Qacar dövləti — Vikipediya
Tarixi dövlət | |||||
Qacar dövləti | |||||
---|---|---|---|---|---|
| |||||
Himn: | |||||
| |||||
| |||||
Paytaxt | Tehran | ||||
Dilləri | fars dili, Azərbaycan dili | ||||
Rəsmi dilləri | Fars dili[4][5] Azərbaycan dili[6][7] (hakim orqanların, mülki və dini hakimiyyətin, torpaq sahibi siniflərin, dövlət işçilərinin, tacirlərin və məhkəmə sisteminin dili)[8] | ||||
Dövlət dini | İslam (Şiəlik) | ||||
Valyuta | Tümən | ||||
İdarəetmə forması | Mütləq monarxiya | ||||
Şahlar | |||||
• 1796–1797 | Ağa Məhəmməd şah Qacar | ||||
• 1797–1834 | Fətəli şah Qacar | ||||
• 1834–1848 | Məhəmməd şah | ||||
• 1848–1896 | Nasirəddin şah | ||||
• 1896–1907 | Müzəffərəddin şah | ||||
• 1907–1909 | Məhəmmədəli şah | ||||
• 1909–1925 | Sultan Əhməd şah | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Qacar dövləti — XVIII–XX əsrlərdə Cənubi Qafqaz və İranda mövcud olmuş, türk əsilli Qacarlar sülaləsi tərəfindən idarə edilmiş dövlət.[9][10]
Tarixi
[redaktə | mənbəni redaktə et]Sülalənin mənşəyi
[redaktə | mənbəni redaktə et]Türk tayfası olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar[11]. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır[12] və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur[13]. Ziyadoğulları ailəsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur.
Dövlətin qurulması
[redaktə | mənbəni redaktə et]Qacar boyları, 18. əsrdə dəvəli qolu və Qoyunlu (Qovanlı) qolu olmaqla iki qoldan ibarət olan boylar birliyi olub iki qol arasında güc mübarizəsi yaşanmaqda idi. Bu mübarizəni qazanan Qoyunlu qolundan Məhəmməd Həsən xan, Əfşar Xanədanının qurcusu Nadir Şahın ölümündən sonra Gilan, Mazandaran və Curcan olmaqla Xəzər dənizi sahilini alaraq Güney İranda Zənd xanədanını quran Kərim xan Zənd ilə mübarizə etməyə başlamışdır.
Kərim xan Zənd Qacarların daxili mübarizəsindən istifadə etmək üçün Məhəmməd Həsən xanın oğlu Ağa Məhəmmədi Şirazdakı sarayında əsir götürərək Develilere dəstək vermişdir. 1758-ci ildə Məhəmməd Həsən Xan Koyunlu qolunun başına keçmiş və Zənd Xanədanı içində iştirak etmişdir.
Ağa Məhəmməd, Kərim xan Zəndin ölümündən sonra 1779-da Şiraza qaçmağı bacarmış və 1778-ci ildə Çar Rusiyasını geri çevirərək Astarabadda dəvəli qolunu məğlub edərək Qacar Konfederasiyasının birləşdirmişdir.
1796-cı ildə İranı birləşdirərək Tehranın paytaxtı Kaçar sülaləsini qurdu.
Ağa Məhəmməd bir tərəfdən Güney İrandakı Zend Xanədanı ilə mübarizə edərək digər tərəfdən Şimali İranda hakimiyyətini genişləməyə davam etmişdir. 1785-ci ildə Xəzər dənizinin sahilini əldə etdi və mərkəzini Tehrana köçürdü.
1794-də Lütfəli Xanı əsir götürərək Zənd xanədanını yıxmış və 1795-də Rusiyanın himayəsini istəyən Gürcüstanı fəth edərək üstünlüyünü qəbul etdirmişdir. Tiflisi aldıqdan sonra Tehrana dönərək 1796da Şah olaraq taxta çıxıb Ağa Məhəmməd Şah olmuş və sonra Məşhədə araram adla davam etməkdə olan Əfşar Xanədanını tamamilə yıxmışdır.
1796-cı ildə çar Rusiyası Gürcüstana ekspedisiyanı hazırladı, lakin II Yekaterinanın ölümü ilə bu eksdedisiya ləğv edildi. Rusiyanın cənuba enişindən narahat Ağa Məhəmməd Şah, Buxara səfərini ləğv edərək Gürcüstana doğru hərəkət etmiş ancaq yolun ortasında 19 iyun 1797-ci ildə sui-qəsdi nəticəsində öldürülmüşdür.
Rusiya ilə mübarizə
[redaktə | mənbəni redaktə et]Şimali Azərbaycan Türk Xanlıqlarının çıxılmaz vəziyyətdə olduqlarını çar ideoloqları da yaxşı bilirdilər, çünki onlar üçün belə bir halı özləri hazırlamışdılar. Bu baxımdan heç kəsə sirr deyildi ki, həmin Xanlıqların əksəriyyəti vaxtilə Qacarlara xəyanət edərək onlarla birləşməkdən yan qaçmalarına baxmayaraq, çar Rusiyasının işğalçılıq planı həyata keçməyə başlayınca Qacarlarla ya da Osmanlılarla ortaq milli-dini, mədəni-tarixi eynilik yada düşəcəkdir. Bu isə, nə olursa-olsun Cənubi Qafqazı işğal etməyi planlaşdıran çar Rusiyasına sərf etmirdi. Ona görə də, hələ, 18-ci əsrin başlarından Şimali Qafqazdan sonra Cənubi Qafqazı da ələ keçirmək niyyətinə düşmüş, hətta Səfəvilərin tənəzzülü dövründə qısa bir müddət də olsa bunu bacarmış olan Rusiya, ancaq çox keçmədən Əfşarlardan aldıqları məğlubiyyətin səbəblərini, o zamandan fərqli olaraq bu dəfə daha yaxşı analiz etmişdilər. Bu analizin nəticəsi olaraq çar Rusiyası Şimali Azərbaycan Türk Xanlıqlarını "öz xahişləriylə" Osmanlı və Qacarlardan gözlənilən təhlükəyə qarşı "himayəçi"liyini sürdürməklə yanaşı, addım-addım torpaqlarımızın ən azı bir hissəsinin işğalını gerçəkləşdirməyə başladı.
Şah sülalələri Knyaz sülalələri Xan sülalələri |
Burada bizi düşündürən iki əsas məsələ var ki, həmin məsələləri dərindən analiz etmədən Şimali Azərbaycan Türk Xanlıqlarının çar Rusiyası tərəfindən işğalı, həmin işğalın iki əsrə yaxın sürməsinin əsil mahiyyəti anlaşılmaz olaraq qalacaqdır. Bunlardan birincisi, Əfşarlardan fərqli olaraq Qacarların Rusiya ilə müharibələrdə əsasən, yenik düşərək Şimali Azərbaycan Türk Xanlıqlarını özünə birləşdirə bilməməsi səbəbləri, ikincisi çar Rusiyasının Cənubi Qafqazın işğalıyla bağlı planında baş verən bəzi mühüm taktiki dəyişiliklərdir. Deməli, yeni dövr milli tariximizin, o cümlədən fəlsəfi və sosial-siyasi fikir tariximizin əsas metodoloji açarları Qacarlar və çar Rusiyasıyla bağlıdır. Sovetlər Birliyi dönəmində "Azərbaycan tarixi" adlı kitablarda müsbət, yenilikçi işğalçı çar Rusiyası önə çəkilərək, bunun tam əksi olaraq Qacarlara münasibətdə "düşmən", gerilikçi işğalçı "İran" obrazı yaradılmışdır. Ona görə də, bu iki məsələyə qısaca nəzər yetirməyi yalnız 19-cu əsr fəlsəfi və sosial-siyasi fikir tariximiz üçün deyil, bütövlükdə yeni və ən yeni tariximizə işıq tutmaq baxımından da son dərəcə vacib hesab edirik.
Bu anlamda bizi düşündürən əsas məsələ də odur ki, Qacarların sələflərindən fərqli olaraq əsrlər boyu Türk sülalələrinin hakimiyyəti altında olan Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycana sahib çıxa bilməməsinə nə səbəb oldu?! Üstəlik, Qacarların tam tərsi olaraq da, çar Rusiyası soykök və din birliyi bağı olmadığı halda, necə oldu ki, əvvəlcə bəzi xanlıqları, din xadimlərini, tanınmış ziyalıları ələ alıb daha sonra da Azərbaycanın şimalına dair işğalçılıq planını hərbi güclə gerçəkləşdirə bildi.
Bizə elə gəlir ki, bunun başlıca səbəblərdən biri Əfşarların 1730–1740-cı illərdə çar Rusiyasına qarşı apardığı mücadilənin şərtləriylə, Qacarların 1790–1828-ci illərdə çar Rusiyasına qarşı apardığı apardığı mücadilənin şərtlərinin fərqli olmasıyla bağlıdır. Məsələn, 18-ci əsrin ikinci yarısında çar Rusiyasının işğalçılıq yürüşlərini Səfəvilər adına durdurmağı başaran Nadir şah Əfşarın əlində bir sıra üstünlüklər vardı. Belə ki, Nadir şah yenicə baş qaldıran yerli separatistlərə, eyni zamanda sürətlə tənəzzülə uğrayan Səfəvilərin bu vəziyyətindən tələm-tələsik istifadə edərək Çənubi Qafqazı işğal etmək istəyən bir Rusiyaya qarşı mübariz aparırdı. Bu anlamda Nadir şah Əfşar üçün çar Rusiyasını Cənubi Qafqazdan, o cümlədən Şimali Azərbaycandan uzaq tutmaq, eyni zamanda yenicə baş qaldıran separatçılıq toxumlarını cücərmədən aradan qaldırmaq çox da çətin olmadı.
Bütün bunlarla yanaşı, Nadir şah Əfşarın uzaqgörən siyasətiylə həm Rusiyaya, həm də separatizmə qarşı dura bilmək üçün Səfəvilər dövründəki dörd bəylərbəyliyini ləğv edərək Əfşarlar dövlətinin tərkibində vahid Azərbaycan əyalətini gerçəkləşdirməsini, eyni zamanda bu bölgədə separatizmə, özəlliklə Rusiyaya meyil edən qüvvələri xeyli dərəcədə zərərsizləşdiməsini tariximiz adına üçün çox mühüm işlər hesab edirik. Ən əsası odur ki, Nadir şah Əfşar separatizmə qarşı vahidliyi, bütövlüyü irəli sürərək Rusiyanın Cənubi Qafqazda kök salmasının, separatizm ocaqlarının yaratmasının qarşısını almış, eyni zamanda Rusiyaya meyil edən bütün xainləri vaxtında cəzalandıraraq onların əl-qol açmasına ciddi ölçüdə imkan verməmişdir. Çar Rusiyası da Nadir şah Əfşar tərəfindən dərəbəyliyə, separatizmə son qoyulmuş, vahid bir mərkəzdə birləşdirilərək Əfşarlar dövlətinin əsas sütunu halına gəlmiş Azərbaycanda "parçala və hökm sür" işğalçılıq siyasətini artıq yürüdə bilməyəcəyini anlayaraq geri çəkilməyə məcbur olmuşdur.
Çox yazıqlar olsun ki, 1747-ci ildə Nadir şah Əfşarın faciəli ölümüylə yalnız Əfşarların sonu gəlmədi, eyni zamanda mərkəzi dövlətin dağılmasıyla yeni şərtlər ortaya çıxdı. Yeni şərtlər isə ondan ibarət idi ki, böyük bir imperiya çökərək onun xarabalıqları üzərində kiçik xanlıqlar ortaya çıxdığı halda, çar Rusiyası hərbi gücünü daha da artıraraq işğalçılıq planlarını yeni formada gerçəkləşdirməyə başladı. Hər halda Nadir şah Əfşarın ölümündən sonra Əfşarlar dövlətinin mərkəzi hakimiyyəti qoruya bilməməsini, bunun nəticəsində böyük bir dövlətin xarabalıqları üzərində əksəriyyəti Türk mənşəli olmaqla kiçik Xanlıqların yaranmasını Azərbaycan türklərinin ciddi ölçüdə qələbələrinin sonu məğlubiyyətlərinin başlanğıcı, çar Rusiyasının isə məğlubiyyətlərinin sonu qələblərinin başlanğıcı hesab etmək olar. Artıq 18-ci əsrin ikinci yarısında ortaya çıxan yeni şərtlər daxilində həm içdəki problemləri həll edib güclü bir dövlət yaratmaq, həm də xarici təhdidlərin başında gələn çar Rusiyasının işğalçılıq planlarını durdurmaq əvvəlki qədər asan deyildi. Bu anlamda Ağa Məhəmməd Qacar yeni dövlətin yaranması yolunda böyük uğurlara imza atsa da, ancaq yeni şərtlərin ortaya qoyduğu zorluqlar üzündən Azərbaycan torpaqlarının tamamını yeni dövlətin ətrafında birləşdirə bilməməsi, onun mühüm qələbələrinə də müəyyən qədər kölgə salmışdır. Üstəlik, yeni yaranan dövlətin əsas sütunu olan Azərbaycan türklərinin bir qisminin çar Rusiyasının işğalı altında qalması Qacarlar üçün, bütün mövcudiyyətləri dönəmində həm içdən, həm də xaricdən daima bir təhdid yaratmıştır ki, məhz böyük ölçüdə bu təhdidlərin nəticəsində də 1925-ci ildə, həmin qüvvələr tərəfindən devrilmişdir.
Bütün bunlara əsas səbəb odur ki, Nadir şah Əfşardan fərqli olaraq Ağa Məhəmməd Qacar artıq on illərlə müstəqil yaşamış separatist xanlıqlara, bununla yanaşı artıq "parçala və hökm sür" işğalçılıq siyasətini yürüdən çar Rusiyasına qarşı yeni şərtlər çərçivəsində mücadilə vermişdi. Hər halda çar Rusiyası Səfəvilərin sürətli tənəzzülü dövründə tələm-tələsik Qafqazı, o cümlədən Cənubi Qafqazı işğal etmək taktikasını bir kənara qoyaraq Qacarların dövründə, daha çox Əfşarların süqutundan sonra ortaya çıxmış Xanlıqların aralarında düşmənçilik toxumu səpmək, onları Osmanlı və Qacarlara qarşı qoymaq, özünü isə "himayəçi" rolunda qələmə vermək kimi siyasi manevralarla məsələni həll etməyə çalışırdı. Çar Rusiyası Cənubi Qafqazın ilk işğalından ciddi nəticə çıxartmış olmalı idi ki, növbəti mərhələdə Şimali Azərbaycanı hərbi güclə deyil, öncə mənəvi-psixoloji anlamda "parçala və hökm sür" siyasətiylə özünə tabe etdirmişdi.
Hər halda 18-ci əsrin ikinci yarısında Rusiyanın çar və çariçalarının bəzi Türk xanlıqlarına, din adamlarına, tanınmış ziyalılara hədiyyələr göndərmələri, eyni zamanda onların övladlarını, digər yaxınlarını Rusiyaya dəvət etmələri, bütün bunlarla yanaşı azsaylı etnik qruplarla işbirliyi qurmaları növbəti işğalçılıq siyasətinə zəmin hazırlamaq üçün idi. Ən əsası odur ki, çar ideoloqları Şimali Azərbaycan Türk Xanlıqlarını bacardıqları qədər Qacarlar və Osmanlıdan uzaq tutaraq, eyni zamanda vahid dövlətdə birləşə bilməmələri üçün düşmənçilik münasibətlərini gücləndirmiş guya, bu zamanda hər birinin ayrı-ayrılıqda müstəqil yaşamalarını dəstəklədiklərini ifadə etməyə çalışmışlar. Şübhəsiz, bu məsələlərlə bağlı çar ideoloqları Əfşarlardan sonra keçmiş Səfəvilər ərazisində yeni dövlət yaratmaq istəyən Qacarlarla Şimali Azərbaycan Türk xanlıqları arasındakı münasibətləri daim diqqətdə saxlamış, bütün vasitələrdən istifadə edərək Cənubi Qafqazın, o cümlədən Şimali Azərbaycanın yeni qurulan bir Türk dövlətinin sərhədləri içində qalmasına başlıca əngəl olmuşlar.
Ona görə də, hesab edirik ki, Əfşarların çar Rusiyasına qarşı apardığı mübarizənin şərtləriylə Qacarların verdiyi mücadilə şərtləri arasında xeyli fərqliliklər var. Əlbəttə, Əfşarlarla müqayisədə Qacarların mərkəzə tabe olmaq istəməyən Xanlıqlara, xüsusilə artıq özünə çar Rusiyası kimi "rəsmi himayəçi" tapmış Xanlıqlara qarşı mübarizəsi, bu anlamda çar Rusiyasına qarşı verdiyi savaşlar daha ağırlı və zor şərtlər altında olmuşdur. Bütün bunları, yəni 18-ci əsrin birinci yarısındakı şərtlərlə, 18-ci əsrin sonu 19-cu əsrin başlarındakı şərtlər arasındakı fərqləri nəzərə almadan Cənubi Qafqazın, o cümlədən Şimali Azərbaycanın işğalında yalnız Qacarları suçlu, çar Rusiyasını isə haqlı hesab etmək bir Türk tarixçisinə, eyni zamanda özünü obyektiv tarixçi hesab edən istənilən tarixçiyə yaraşmaz.
Sülalənin süqutu
[redaktə | mənbəni redaktə et]21 yanvar 1898-ci ildə Təbrizdə anadan olan Soltan Əhməd, 11 yaşında şah taxtına qalxmışdır. Ancaq Birinci dünya müharibəsi illərində İranın Rus, İngilis və Osmanlı qoşunları tərəfindən işğalı Sultan Əhməd şahın nüfuzunun itməsilə nəticələnmişdir. 1921-ci ilin fevral ayında dövlət çevrilişinə başcılıq edən Rza xan Pəhləvi İranda ən nüfuzlu şəxsiyyətə çevrilmişdir. 1923-cü ildə Sultan Əhməd şah İranı həmişəlik tərk etmişdir və 1925-ci ildə Məclisin qərarı ilə Qacar hökmdarlığının sonu qoyulmuşdur. 1925-ci ildən 1979-cu ilə qədər İrana Pəhləvi sülaləsinin şahları hökmdarlıq etmışlər. Sultan Əhməd şah Qacar 21 fevral 1930-cu ildə Fransanın Neuilly-sur-Seine şəhərində vəfat etmişdir.
1747–1925-ci illərdə Qacar sülaləsindən şahlar
[redaktə | mənbəni redaktə et]Adı | Portreti | Atası | Həyatı | Tacgüzarlığı | Taxtı tərk etməsi | |
---|---|---|---|---|---|---|
1 | Ağa Məhəmməd şah | Məhəmmədhəsən xan Qovanlı-Qacar | 1742–1797 | 20 mart 1794 | 17 iyun 1797 | |
2 | Fətəli şah | Hüseynqulu xan Qovanlı-Qacar | 1772–1834 | 17 iyun 1797 | 23 oktyabr 1834 | |
3 | Məhəmməd şah | Abbas mirzə Qovanlı-Qacar | 1808–1848 | 23 oktyabr 1834 | 5 sentyabr 1848 | |
4 | Nasirəddin şah | Məhəmməd şah | 1831–1896 | 5 oktyabr 1848 | 1 may 1896 | |
5 | Müzəffərəddin şah | Nasirəddin şah | 1853–1907 | 1 may 1896 | 3 yanvar 1907 | |
6 | Məhəmmədəli şah | Müzəffərəddin şah | 1872–1925 | 3 yanvar 1907 | 16 iyul 1909 | |
7 | Sultan Əhməd şah Qacar | Məhəmmədəli şah | 1898–1930 | 16 iyul 1909 | 15 dekabr 1925 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Charles Melville, redaktorPersian Historiography: A History of Persian Literature. 27 January 2012. 358, 361. ISBN 9780857723598.
- ↑ "Almanach de Gotha. Annuaire Génèaloqique, diplomatique et statistique. 1897, page 1132". 2014-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-08.
- ↑ "Almanach de Gotha. Annuaire Génèaloqique, diplomatique et statistique. 1907, page 1013". 2014-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-09.
- ↑ Homa Katouzian, State and Society in Iran: The Eclipse of the Qajars and the Emergence of the Pahlavis, published by I. B. Tauris, 2006. pg 327: "In post-Islamic times, the mother-tongue of Iran's rulers was often Turkic, but Persian was almost invariably the cultural and administrative language."
- ↑ Homa Katouzian, Iranian history and politics, published by Routledge, 2003. pg 128: "Indeed, since the formation of the Ghaznavids state in the tenth century until the fall of Qajars at the beginning of the twentieth century, most parts of the Iranian cultural regions were ruled by Turkic-speaking dynasties most of the time. At the same time, the official language was Persian, the court literature was in Persian, and most of the chancellors, ministers, and mandarins were Persian speakers of the highest learning and ability."
- ↑ "Ardabil Becomes a Province: Center-Periphery Relations in Iran", H. E. Chehabi, International Journal of Middle East Studies, Vol. 29, No. 2 (May, 1997), 235; "Azeri Turkish was widely spoken at the two courts in addition to Persian, and Mozaffareddin Shah (r. 1896–1907) spoke Persian with an Azeri Turkish accent."
- ↑ "AZERBAIJAN x. Azeri Turkish Literature". Encyclopædia Iranica. 24 May 2012. 1 February 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 October 2013.; "In the 19th century under the Qajars, when Turkish was used at court once again, literary activity was intensified."
- ↑ Flynn, 2017. səh. 620
- ↑ "Genealogy and History of Qajar (Kadjar) Rulers and Heads of the Imperial Kadjar House". 2018-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-06-27.
- ↑ Cyrus Ghani. Iran and the Rise of the Reza Shah: From Qajar Collapse to Pahlavi Power, I. B. Tauris, 2000, ISBN 1-86064-629-8, p. 1
- ↑ "Encyclopedia Iranica. The Qajar Dynasty. Online Edition". 2008-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-06-27.
- ↑ K. M. Röhrborn, Provinzen und Zentralgewalt Persiens im 16. und 17. Jahrhundert, Berlin, 1966, p. 4
- ↑ "Encyclopedia Iranica. Ganja. Online Edition". 2007-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-06-27.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Flynn, Thomas O. (2017), The Western Christian Presence in the Russias and Qājār Persia, c.1760–c.1870, Brill Publishers, ISBN 9789004313545
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- `Pəhləvilər bizi məhv edə bilmədilər` – Qacar sülaləsinin davamçısı (MÜSAHİBƏ) Arxivləşdirilib 2021-01-23 at the Wayback Machine
- Azərbaycan türklərinin son imperiyasi: Qacarlar dövləti — XV YAZI