Qərbi erməni dili — Vikipediya
Qərbi ermənicə, Türkiyə ermənicəsi və ya İstanbul ermənicəsi (erm. Արեւմտահայերեն) — hind-Avropa dili olan iki müasir erməni ləhcəsindən biridir. 1915-ci ilə qədər bütün Mərkəzi, Şərq və Cənub-Şərqi Anadolu Bölgələrində danışılırdı. 1915–1917-ci illərdə Erməni deportasiyası və xarici ölkələrə mühacirət səbəbi ilə hal-hazırda əsasən erməni diasporu tərəfindən danışılır. Türkiyədə, İstanbuldakı ermənilərin cüzi bir hissəsi bu dildə danışır. Türkiyədə erməni dili (Qərbi erməni ləhcəsi) bugünkü erməni cəmiyyətində yalnız kiçik bir azlıq tərəfindən danışılır. Əsas dil olaraq türk dilinin erməni dilinin yerini almasına görə Türkiyədə erməni dili məhv olma prosesinə daxil olmuş və YUNESKO Türkiyədə erməni dilini dünya illik "Atlas of the World's Languages in Danger" (Təhlükədə olan Dünya Dilləri Atlası)na əlavə etmiş və burada Qərbi Erməni ləhçəsini "definitely endangered language" ("mütləq nəsli kəsilməkdə olan bir dil") kimi xarakterizə etmişdir.[1][2][3]
Erməni diasporundan olan bəzi danışanların Ermənistana və Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə köçürülməsinə görə də burada bir az danışılır; lakin Şərqi ermənicə Ermənistanda daha çox yayılmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "UNESCO Culture Sector, UNESCO Interactive Atlas of the World's Languages in Danger, 2009". 2009-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-16.
- ↑ UNESCO: 15 Languages Endangered in Turkey, by T. Korkut, 2009https://web.archive.org/web/20090331051956/http://www.bianet.org/english/kategori/english/112728/unesco-15-languages-endangered-in-turkey
- ↑ ""Review of Istanbul's Armenian community history"". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-16.