Qrafologiya — Vikipediya
Qrafologiya (q.yun. γράφω — "yazmaq" və λόγος — "təlim") — Şəxs və xətt ilə bağlı elm sahəsi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Hələ antik dövrlərdə qrafologiya haqqında məlumatların olduğu müəyyən edilmişdir. Aristotel, Teofast (e.ə.372–287-ci illər), Dimitri Falerskiy, məşhur antik komediyaçı Menandr (e.ə.342–292-ci illər), yunan yazıçısı Dionisi Qalikarnasskiy (e.ə.Ι əsrin ΙΙ yarısı) insanın xarakteri ilə yazısı arasında əlaqənin olduğunu müəyyənləşdirmişdilər. Bu fikri təsdiqləmək üçün tədqiqatlar aparılmış, yazılar arasında psixoloji fərqləri öyrənməyə çalışmışdılar. Məsələn, Poma imperatorlarının mirzəsi Müqəddəs Qay Trankvill imperator Avqustun yazısını analiz edərək onun, ehtiyatlı və xəsis olmasını demış və bunu hərfləri sıx və sətrləri isə yığcam yazması ilə əlaqələndirmişdir.
Roma imperiyasının süqutundan sonra qrafologiyaya maraq da itir. Lakin orta əsrlərdə bu sahəyə yenidən maraq oyanır. ΧΙV əsrda bu elm sahəsi okkultizmin daxilində tədris edilməyə başlanır. Buna baxmayaraq bir çox ədiblər bu sahə ilə ciddi məşğul olmuşlar. Bunlardan Uilyam Şekspir, Höte, Lafater, Jorj Sand, Aleksandr Düma-oğul, Volter Skott, Edqar Po kimi tanınmışların adını çəkmək olar.
Höte qrafologiya haqqında belə demişdir: "Heç bir şubhə yoxdur ki, yazının insanın xarakteri və ağlı ilə əlaqəsi var, eləcə də o, ən azı insanın hiss və davranışları haqqında məlumat verə bilər."
Jorj Sand isə bu haqda belə demişdir: "Bu elmin sistemini bilmədiyim üçün ola bilər ki, yanılıram, amma mən minlərlə məktub alıram və mənim instinktim mənə imkan verir bu yazılar əsasında oxucularım haqqında təsəvvürlər yürüdüm."
ΧVΙΙ əsrdə qrafologiya dəbə düşür, çoxlu qrofoloq "biliciləri" peyda oldu. Bununla yanaşı peşəkar qrafoloqlar da formalaşdı. 1622-ci ildə həkim və filosof Kamillo Baldi "Yazının köməyi ilə insanın təbiəti və xarakteri öyrənilməsi haqqında traktat" adlı qrafologiyaya dair ilk kitabı nəşr etdirdi. Bu ilk fundamental əsər idi. Baldinin ardınca Lafater öz kitabının 3-cü bölməsində yazıların xarakteri barədə məlumatları daxil edir. 1792-ci ildə Berlindən olan İohan Qrossman insan xarakterinin onun yazısında əks olunmasının fizioloji izahını verir.
Qrafologiyaya maraq gündən-günə artırdı, geniş tədqiqatlar aparılırdı. Leypçikdən olan alim Adolf Henç il ərzində 60 min yazını tədqiq etmiş və nəticədə 1862-ci ildə "Hiroqrammatomantiyu, yazud da xarakterin yazı ilə öyrənilməsi bacarığı" kitabını nəşr etdirir.
Artıq 1830-cu illərdə Parisdə "qrafoloqlar məktəbi" mövcud idi. Qrafoloiyanın atası isə fransız abbatı Jan İppolit Mişon(1806–1881-ci illər) hesab olunur. Çünki məhz. o, ilk dəfə olaraq yazıların tədqiqi üsullarını sistem halına salır.1871-ci ildə "Qrafologiya" jurnalını təsis edir. 1881-ci ildə isə Parisdə qrafoloqlar cəmiyyətini yaradır. Uzun illər qrafoloqlar tərəfindən istifadə olunan dəyərli kitab "Qrafoloji sistem" adlı kitabın müəllifi də Mişon olmuşdur. Bu kitabın girişində o, qrafologiyaya belə izah verirdi: hər bir yazı nitq kimi ruhun əqli və əxlaqı özəlliyini göstərir, yazı baxışla görülə bilinən ruhun əl izidir. Mişon öz tədqiqatlarında özəl xarakterik xüsusiyyətləri də ayır edirdi. Mişenin müasiri Krapye Jamen "Qrafologiya haqqında traktat", "Yazı və xarakter" əsərlərində onun tədqiqatlarını tənqid edirdi. Mişendən fərqli olaraq o, intellektual səviyyəni və əxlaqi vəziyyəti analiz edirdi.
ΧΙΧ əsrin sonlarında Almaniyada çoxlu sayda qrofoloqlar məktəbi mövcud idi. O dövrün qrafoloji məktəblərindən biri ayrı-ayrı əlamətlərin ümumiləşdirilərək tədqiq edilməsini dəstəkləyirdi.. Bu məktəbin görkəmli nümayəndələrindən: Q. Mayerin, L. Klaqesin, fizioloq V. Preyerin adını çəkmək olar.
1903-cü ildə İ. Morqenştern "Psixoqrafologiya" kitabında müşahidələr nəticəsində qrofologiyanın elmi əsaslarını verir.
E. Burinski 1905-ci ildə yazıların kriminal aspektlərini şərhini verir.
V. Preyerin ən məşhur kitabı "Yazı və xarakter" adlanırdı.
Artıq qrafologiya elm kimi status almışdı. Yazının analizi ilə fizioloqlar, psixoloqlar, məhkəmə-tibbi ekspertləri maraqlanmağa başlayırlar.
1917-ci ildə Almaniyada "Yazı və xarakter" adlı kitab nəşr olunur. Bu kitab 25 dəfə davamlı nəşr olunmuşdu. Demək olar ki, bu kitab qrofoloqların bibliyasına çevrilmişdir. Kitabda İ. Turgeniyevin, L. Tolstoyun, E. Zolyanın, J. Vernin, P. Çaykovskinin, Şarl Qunonun, Vilhelm Ι və Vilhelm ΙΙ yazıları analiz edilmişdir. B. Napoleonun yazısı ən son anına qədər tədqiq edilmişdir.
1932-ci ildə B. Şulç "Yazı və evlilik" adli kitabında evlənən cütlüklərin uyğunluğunluqlarını yazıları vasitəsilə müəyyən edilə bilməsi haqqında məlumatları dərc etmişdir.
1939-cu ildə ingilis qrafoloqu Hans Yakobi "Xəttin analizi" kitabını nəşr etdirir, digər ingilis qrafoloqu Robert sodak yazının analizində ilk dəfə transportir, xətkeş və xronsirkuldan istifadə etmiş, həmçinin yazı prosesində əlin təziqini öyrənməyə başlamışdır.
1938-ci ildən Almaniyanın bir çox universitetlərində qrafologiya tədris olunmağa başlanır.1959-cu ildə isə Münhendə qrafologiyadan dövlət imtahanı keçirilməyə başlandı.
ABŞ-də stenoqraf Milton Banker 1920-ci ildə Çikaqoda Beynəlxalq Qrafoloqlar Qəmiyyətini yaradır. Hal-ahzırda bu bu ən məşhur qrafologiya məktəblərindən biridir.
1930-cu ildə Qordon Ollport həmkarı Fillip Vernon ilə birgə qrafoanalizi öyrənməyə başlayırlar. Onların birgəelmi işi "İfadəli hərəkətlərin öyrənilməsi" adlanırdı. Bu elmi əsərində Ollport yazırdı: "Həqiqətən də yazı elə bir kristaldır ki, onun köməyi ilə insanın tam olmasa da bir çox psixoloji xüsusiyyətlərini çətinlik çəkmədən görmək olar."
1948-ci ildə V. Vulf öz təcrübələri ilə müəyyənləşdirdi ki, insan xəttinə məxsus özəlliklər bilavasitə altşüura bağlıdır və idarəolunmazdır. Bütün araşdırmalarını "Təltəlşüurun dioqrammaları" adlı kitabında toplayaraq nəşr etdirdi.
Rusiyada İ. F. Morqanştern ΧΙΧ əsrin sonlarında qrafologiyaya dair "Psixoqrafologiya" kitabını nəşr etdirdi. Bu kitab ikinci dəfə 1994-cü iləd nəşr olundu.
1929-cu ildə D. M. Zuyev-İnsarov öz geniş tədqiqatları əsasında "xarakterin və yazının formalaşması" və "Xarakter və yazı" kitablarını nəşr etdirdi. 1930-cu illərdən etibarən Rusiyada və SSRİ respublikalarında qrafologiya qadağan edilmiş elmlər siyahısına qatıldı.
Bütün bunlara baxmayaraq qrofoloqlar arasında bəzi məqamlarda fikir ayriliqları da, yanılmalar da olur. Bu da bir çox hallarda qrafologiyanı bir elm kimi şübhə altına salırdı. Lakin elm inkişaf etdikcə yeni metodlar, yeni yanaşmalar ortaya çıxır. Bu da qrafologiyanın bir elm kimi inkişaf etməsinə böyük təkan verirdi.