Qara xan (Talış xanı) — Vikipediya

Qara xan
Seyid Cəlaləddin Mirzə bəy
Talış xanlığının I müstəqil xanı
1747 – 1786
ƏvvəlkiSeyid Abbas bəy
SonrakıMir Mustafa xan
Şəxsi məlumatlar
Doğum tarixi ?
Doğum yeri Xərxatan, Əfşarlar dövləti
Vəfat tarixi
Vəfat yeri Lənkəran, Talış xanlığı
Atası Seyid Abbas bəy
Anası Ahu xanım
Dini Şiə (İslam)

Seyid Cəlaləddin Mirzə bəy və ya xan olduqdan sonra bilinən adı ilə Qara xanTalış xanlığının ilk müstəqil xanı.

Qara xanın atası Seyid Abbas Məhəmməd Peyğəmbərin nəslindən gəlib Talış bölgəsinə gəlmə idi. O Boradigah kəndinin bəyi Əsəd bəylə yaxınlaşaraq onun qızı Ahu xanımla evlənir. Bu evlilikdən Seyid Cəlaləddin dünyaya gəlir. 1736-cı ildə Suqovuşandakı qurultayda Nadir şahın hakimiyyətini tanıyan Seyid Abbas bəy oğlu Seyid Cəlaləddini bəyi onun qulluğuna göndərir. Maraqlıdır ki Cəlaləddin bəy "Qara" ləqəbini bu qulluğda dərisinin rənginə görə almışdı. Seyid Cəlaləddin Dağıstan səfərində göstərdiyi igidliyə görə Nadir şahdan "xan" titulunu alır və Qara xan adlanmağa başlayır.

Xanlıq dövrü

[redaktə | mənbəni redaktə et]

1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra vətənə qayıdan Qara xan Talış xanlığının taxtına çıxır.[1] Qara xan ilk iş olaraq sərhədləri möhkəmləndirir, daimi ordu formalaşdırır. Mərkəzi hakimiyyəti gücləndirmək üçün narazı feodalların torpaqlarını xanlıq torpaqlarına əlavə edir. İran hakimiyyəti uğrunda gedən mübarizədə xanlığı qorumaq üçün paytaxtı Lənkərana köçürür və Rusiyaya yaxınlaşır.

Qara xanın dövründə işğalçı siyasət yeridən Kərim xan Zənd arasında əlaqə pisləşir. Kərim xanın müttəfiqi Gilan xanı Hidayət xan 1768-ci ildə Talış xanlığına hücum edərək Qara xanı məğlub edir. Qara xan Hidayət xana bac verməyə məcbur olur. Talış xanlığı 1785-ci ildə Qubalı Fətəli xandan vassal asılığına düşür.[2] Qara xan 1786-cı ildə vəfat edir.

● Cəmaləddin Mirzə bəy adına Lənkəran şəhərində park salınmışdır.

● Cəmaləddin Mirzə bəy adına Bakı şəhərinin Lökbatan qəsəbəsində park salınmışdır.

  1. Nuranə Namazov. Talış xanlığı. Ens.az. 2020-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-03.
  2. Советская историческая энциклопедия. 1973.