Qərb divarı — Vikipediya

        
Ağlama Divarı və ibadət edən Yəhudilər

Ağlama divarı[1][2]Qüdsdə Məbəd dağının qərb tərəfində yerləşmiş qədim yəhudi məbədi divarının qalıqları. Qüdsdə olan yəhudilər üçün müqəddəs hesab edilən, Qüds məbədinin aşağı hissəsində qalmış qərb divarıdır. Buna görə Qərb divarı[3] (ivr. הַכּוֹתֶל הַמַּעֲרָבִי‏‎) adı ilə tanınır.[4]. Yəhudilərin, Süleymanın Qüdsdə tikdirdiyi Beyt-ül-Makdisdən qaldığına inandıqları və müqəddəs olaraq qəbul etdikləri divardır.

Yəhudilərin ha-Kotel ha-Ma’aravi (Qərb Divarı) dedikləri bu divar zamanla Xristianlığın təsiriylə "Ağlama Divarı" olaraq adlandırılmışdır. Təxmini olaraq 485 m uzunluğunda olan Ağlama Divarı, torpaq səviyyəsinin üstündə olan iyirmi dörd böyük daş cərgəsi ilə yerin altında qalmış olan on doqquz daş cərgəsindən meydana gəlmişdir. Hündürlüyü torpaq səviyyəsindən etibarən,18 m olub 6 metri məbəd sahəsinin səviyyəsini keçir. Daşlardan bəzilərinin uzunluğu 12 m, hündürlüyü 1 m, ağırlığı isə 100 tondan artıqdır.

  1. Məmmədov, Elvin. "Qüdsdə erməni problemi varmı?". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 28 iyul 2021. 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021. Ağlama divarına gedən əsas yollardan biri erməni məhəlləsidən ...
  2. Mürvətqızı, Sevinc. "Həyatımızdakı "Ağlama divarı": anlayana qədər ağlamaq ..." İki Sahil (az.). 6 mart 2019. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021. ... üzümü söykədiyim bu “Ağlama divarı”nın fərqinə niyə indiyədək varmamışdım axı?
  3. "Polis Qüdsdə "Allahu Əkbər" qışqıran yəhudini güllələyib". BBC Azərbaycanca (az.). 21 iyun 2013. 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021. Yəhudilərin müqəddəs hesab etdiyi Qərb divarı məbədinin ...
  4. A lm. Klagemauer, Fr. Mur des lamentations, İng. Wailing Wall.