Qahabçay — Vikipediya
Qahabçay | |
---|---|
Ölkə | |
Mənsəbi | Naxçıvançay |
Uzunluğu |
|
Qahabçay — Babək rayonu ərazisində çay. Naxçıvançayın sol qolu.[2]
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Mənsəbindən 16 km məsafədə, Yarımca kəndi yaxınlığında Naxçıvançaya tökülür. Uzunluğu 21 km, hövzəsinin sahəsi 79 km²-dır. Əsasən yağış və qrunt suları ilə qidalanır. Suyu bütünlüklə suvarmada və eyniadlı su anbarının doldurulmasında istifadə edildiyindən, Naxçıvançayın axımının formalaşmasında rolu cüzidir.
Çayın üzərindən Qahab körpüsü salınmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ Naxçıvan ensiklopediyası.II cilddə.I cild.Naxçıvan.2005.