Qırmızı cadugər — Vikipediya
Qırmızı cadugər Scarlet Witch | |
---|---|
ing. Scarlet Witch | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | "İks-adamlar" #4 (mart 1964) |
Yaradıcı(lar) | Sten Li Cek Kirbi[1] |
Xüsusiyyətlər | |
Əsl adı | Vanda Maksimov |
Cinsiyyəti | qadın[d][4] |
Boyu | 170 sm[2] |
Çəkisi | 59,9 kq |
Göz rəngi | mavi |
Saç rəngi | qırmızıya çalan qəhvəyi |
Növü | mutant |
Komiks bioqrafiyası | |
Üzvlükləri | Qisasçılar[3] Qadın Xilaskarlar Bəlalı Mutanlar Qardaşlığı Gizli Müdafiəçilər Güc İşləri Əsrarəngiz Qisasçılar Müdafiəçilər Qərb Sahili Qisasçıları |
Partnyorları | Civə (qardaşı) |
Yaxınları | Civə, Polyaris |
Gücləri | Manipulyasiya Sehr |
Qırmızı cadugər[5] (ing. Scarlet Witch) — Marvel Comics tərəfindən 1964-cü ildə yaradılan mutant superqəhrəman. Əsl adı Vanda Maksimovdur. Qardaşı Pietro Maksimov da mutantdır və Civə adı ilə tanınır. "Əsrarəngiz Qisasçılar" komiksinin 4-cü sayına (2015) qədər atalarının Maqnito olduğu zənn edirdilər.[6]
Həyatı
[redaktə | mənbəni redaktə et]İlk illəri
[redaktə | mənbəni redaktə et]Vanda və Pietro Maksimov Marvel dünyasında xəyalı olan və Qərbi Avropada yerləşən Transiyada anadan olur. Anaları Maqda ataları Maqnitodan qaçırdı və onun övladlarını tapmamasını istəyirdi. Buna görə uşaqları ölkədəki qaraçılara əmanət edərək qaçmağa davam etdi. Qısa müddət sonra öldü. Əkizlər böyüdükcə güclərini fərq etməyə başladılar. Vanda güclərini kontrol etməkdə çətinlik çəkirdi və səhvən yanğına səbəb olaraq onları böyüdən adamı öldürüncə həqiqət ortaya çıxdı. Güclərini görən xalq onları öldürməyə çalışdı. Amma son anda Maqnito tərəfindən tapılaraq xilas edildilər. Nə Maqnito, nə də əkizlər aralarındakı əlaqəni bilmirdilər. Maqnito onları Bəlalı Mutantlar Qardaşlığı[7] adlı komandaya daxil etdi və əkizlər cinayət karyeralarına başladılar.
Çox vaxt İks-adamlar ilə qarşı-qarşıya gələn əkizlər güclərinin qüdrətini anlamağa başladılar. Xüsusən Vandanın gücləri qarşısında ən güclü İks-adamlar personajları çarəsiz qalırdı. Maqnito Yadelli tərəfindən qaçırılandan sonra fasilə etməli oldular. Sadəcə Maqnito yox, Quruqurbağası da qaçırılmışdı. Komanda dağıldı. Avropaya qayıdan əkizlər burada Dəmir adamın Qisasçılara yeni iki gənc üzv axtardıqlarını eşidəndə Nyu Yorka qayıtdılar. Şahingöz kimi Kapitan Amerika və Dəmir adam onların Qisasçılara qatılmasını təmin etdilər.
Vijn ilə münasibətləri
[redaktə | mənbəni redaktə et]Vanda həm gözəl, həm də güclü idi. Bir çox superqəhrəman onunla evlənmək istəyirdi. Lakin Qırmızı cadugər imkansızı istəyirdi. Sonda o, Altron tərəfindən düzəldilmiş, lakin sonradan Qisasçılara qatılmış robot-insan Vijna aşiq oldu. Buna qarşı çıxanlar oldu. Xüsusən Pietro və Şahingöz bunu istəmirdi. Pietro bir robotla qohum olmaqdan çəkinirdi. Şahingöz isə Vandaya aşiq olmuşdu. Lakin sonra hər kəs onların məhəbbətini qəbul etməli oldu və Qırmızı cadugər ilə Vijn evləndilər.
Uzun müddət xoşbəxt yaşaya bilmədilər. Bir döyüş zamanı Vijn parçalandı və yenidən təmir olundu. Amma bu dəfə yaddaşı silinmiş, bam-başqa robot olmuşdu. Bu münasibətlərinə böyük zərbə vurdu. Bir başqa zərbə də uşaqlarına dəydi. Onlar sehrlə yaradılmışdı və əfsanəvi şeytan Mefistonun ruh daşının iki parçası idilər. Mefisto dünyaya qayıdınca uşaqlar da ona qarışaraq yox oldular. Həm ərini, həm uşaqlarını itirən Vanda çətin günlər yaşamağa başladı. Hətta hansı tərəf üçün döyüşəcəyini də unutdu. Daha sonra Doktor Strenc və Aqata onun yaddaşından Vijnı və uşaqlarını silə bildilər, Vanda normal hala dönməyə başladı.
Sonrakı həyatı
[redaktə | mənbəni redaktə et]İllər keçdikcə Vandanın gücü də artırdı. Etdiyi sehrlər hətta Doktor Strenc üçün də çətin gəlirdi. Bu sehrlərdən biri də eyni qandan onlara inanılmaz acı hiss etdirmək idi. Bunu Maqnitoya etdikdə ona heç nə olmadı, ancaq Civə acı hiss etməyə başladı. O zaman əkizlərə məlum oldu ki, Maqnito onların ataları deyil.
Gücləri
[redaktə | mənbəni redaktə et]İlk gücləri manipulyasiya qabiliyyəti idi. Daha sonra məlum oldu ki, bunu Xaos sehrindən istifadə edərək həyata keçirir. Məsələn, hər hansı qəpiyi göyə atdıqda Qırmızı cadugər hansı tərəfi seçirsə, o tərəf də çıxır. Buna görə taleyi də müəyyənləşdirə bilir.
Vanda bu güclərini bu güclərini Heks Bolt adı verdiyi kürələrlə və oxlarla həyata keçirir. Amma güclərinin sərhədi var. Sehr etdiyi insanı görməsi lazımdır. Həmçinin bunun üçün güclü iradə və diqqət vacibdir.
Gücləri çox təsirlidir və hətta bütün kainatın tarixini dəyişdirə bilər.
Filmlərdə
[redaktə | mənbəni redaktə et]İlk dəfə uşaq halında 2014-cü il istehsalı "İks-adamlar: Gələcəyin keçmiş günləri" filmində uşaq şəklində sadəcə bir neçə saniyəliniyə görünmüşdür. Amma adı bilə çəkilməmiş, qardaşı Civə isə filmin ulduzu olmuşdur.
Marvel Studioları tərəfindən ilk dəfə 2014-cü ildə "Kapitan Amerika: Qış əsgəri" filminin sonlarında görünmüşdür. Burada Qırmızı cadugəri aktrisa Elizabet Olsen canlandırmışdır. Daha sonra 2015-ci ilin mayında yayınlanan "Qisasçılar: Altron dövrü" filmində də Elizabet Olsen Qırmızı cadugəri canlandırmış və Qırmızı cadugər ilk dəfə bir filmdə bu qədər uzun müddət göstərilərək ulduz olmuşdur. 2016-cı ildə çəkilmiş "Kapitan Amerika: Vətəndaş müharibəsi" filmində Elizabet Olsen öz rolunu yenidən ifa etmişdir.[8] "Qisasçılar: Sonsuzluq savaşı" (2018) və "Qisasçılar: Final" (2019) filmlərində də öz rolunu canlandırmışdır. Disney+ platforması üçün buraxılacaq "VandaVijn" serialında da öz rolunda qayıdacaqdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2013-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-21.
- ↑ "Arxivlənmiş surət". 2018-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-21.
- ↑ "Arxivlənmiş surət". 2021-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-01.
- ↑ https://thefuninfo.com/who-are-the-parents-of-wanda-maximoff-scarlet-witch-and-pietro-maximoff-quicksilver/.
- ↑ "Arxivlənmiş surət". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-21.
- ↑ "Arxivlənmiş surət". 2015-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-03.
- ↑ "Arxivlənmiş surət". 2015-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-21.
- ↑ "Arxivlənmiş surət". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-21.