Qriqor Artsruni — Vikipediya
Qriqor Artsruni | |
---|---|
erm. Գրիգոր Արծրունի | |
Doğum tarixi | 27 fevral (11 mart) 1845[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 19 (31) dekabr 1892[2] (47 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | publisist, ədəbiyyat tənqidçisi, ictimai xadim, iqtisadçı |
Elmi dərəcələri | |
Vikianbarda əlaqəli mediafayllar |
Qriqor Artsruni (erm. Գրիգոր Արծրունի; 27 fevral (11 mart) 1845[1][2], Moskva[1][2] – 19 (31) dekabr 1892[2], Tiflis[1]) — erməni liberal-burjua publisisti, "Mşak" qəzetinin naşiri və redaktoru. O, Andrey Artsruninin qardaşı olmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]Qriqor Artsruni 27 fevral 1845-ci ildə Rusiya imperiyasının Moskva şəhərində anadan olmuşdur. O, latın, alman, fransız, rus və erməni dillərini öyrənmişdir. Artsruni 1863-cü ildə Birinci Tiflis Kişi Gimnaziyasında kurs bitirmiş, sonra Moskva və Sankt-Peterburq Universitetlərində təhsil almışdır.[3] O, ardınca Heydelberq Universitetinə daxil olmuş, burada siyasi və iqtisadi elmlər üzrə təhsil almışdır. Artsruni 1869-cu ildə elmlər namizədi alimlik dərəcəsi aldıqdan sonra Tiflis şəhərinə qayıtmışdır. Qriqor Artsruni ədəbi fəaliyyətinə "Meğu hayastani" ("Ermənistan arısı") və "Haykakan aşxar" ("Erməni dünyası") qəzetlərində başlamış, sonra 1872-ci ildə "Mşak" ("Əməkçi") qəzetini təsis etmişdir. Qəzetin ilk əməkdaşlarından biri yazıçı Perç Proşyan olmuşdur. Buna baxmayaraq, o, Artsruni ilə fikir ayrılığına görə tezliklə istefa vermişdir.[4]
Qriqor Artsruni 31 dekabr 1892-ci ildə Tiflis şəhərində vəfat etmişdir.[5]
Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- ↑ 1 2 3 4 5 6 7 8 Հայկական համառոտ հանրագիտարան (erm.). Հայկական հանրագիտարան հրատարակչություն, 1990. C. 1.
- ↑ "Арцруни Григорий" (rus). 17 dekabr 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2022.
- ↑ Веселовский, Юрий Алексеевич. Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //
- ↑ Под редакцией Ф. В. Константинова. Арцруни // Философская Энциклопедия. В 5-х т. — М.: Советская энциклопедия. 1960—1970.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Калашьян В. А., «Общественные взгляды Григора Арцруни», «Учёные записки Ереванского государственного русского педагогического института имени А. А. Жданова», 1949, том I.