Rüstəm Paşa külliyəsi — Vikipediya
Rüstəm Paşa külliyəsi | |
---|---|
41°01′03″ şm. e. 28°58′07″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Yerləşir | İstanbul, Fateh rayonu, Həsirçilər bazarı |
Memar | Memar Sinan |
Tikilmə tarixi | 1555 - 1561 |
Üslubu | Osmanlı memarlığı |
Material | qranit |
Vəziyyəti | Fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Rüstəm Paşa külliyəsi — İstanbulda XVI əsrə aid külliyə.[1] Osmanlı sultanı I Süleymanın kürəkəni Sədrəzəm Rüstəm Paşa tərəfindən inşa etdirilən külliyə məscid və onun altında yerləşən 2 karvansara, çeşmə və dükanlardan ibarətdir. Memar Sənan tərəfindən inşa olunan külliyənin yerləşdiyi ərazidə keçmişdə Hacı Xəlil ağa məscidi yerləşmiş, yeni külliyə bu məscid və ətrafındakı bəzi binaların satın alınaraq yerində inşa olunmuşdur. 1555–1561 tarixlərində inşa olunan külliyənın yerləşdiyi bu səmt ticarət baxımından o illərdə olduqca qaynar nöqtə olmuşdur.[2]
Strukturu
[redaktə | mənbəni redaktə et]Rüstəm Paşa məscidi
[redaktə | mənbəni redaktə et]Məscid düzbucaq planlı və tək gümbəzlidir. Yerləşdiyi səmt və 2 mərtəbəli strukturu ilə xüsusi önəm daşıyan bu külliyə eyni zamanda çinili bəzəmələri ilə də məşhurdur. Məscidin şimal cəbhəsində yerləşən nisbətən yüksək həyətə ikisi məscidin yanlarından, digər ikisi isə şərq və qərb künclərindən olmaqla 4 qapı açılır. Həyətin böyük bir qismi taxta tavanla örtülüdür. Tək şərəfəli minarəsi isə məscidin şimal qərb küncündə yerləşir.[3]
Rüstəm Paşa məscidi 1660 tarixli yanğında və 1766 tarixli zəlzələdə önəmli ölçüdə dağıntıya məruz qaldı. Zəlzələ əsnasında çökən gümbəzi və minarəsi sonradan bərpa olundu. Bundan başqa məscid 1960–1961, 1964–1969 və 1992–1995 tarixlərində təmir olunmuşdur. [4][5]
Dükanlar
[redaktə | mənbəni redaktə et]Məscidin şimal cəbhəsindəki həyətin altında 2 anbar və 8 dükan yerləşir. Məscid həyəti 15 daş sütun üzərində dayanır. Bu meydançanın altında və iki sıra ilə düzülən dükanların ortasında olduqca sadə görünüşlü çeşmə yerləşir. Bundan başqa məscidin İstanbul boğazına baxan cəbhəsindəki iki karvansara və onların ətrafında yerləşən çoxlu sayda dükan da bu külliyəyə daxildir. [6]
Qalereya
[redaktə | mənbəni redaktə et]- Məscidin daxilindəki çinili bəzəmələr
- Məscidin daxili
- Külliyəyə aid dükanlar
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Rüstem Pasha Mosque". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-16.
- ↑ http://www.islamansiklopedisi.info/dia/ayrmetin.php?idno=350292
- ↑ Carswell, 2006. səh. 74–76
- ↑ Denny, 2004. səh. 79-94
- ↑ Freely, Blue Guide Istanbul
- ↑ Denny, 2004