlığa buraxılmışdır.
Piruz Dilençi Türkiyədə Ülkü Ocaqları keçmiş genel başqanı və millət vəkili Atila Kaya, Ergenekon davasının öndə gedən isimlərindən General Veli Küçük və 1995 Azərbaycanda dövlət çevrilişinə cəhddə adı keçən Prof. Dr. Ferman Demirkol kimi söz və güc sahibi bir çox rəsmilərlə yaxın ilişgilər içindədir.
[6] Üç aydan sonra isə ev dustaqlığından da azad edilmişdir.
Hazırda Kanadanın Vankuver şəhərində yaşayır. Göstərdiyi siyasi və ədəbi fəaliyyətlərinə görə, onun ad günü münasibətilə 2008-ci ilin may ayında, Kanada dövləti tərəfindən P. Dilənçiyə və ailə üzvlərinə Kanada vətəndaşlığı verilmişdir.[7][8][9] Daha sonra Kanadanın dövlət başçısı Stiven Harper özəl bir məktubla Piruz Dilənçini təbrik etmişdir.[10]
Kitabları
[redaktə | mənbəni redaktə et]İranda yaşadığı illər Piruz Sümərinli, daha sonralar isə Piruz Dilənçi təxəllüsü nəşr etdiyi kitablardan bəziləri[11].
Cild | Kitabın adı | İçindəkilər | Şəhər | Nəşriyyat | İl | Səhifə |
---|---|---|---|---|---|---|
سرگرمی و اطلاعات عمومی | Elmi cədvəl | Tehran | Xürrəmi | 1980 | 160 | |
Azeri Türkcesinde Benzer Sözcükler | Sözlük | Tehran | Dünya | 1986 | 106 | |
فرهنگ لغات متشابه | Sözlük | Tehran | Dünya | 1986 | 106 | |
معاصر آذربايجان شاعيرلريندن قانلی نغمه لر | Cənubi Azərbaycan şairlərindən seçmələr | Tehran | İslami Təbliğat Təşkilatı | 1987 | 96 | |
Nəbi Xəzrinin seçilmiş əsərləri | Ərəb əlifbasına köçürən Piruz Dilənçi | Tehran | Dünya | 1988 | 96 | |
İlk əsərlər | Şerlər | Tehran | Qərn | 1990 | 96 | |
Qəribə taleyim var imiş mənim | Şerlər | Bakı | Nurlan nəşriyyatı | 2001 | 146 |
Sənədli film
[redaktə | mənbəni redaktə et]Piruz Dilənçinin 50 illiyinə həsr olunmuş sənədli film.
Çıxış və iştirak edənlər: Xalq şairi Məmməd Araz , Xalq şairi Nəbi Xəzri , Xalq şairi Nəriman Həsənzadə , Xalq şairi, Millət Vəkili Sabir Rüstəmxanlı , AXCP Sədri Əli Kərimli , Doktor Cavad Heyət , Xalq şairi Zəlixan Yaqub , Xalq artisti Eldar Mansurov , Xalq artisti Cavanşir Quliyev , Xalq artisti Teymur Mustafayev , Xalq artisti Brilliant Dadaşova , Xalq artisti Aygün Kazımova , Xalq artisti Flora Kərimova , Xalq artisti Faiq ağayev , Xalq artisti Mübariz Tağıyev , Xalq artisti Səməd Səmdov , Nisə Qasımova , Ruhəngiz Allahverdiyeva , Mətanət İsgəndərli , Azərin və…
Soy ağacı[12]
[redaktə | mənbəni redaktə et]Piruz Dilənçi (Əli İsmayılfiruz)
Baratəli (P. Dilənçinin atası)
Rza (P. Dilənçinin babası)
İsmayıl Ərdəbili
Kürd Əhməd
Molla Məhəmməd
Məşhur mahnıları
[redaktə | mənbəni redaktə et]- Son gecə — Aygün Kazımova, Cavanşir Quliyev (Son gecə (mahnı))
- Sənsiz küçələr — Nisə Qasımova, Eldar Mansurov
- Hayıf — Elxan Şirinov, Eldar Mansurov
- Qızlar — Səməd Səmədov, Eldar Mansurov
- Ayten — Brilyant Dadaşova, Eldar Mansurov
- Vətən sağ olsun! — Manana, Eldar Mansurov
- Virane dünya — Flora Kerimova, Eldar Mansurov
- Darixma — Mətanət İskəndərli, Eldar Mansurov
- Nərgizim — İlqar Muradov, Eldar Mansurov
- Gözdən itək — Ruhəngiz Musəvi, Eldar Mansurov
- Təbrizə gedən yollar — Mübariz Tağıyev, Eldar Mansurov
- Bileydin kaş — Faiq Ağayev, Eldar Mansurov
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Official website
- The Armenian-Iran Relationship (A book published by ESISC — European Strategic Intelligence and Security Center on 17 January 2013) Page 39: Azerbaijan also accused Iran of having ordered the killing of Iranian Azeri leader Piruz Dilanci, who was living in Baku139. It is lastly worth mentioning that Iran also expressed his deep discontent over the efforts of the Azerbaijani authorities to organize a diaspora trough the World Azerbaijani Congress.
- Republic of Azerbaijan Ministry of Foreign Affairs: Piruz Dilanci, a leader of the National Liberation Movement of Southern Azerbaijan (NLMSA) and a well-known poet… Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- The head of the National Liberation Movement of Southern Azerbaijan Piruz Dilanci, has been arrested.
- It was not just the Caspian Sea crisis that preoccupied Tehran. On August 22, in the midst of concerns with the Kurds, Turks, Israelis and Americans, the Azeri question again came to the fore. On that day there was a failed assassination attempt on Piruz Dilanci, leader of the National Liberation Movement of Southern Azerbaijan (NLMSA), at his home in Baku. Dilanci did not rule out that the assassination attempt might have been organized by Tehran's agents. (29) The NLMSA was organized in the early 1990s by a group of political emigres from Iran of Azeri origin. The NLMSA declared its principal goal was the independence of Southern Azerbaijan, i.e., Iran-Azerbaijan…
- Azerbaijan also accused Iran of having ordered the killing of Iranian Azeri leader Piruz Dilanci, who was living in Baku. It is lastly worth mentioning that Iran also expressed his deep discontent over the efforts of the Azerbaijani authorities to organize a diaspora trough the World Azerbaijani Congress…
- Nuray Hafiftash — "O gelende" (music: Eldar Mansurov, Piruz Dilenchi)
- Representatives of the National Liberation Movement of Southern Azerbaijan (NLMSA) in different countries have issued a statement in connection with the arrest of the head of the organization's Baku office, Piruz Dilanci…
- Azerbaijanian Music — Girls, Eldar Mansurov, Piruz Dilenchi
- Piruz Dilanci has been arrested
- Azerbaijanian Music — Veten Saqolsun, Eldar Mansurov, Piruz Dilenchi
- Russian Military-Security Media Coverage: Piruz Dilanci, has recently been attacked by employees of the Iranian Embassy at Baku's Bina airport. Ezzatollah Jalali, Ali Mehri and others were among the attackers. The incident was stopped due to police intervention… [ölü keçid]
- Azerbaijanian Music — Bes hardasan sevgilim (Piruz Dilenchi, Teymur Mustafayev)
- The South Azerbaijan National Liberation Movement is about to hold its next, 3rd in turn Congress in Baku. The press office of the movement told AssA-Irada that the organisation has commissioned its Baku representative Piruz Dilanci with talking with the Azerbaijani government over getting permission to venue place…
- www.middleeastinfo.org Arxivləşdirilib 2012-02-06 at the Wayback Machine
- http://news.bbc.co.uk
- http://answers.yahoo.com Arxivləşdirilib 2014-05-21 at the Wayback Machine
- Turku Yurdu
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://89.147.202.130:8000/cgi-bin/gw_2010_1_3/chameleon?sessionid=2010101223275403543&skin=azl&lng=az&inst=consortium&host=localhost%2b2222%2bDEFAULT&patronhost=localhost%202222%20DEFAULT&searchid=217&sourcescreen=INITREQ&pos=1&itempos=1&rootsearch=SCAN&function=INITREQ&search=AUTHID&authid=580160&authidu=1003[ölü keçid] Müəllif: Əli İsmayıl Firuz Sümərin
- ↑ http://commons.wikimedia.org/wiki/Fayl:Signature_and_manuscript_of_Shahriyar.jpg Ustad Şəhriyarın Piruz Dilənçiyə yazdığı əlyazma və imzası
- ↑ http://www.gunaskam.com/eng/index.php?option=com_content&task=view&id=140&Itemid=44 Arxivləşdirilib 2013-01-10 at Archive.today The Islamic Republic and the Independence of the North — By: Dr. Nissman is an adjunct professor at Georgetown University and the author of "The Soviet Union and Iranian Azerbaijan" (Westview, 1987).
- ↑ http://www.ecoi.net/local_link/180962/298257_de.html Arxivləşdirilib 2014-02-02 at the Wayback Machine Liberation Army of Azerbaijan (Liberation Army of Southern Azerbaijan) (January 1998 — August 2001) believed to have been formed in 1993 in Iran [IRN37710. E] — IRB — Immigration and Refugee Board of Canada
- ↑ http://www.jamestown.org/single/?no_cache=1&tx_ttnews%5Btt_news%5D=6197&tx_ttnews%5BbackPid%5D=217 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Dr. Nissman
- ↑ http://commons.wikimedia.org/wiki/Fayl:Release_the_Pirouz_Dilenchi.jpg Piruz Dilənçinin azadlığa buraxılması barədə Ədliyə Nazirliyinin qərarı
- ↑ http://www.piruzdilanchi.com/images/House%20of%20Commons%20Canada.gif Rəsmi sənəd
- ↑ http://www.piruzdilanchi.com/images/Diane%20Finley%20Minister%20of%20Citizenship%20and%20Immigration.gif Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Rəsmi sənəd
- ↑ http://www.piruzdilanchi.com/images/Hedy%20Fry%20MP%20Canada.gif Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Rəsmi sənəd
- ↑ http://www.piruzdilanchi.com/images/Stephen%20Harper%20-%20Prime%20Minister%20of%20Canada.gif Stiven Harperin Piruz Dilənçiyə göndərdiyi təbrik məktubu
- ↑ "Arxivlənmiş surət". 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.
- ↑ "Arxivlənmiş surət". 2018-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.