Qrin-park — Vikipediya
Qrin-park | |
---|---|
Green Park | |
| |
Məlumatlar | |
Parkın tipi | Şəhər parkı |
Ölkə | |
Yerləşməsi | London, Birləşmiş Krallıq |
Koordinatları | 51°30′15″ şm. e. 0°08′37″ q. u.HGYO |
Sahəsi | 19 ha |
Tabeçiliyi | The Royal Parks |
Saytı | royalparks.org.uk/parks/… |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Qrin-park (ing. Green Park) — Vestminsterdə yerləşən kral parklarından biri. Hayd-park (şimal-qərbə doğru) və Sent-Ceyms parkı (şərqə doğru) arasında bir növ keçid rolunu oynayır. Qrin-park cənubda Mell, şimalda isə Pikadilli küçəsi ilə sonlanır.
Parkın tarixi kral VIII Henrixin dövrünədək uzanır. Park uzun müddət britaniyalı zadəganların duel yerinə çevrilmişdi.
Digər London parklarından fərqli olaraq, Qrin-parkda göl və ya tikili yoxdur və cəmi 2 abidə var — dünya müharibələrində həlak olmuş kanadalıların şərəfinə Kanada memorialı və II Dünya müharibəsinə həsr olunmuş Britaniya HHQ bombardman komandanlığı memorialı.
Qalereya
[redaktə | mənbəni redaktə et]- Qrin-park, London
- Kanada memorialı, Bukingem sarayının yaxınlığı
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Vikianbarda Qrin-park ilə əlaqəli mediafayllar var.