Pozitano — Vikipediya
Pozitano | |
---|---|
40°37′40″ şm. e. 14°28′55″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 142 m[2] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +39 089 |
Poçt indeksi | 84017 |
Nəqliyyat kodu | SA |
Digər | |
comune.positano.sa.it | |
Vikianbarda əlaqəli mediafayllar |
Pozitano — Kampaniya (İtaliya) vilayətinin Saleno əyalətinə məxsus kiçik icmaya malik, bir turist şəhəri. Şəhər icması 4000 nəfərdən ibarətdir. Amalfi sahillərinin ən gözəl şəhəri sayılır. Başlanğıcı kişik balıqçı sahil qəsəbəsi olan Pozitano turist axınından sonra, yaraşıqlı və bərli-bəzəkli villalar, mehmanxanalar hesabına cazibəli bir şəhərə çevrilmişdir. Şəhərin patronu yaxud möminlərinin himayəçisi Müqəddəs Vit sayılır. 15 iyun isə şəhərin bayram günüdür. İkinci Dünya müharibəsi dövründən Pozitano Avropanın mədəniyyət və incəsənət ustalarının o cümlədən zəkalı insanlarının istirahət yeri olmuşdur.
Maraqlı məlumatlar
[redaktə | mənbəni redaktə et]- Sofi Lorenə məxsus villa Pozitanoda yerləşir.
- 1938-ci ildə almanlar Avstriyanı işgal etdikdən sonra Məhəmməd Əsəd bəy İtaliyaya qaçaraq Pozitano şəhərinə pənah gətirmişdir.
- Pozitanoya aid Li Qalli adalar qrupu məşhur və şöhrətli sahibkara: rus rəqqası və xoreqrafı Leonid Myasinə məxsus olmuşdur. O, burada ballet akademiyasını təsis etmişdir[4].
- Balet ustası Rudolf Nuriev 1979 cu ildən Li Qalli adalarının sahibi olmuş və bu andan etibarən yay aylarını Li Qalli adalarında keçirdərmiş[4][5].
- Mifologiyaya görə Zevsin qızı doqquz muzalardan biri Terpsixoranın qızı Siren (yarı insan yarı quş olan məxluq) Qalli adalarında oturaraq xoş nəğmələri ilə dənizçiləri valeh edib, öz "toruna" salaraq, gəmilərin adalara yan almasına təhrik edərək, onları qayalara çırparmişlar[4].
- "Yalnız sən" filminin bəzi epizodları Pozitano şəhərində çəkilmişdir. Filimdə sözü gedən "Albergo Miramare" mehmanxanası Pozitanoda yerləşir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Superficie di Comuni Province e Regioni italiane al 9 ottobre 2011. Italian National Institute of Statistics.
- ↑ https://it-ch.topographic-map.com/map-3p9js8/Positano/?zoom=19¢er=40.62911%2C14.48173&popup=40.62915%2C14.48186.
- ↑ https://demo.istat.it/?l=it.
- ↑ 1 2 3 Golf von Neapel, Allianz Reiseföhrer, Verlag Karl Baedeker, 3. Auflage 2011 Seite 127. (alm.)
- ↑ Neapel. Amalfiküste. Cilento. Dumont-Reisetaschenbuch, ISBN 978-3-7701-7241-2; Seite 208ff