Qozqaralı — Vikipediya
Qozqaralı | |
---|---|
40°35′ şm. e. 45°43′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Qozqaralı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Poladlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Toponimikası
[redaktə | mənbəni redaktə et]Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi 1930-cu ildə həmin r-ndakı Heriknaz kəndindən köçmüş ailələr tərəfindən Qozqaralı adlı ərazidə salındığı üçün belə adlanmışdır. Əraziyə isə orada qozqara ağacı çox olduğu üçün belə ad verilmişdir.[2]
Əhalisi
[redaktə | mənbəni redaktə et]2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 118 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Qozqaralı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. XX. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629