Qafqaz Albaniyası bayrağı — Vikipediya
Aqvan tarixi əsərində müxtəlif alban əyanlarının bayraqları olması ilə bağlı məlumat vardır.
Aqvan tarixində məlumatlar
[redaktə | mənbəni redaktə et]Alban çarı Urnayrın döyüşlərdə parlaq şöhrətlər qazanıb, ermənilər arasında da bayrağını sancmışdı.[1]
Yepiskop Givtin Müqəddəs Vaçeyə "ilahi məziyyətlərlə dolu məktubu"nda qeyd edir: Sənin bayraqların səmalar bayraqlarıdır və sənin nizənin ucunda olan nur Günəşin şüaları kimi parıldayır.[2]
Cavanşirə Bizans imperatoru tərəfindən iki bayraq bağışlanmışdı. O, Albaniyayanın ilk çarlarına məxsus olan bütün kənd və mülklərini Cavanşirə irsən nəsildən-nəsilə keçmək şərtilə bağışladı və çar kimi bütün Şərq xalqına hökmran təyin etmişdi.[3]
Dəvdəkin Cavanşirin ölümü şərəfinə yazdığı şeirdə belə qeyd edilir:
Rum qeysəri, bir də Cənub hökmdarı tələsirdi.
Can atırdı görmək üçün bizim böyük hökmdarı.
Şərafətlə, ləyaqətlə, ən bahalı zər-zinətlə
Qarşılardı, salamlardı onlar bizim bayraqdarı.[4]
Varaz Trdatın çar seçilməsi ilə bağlı məlumat belədir: Katolikos və ölkənin bütün knyazları hamılıqla bu seçkini tələsik keçirməyə can atırdılar. Elə buradaca bütün əyanlar müxtəlif heyvan şəkilləri olan bayraqlarını açdılar, şeypurlar çalındı və Varaz Tiridatı qızıl qalxana otuzdurub onu tərifləyə-tərifləyə üç dəfə göyə atdılar.[5] Kamilla Treverin fikrincə, bu bayraqlarda əjdaha (və ya heraldik heyvan və quşlar) təsvir edilə bilərdi.[6]
Cavanşirin heykəli
[redaktə | mənbəni redaktə et]Arxeoloq Qara Əhmədovun fikrincə Cavanşirin heykəlinin altlığında olan aslan təsvirləri Cavanşirin hərbi bayrağındakı surətlərə işarədir.[7]
Urnayrın təsviri
[redaktə | mənbəni redaktə et]Aqvan tarixinə həsr edilmiş miniatürdə Urnayr və Sasanı hökmdarının başçılığ altında orduda 2 bayraq təsvir edilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Kalankatlı, 2006. səh. 42
- ↑ Kalankatlı, 2006. səh. 74
- ↑ Kalankatlı, 2006. səh. 211-212
- ↑ Kalankatlı, 2006. səh. 243
- ↑ Kalankatlı, 2006. səh. 249
- ↑ К. В. Тревер. Очерки по истории и культуре Кавказской Албании IV в. до н. э.-VII в. н. э. — Москва-Ленинград: Издательство Академии наук СССР, 1959. — С. 339. — 389 с
- ↑ Rasim Əfəndi. Azərbaycan incəsənəti. Orijinal mətn (az.)
Arxeoloq Q.Əhmədov alban tarixçisi Musa Kalankatukluya əsaslanaraq göstərir ki, Cavanşirin başındakı tac, qulağındakı sırğa və əynindəki gözəl paltar vaxtilə ona Sasani hökmdarları tərəfindən bəxş edilmişdir. Altlıqda olan aslan təsvirləri Cavanşirin hərbi bayrağındakı surətlərə işarədir. Həmin bayrağı ona Sasani hökmdarı Ş.Yəzdəgird (632-651) bağışlamışdır. Altlığın yan tərəfindəki fil təsviri isə Cavanşirin ərəb xilafəti ilə siyasi ittifaqının rəmzidir. Mənbələrdən məlumdur ki, bu fili ona məhz ərəb əyanları bəxş etmişdilər.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Moisey Kalankatuklu — Alban ölkəsinin tarixi/qədim erməni dilindən təcümə akad. Z. M. Bünyadov, Bakı, 2006.