Qasım bəy Hacıbababəyov — Vikipediya

Qasım bəy Hacıbababəyov
Şəxsi məlumatlar
Doğum tarixi 1811
Doğum yeri
Vəfat tarixi 1874
Vəfat yeri
Vətəndaşlığı
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Bakı, Şamaxı, Salyan
Əsas tikililəri

  • Parapet bağı (Fəvvarələr bağı);
  • Nizami muzeyi (1860), karvansara kimi;
  • "Araz" k/t-nı kompleksi;
  • Sahil (1860-1861);
  • Sisiyanov parkı (1860);
  • Vorontsov küçəsi 1-də yaşayış binası, (1870);
  • Əyri (Krivaya) küçəsindəki yaşayış binaları, (1870);
  • Şamaxıda hamamlar (1860-1870);
  • Şamaxıda yeni məscid (1870)
Şəhərsalma layihələri ŞamaxıCavad şəhərlərinin baş layihələri
Abidələrin bərpası Şamaxı Cümə məscidi (1870)
Tələbəsi Məşədi Mirzə Qafar İsmayılov
Mükafatları I dərəcəli Müqəddəs Stanislav ordeni "Müqəddəs Anna" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hacıbababəyov Qasım bəy Hacıbaba bəy oğlu (1811, Şamaxı1874, Şamaxı) — Bakının mərkəzinin formalaşmasında böyük rol oynamış XIX əsrdə fəaliyyət göstərmiş azərbaycanlı memar.

Qasım bəy Hacıbababəyov 1812-ci ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra qəza məktəbində oxumuşdu. Atası və böyük qardaşı Səməd bəy kimi memar idi. 1848-ci ildən Şamaxı quberniya memarının köməkçisi, 1856-cı ildən quberniya memarı kimi fəaliyyət göstərib.[1] 1858–1859-cu illərdə Şamaxının yenidən qurulmasının baş planını hazırlayıb. 1858-ci ildə Şamaxıda tikdiyi teatr binası Azərbaycanın ilk teatr binasıdır.[2]

Müqəddəs Anna Ordeni ilə təltif edilib.[2]

1868-ci ilədək Bakı şəhərinin memarı.[3]

1860-cı ildə İçərişəhərin dəniz tərəfdən olan qala divarlarının sökülməsindən sonra şəhər memarı Qasım bəy Hacıbabəyov sahil zolağını nizamlayıb və orada II Aleksandrın adını daşıyan sahil küçəsi — bulvar salınıb.[4]

Parapet meydanını[5] və 1868-ci ildə o ərazidə yerləşən karvansara binasını inşa edib.[6]

1868-ci ildən 1874-cü ilədək Şamaxının memarı olmuşdur.

2017-ci ildə buraxılmış Azərbaycan poçt markası

Qasım bəy Hacıbababəyov əvvəl Şamaxının baş memarı idi. Zəlzələdən sonra Bakı quberniya mərkəzi olanda, o da Bakıya gəldi. Onun tikdiyi binalar:

  • Parapet bağı (Fəvvarələr bağı)
  • Nizami muzeyi (1860), karvansara kimi
  • "Araz" k/t-nı kompleksi
  • Sahil (1860–1861)
  • Sisiyanov parkı (1860)
  • Vorontsov küçəsi 1-də yaşayış binası, (1870)
  • Əyrı (Krivaya) küçəsindəki yaşayış binaları, (1870)

2020-ci ildə Xəzər televiziyasında Qasım bəy Hacıbababəyov haqqında sənədli film çəkilib.

  1. "Hacıbababəyov Qasım bəy". shamakhi-encyclopedia.az. 2024-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-01.
  2. 1 2 Azərbaycan Sovet Ensiklopediyası (az.). X. Bakı: Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası. 1987. 146.
  3. Hüseynov, Rafael. "Pərdə arxasındakı qeyrət müəllimləri". 525.az. 2024-01-29. 2024-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-01.
  4. Orucov, Murad. "Dənizkənarı Milli Parkın sanitariya-mühafizə zonası təsdiqlənib". Sputnik Azərbaycan (az.). 2022-03-28. 2024-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-01.
  5. Zeynalov, Məhərrəm. "Əsl bakılılar "Parapet" deyir - Bakının mərkəzi meydanının tarixi". jam-news.net. 2021-05-23. 2024-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-01.
  6. Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 35. ISBN 978-9952-32-020-6.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]