Qılman Salahov — Vikipediya

Qılman Salahov
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Balaxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (68 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı  SSRİ
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti Kamançaçalan, bəstəkar, dirijor
Fəaliyyət illəri 1939–1974
Janr Azərbaycan xalq musiqisi
Musiqi aləti Kamança
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1940
"Şərəf nişanı" ordeni — 1959 "Şərəf nişanı" ordeni — 1946

Qılman Balaməmməd oğlu Salahov (16 mart 1906, Balaxanı, Bakı qəzası1974, Bakı) — azərbaycanlı kamançaçalan, bəstəkar, dirijor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcılarından və ilk rəhbərlərindən biri.

Qılman Salahov 16 mart 1906-ci ildə anadan olmuşdur. O, 1922–1926-cı illərdə Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Dövlət Türk Musiqi Məktəbində, daha sonra isə musiqi texnikumunda kamança sinfində oxumuşdur.[1] Üzəyir Hacıbəyovun təşkilatçılarından olduğu və 1939-cu ildə Moskvada keçirilən xalq çalğı alətləri ifaçılarının I Ümumittifaq müsabiqəsinin laureatıdır. 1931-ci ildən Üzəyir bəy Hacıbəyovun dəvəti ilə xalq çalğı alətləri orkestrində fəaliyyət göstərmiş, 1938–1964-cü illərdə illərdə Azərbaycan Dövlət Akademik Filarmoniyasının mahnı və rəqs ansamblının bədii rəhbəri olmuşdur. Ansambl üçün bir sıra mahnılar və rəqslər hazırlamışdır. Bunlar arasında "Nəlbəki" və "Naz eləmə" rəqsləri var. Qılman Salahov 1974-cü ildə vəfat etmişdir.[2].

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. Гылман Баламамед оглы Салахов (rus). Üzeyir Hacıbəyov Elektron Ensiklopediyası.
  2. Rzayeva, R. "Unudulmaz əziz müəllimim Qılman Salahov haqqında xatirələrim". 2013-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-20.