Qurbanmurad Nəfəsov — Vikipediya

Qurbanmurad Nəfəsov
türkm. Gurbanmurad Nepesov
Şəxsi məlumatlar
Ləqəbləri "Basmaç", "Türkmən"
Doğum tarixi 1969
Doğum yeri
Vəfat tarixi 1992
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Ordusu, Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu
Döyüşlər
Təltifləri "İgidliyə görə" medalı

Qurbanmurad Bazarbay oğlu Nəfəsov (türkm. Gurbanmurad Nepesov, erm. Կուրբանմուրադ Բազարբայի Նեֆեսով, rus. Гурбанмырат Базарбаевич Непесов; ləqəbləri "Basmaç" və "Türkmən"; 1969, Boldumsaz rayonu[d], Daşoğuz vilayəti1992, Dağlıq Qarabağ Respublikası) — türkmənəsilli SSRİErmənistan hərbçisi, Birinci Qarabağ müharibəsi iştirakçısı. O, ölümündən sonra Ermənistan Respublikasının "İgidliyə görə" medalı ilə təltif edilmişdir (2009). Nəfəsov "Yerablur" hərbi qəbiristanlığında dəfn edilən yeganə müsəlmandır.

Qurbanmurad Bazarbay oğlu Nəfəsov 1969-cu ildə Türkmənistan SSR-in Kalininski rayonunda (indiki Boldumsaz rayonu) anadan olmuşdur. O, SSRİ Silahlı Qüvvələri sıralarında xidmət etmiş, Əfqanıstan müharibəsində iştirak etmişdir. SSRİ qüvvələri daxilində erməni hərbçilərlə eyni sırada xidmət edən Nəfəsov döyüşlər zamanı ağır yaralanmışdır. Buradakı erməni əsgərlərindən biri ona qan verərək onun həyatını xilas etmiş, sonrakı döyüşlərində birində həlak olmuşdur.[1]

Sovet qoşunları Əfqanıstandan çıxarıldıqdan sonra Nəfəsov Ermənistan SSR-ə xidmətə göndərilmişdir. Bundan sonra o, DQMV-yə getmiş və burada separatçılara kömək etməyə başlamış, 1991-ci ildə Volodya Avetisyanın yaratdığı "Ayr Vaan" könüllü dəstəsinə daxil olmuşdur.[2] Bu dəstədə çoxlu yezidi, rus, aysoryunan da xidmət edirdi. Müharibə zamanı o, ermənilər arasında "Basmaç" və "Türkmən" ləqəbləri ilə tanınmışdır.[1] Nəfəsovun müharibədə Ermənistan tərəfində vuruşmağına mənəvi səbəb kimi Əfqanıstanda erməni silah yoldaşının ölümü göstərilsə də,[3] digər bir versiyaya görə azərbaycanlılara qarşı şəxsi problemi var idi və o, Azərbaycandan intiqam almaq istəyirdi.[2]

1992-ci ildə "Ayr Vaan" dəstəsi Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində əməliyyatlara başlamışdır. Nəfəsov kəşfiyyatçı kimi Azərbaycan qüvvələrinin arxasına keçmiş və burada məlumat toplamışdır. Onun kəşfiyyat xarakterli fəalliyyəti sayəsində Ermənistan hərbçisi Jora Qasparyanın komandanlığı altında olan dəstə aprel ayında Azərbaycan Silahlı Qüvvələrinə aid 6 tankı məhv etmişdir. Bundan sonra Ağdaban kəndi işğal olunmuş və burada qətliam törədilmişdir. Nəfəsov 13 dekabr 1992-ci ildə Azərbaycan qüvvələri ilə döyüşdə həlak olmuşdur. Onun cəsədinin Aşqabada göndərilməsi nəzərdə tutulmuşdu, lakin müharibə vaxtı bunu etmək mümkün olmamışdır. Nəfəsovun cəsədi 4 ay morqda qalmış, sonra "Yerablur"da dəfn edilmişdir. Ermənistanın o zamankı müdafiə naziri Vazgen Sarkisyan əvvəlcə bir müsəlmanın "Yerablur"da dəfn edilməsinin uyğun olub-olmamasına şübhə ilə yanaşsa da, sonradan dəfninə razı olmuşdur.[1]

  • "İgidliyə görə" medalı (29 yanvar 2009).[4]
  1. 1 2 3 Panduxt. "Կուրբանմուրադ Նեֆեսովի մասին հոդվածը «Ոսկանապատ» վերլուծաբանական կենտրոնի կայքում". 1 iyun 2014. 18 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2022.
  2. 1 2 Barseğyan, Aykuhi. "«Արյունով ազատագրած հողը չենք թողնի տան ուրիշին». ազատամարտիկ". 12 noyabr 2013. 18 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2022.
  3. Qazaryan, Lusin. "Եռաբլուրում թաղված միակ մահմեդականը.ցնցող պատմություն". Henaran.am (erməni). 21 may 2014. 24 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 May 2022.
  4. Հայաստանի Հանրապետության շքանշանով եւ մեդալներով պարգեւատրելու մասին[ölü keçid]