Qagik (Şəki-Kaxeti hökmdarı) — Vikipediya
Qagik | |
---|---|
Şəki-Kaxeti hökmdarı (ranların və kaxların çarı[1]) | |
ən geci 1037/1038-ci il – 1058[2] | |
Əvvəlki | Böyük Kvirike |
Sonrakı | I Axsartan |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | [2] |
Fəaliyyəti | suveren[d] |
Atası | David |
Anası | Zolakertel |
Uşağı | I Axsartan |
Ailəsi | Pakraduni sülaləsi |
Dini | xristian |
Qagik (gürc. გაგიკი), yaxud Qaki[2] – Şəki-Kaxeti hökmdarı. Mənbələrdə adı ilk dəfə 1037/1038-ci, sonuncu dəfə isə 1046-ci ildə baş vermiş hadisələrin təsvirində çəkilmişdir. XVIII əsr gürcü tarixçi-coğrafiyaşünası Vaxuşti Baqrationi səhvən, Böyük Kvirikenin 1039-cu ildə öldüyünü və həmin ildə də Qagikin hakimiyyətə gəldiyini göstərir[2]. Lakin əslində Böyük Kvirike Tiflisin 1037/1038-ci il mühasirəsi zamanı artıq həyatda yox idi. Vaxuşti Baqrationiyə görə Qagik 1058-ci ilə qədər – ömrünün sonuna qədər hakimiyyətdə olmuşdur[2].
Həyatı və siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Böyük Kvirikenin övladı olmadığı üçün onun ölümündən sonra hakimiyyətə bacısı oğlu Qagik keçdi. Böyük Kvirikenin başqa bacısının əri Aşot Marileli – Alazan çayının mənbəyi yaxınlığında yerləşən Marelisi qalasının sahibi də hakimiyyətə iddialı idi[4].
Yuxarıda qeyd edilən Tiflisin 1037/38-ci il mühasirəsi isə “Kartli salnaməsi”nə görə Kürün sağ sahili tərəfdən gürcü çarı IV Baqratın?! (1027—1072), solsahildən – İsani qalası tərəfdən, Kaxeti çarı Qagikin “kaxetilərin və heretilərin” ordusu ilə şəhərə yaxınlaşması ilə başlamış və iki il davam etmişdir. Sonda IV Baqrat Tiflis hakimi Cəfər ibn Əli ilə sülh bağlamış, bundan sonra bəzi Kaxeti əyanlarını, o cümlədən hakimiyyətə iddialı olan Aşot Marilelini də öz tərəfinə çəkərək Kaxetiyə hücum etmişdir. Mikel və Qabriel dağında baş vermiş toqquşmada IV Baqrat qalib gəlir, Tianetiyə qədər irəliləyir, burada Böyük Kvirikenin tikdirdiyi məşhur Bodoci sarayını yandırır. Lakin öz ölkəsində Kldekari eristavı Liparitin (1021—1059) qiyamından ehtiyatlanaraq geri dönməyə məcbur olur[5]. Bundan sonra IV Baqrat Liparita qarşı illərlə mübarizə aparmış, Qagik isə canlı qüvvə sarıdan Liparita köməyini əsirgəməmişdir.
1046-cı ildə Tiflis əmiri Cəfər ibn Əlinin ölümündən sonra sağsahil Tiflis əhalisi şəhərin bu hissəsini IV Baqrata döyüşsüz təslim etdi. Sol sahildəki İsani qalası müdafiəçiləri isə Kür çayı üzərindəki körpünü dağıdaraq IV Baqratı şəhərin bu hissəsinə buraxmadılar. Bu zaman Qagik İsani qalasının müdafiəçilərinin köməyinə gəldi və IV Baqratla danışıqlara gedərək qalanın onun əlinə keçməsinə imkan vermədi[6].
Müasir tədqiqatçılardan Şirinbəy Hacıəli hesab edir ki:
Böyük Kvirikenin çarlığı dövründə olduğu kimi, onun varisi çar Qağikin hakimiyyəti zamanı da Şəki (Hereti-Kaxeti) çarlığı regionda qüdrətli dövlətlərdən biri olaraq qalırd[7]. Qağik hakimiyyətinin sonunadək (1058-ci il) ölkəsinin istiqlaliyyətini və qüdrətini qoruyub saxlaya bildi[8].
Həmçinin, bax:
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Мусхелишвили Д. Л., 1982. səh. 41
- ↑ 1 2 3 4 5 Вахушти Багратиони., 1976
- ↑ Мкртумян Г., 1981. səh. 101
- ↑ Мкртумян Г., 1981. səh. 96
- ↑ Картлис Цховреба, 2008. səh. 154, 155
- ↑ Əliyev Ş. H., 2007. səh. 106
- ↑ Əliyev Ş. H., 2007. səh. 108
- ↑ Əliyev Ş. H., 2007. səh. 107
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Мусхелишвили Д. Л. Из исторической географии восточной Грузии (Шаки и Гогорена). Тбилиси: Мацниереба. 1982.
- Вахушти Багратиони. История царства Грузинского (PDF). Тбилиси: Мецниереба. Перевел, снабдил предисловием, словарями и указателем Н. Т. Накашидзе. 1976.
- Картлис Цховреба (PDF). Тбилиси: Артануджи. Главный редактор академик Роин Метревели. 2008.
- Ахмед ибн Лютфуллах (Мунадджим-Баши) "Джами ад-Дувал"; Ибн ал-Азрака ал-Фарики из "Истории Майяфарикина" // Труды института истории . Том XII. Перевод с арабского Мамедова А. Дж. (rus). Баку. 1957.
- Əliyev Ş. H. Şimal-Qərbi Azərbaycan: ingiloylar (I kitab: Ən qədim zamanlardan XIII əsrin ortalarınadək) (1000 nüs.). Bakı: Təhsil. 2007.
- Минорский В. Ф. История Ширвана и Дербенда X-XI веков. М.: Издательство восточной литературы. 1963.
- Мкртумян Г. Царство Кахети-Эрети и армяно-грузинские отношения (XI в.—начало XII в.). (PDF) // Լրաբեր Հասարակական Գիտությունների (Ист.-филол. журн.) (rus). Bakı. 1981. 95–105. ISSN 0320-8117.