Qalina Vişnevskaya — Vikipediya

Qalina Vişnevskaya
rus. Гали́на Па́вловна Вишне́вская
Qalina Vişnevskaya 2008-ci ildə
Qalina Vişnevskaya 2008-ci ildə
Ümumi məlumatlar
Doğum adı Галина Павловна Иванова
Doğum tarixi
Doğum yeri SSRİ SSRİ
Rusiya Sovet Federativ Sosialist Respublikası Rusiya SFSR, Leninqrad
Vəfat tarixi (86 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİRusiya Rusiya
Həyat yoldaşı
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni
Fəaliyyət illəri 1944-cü ildən
Janrlar klassik musiqi, opera
Musiqi alətləri piano
Səs tembri soprano
Təhsili
Mükafatları "SSRİ xalq artisti" fəxri adı "Lenin" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Mstislav Rostropoviçlə birlikdə, 1965-ci il.

Qalina Vişnevskaya (rus. Гали́на Па́вловна Вишне́вская; d. 25 oktyabr 1926 - ö. 11 dekabr 2012) — Sovet və rus opera müğənnisi.

25 oktyabr 1926-cı ildə Leninqradda anadan olmuşdur. Leninqrad blokadasını yaşayıb. 16 yaşında Hava Hücumundan Müdafiə qoşunlarında hərbi xidmət olub. 18 yaşında Leninqrad vilayəti operettasına daxil olub. Tez bir zamanda sol partiyaların ifaçısı kimi çıxış edib. Üç dəfə ərdə olub. Üçüncü əri tanınmış violonçelist Mstislav Rostropoviç idi.[2] 1974-cü ildə onlar o vaxtkı SSRİ-dən mühacirət ediblər. Onlar Aleksandr Soljenitsını dəstəklədikləri üçün təqib olunublar. 1978-90-cı illərdə onlar sovet vətəndaşlığından məhrum ediliblər. Bu illər ərzində bu iki sənətkar ABŞ-də yaşayıb, dünyanın çeşidli tanınmış teatrlarında çıxışları olub.[2]

11 dekabr 2012-ci ildə vəfat etmişdir[3].

1944-1945-ci illərdə Leninqrad Operetta teatrında, 1952-ci ildən isə "Bolşoy" teatrda fəaliyyət göstərmişdir. 1952-74-cü illərdə SSRİ Böyük Tetarında 30 yaxın operada əsas partiyaları oxuyub.[2]

1955-ci ildə Mstislav Rostropoviçlə ailə həyatı qurmuşdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]