Rəşid xan Qaplanov — Vikipediya

Rəşid xan Qaplanov
24 dekabr 1919 – 15 aprel 1920
ƏvvəlkiƏliağa Həsənov
Sonrakıvəzifə ləğv edilib
bayraq
Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini etiqad naziri
bayraq2
14 mart 1919 – 22 dekabr 1919
HökumətI Yusifbəyli hökuməti
ƏvvəlkiNəsib bəy Yusifbəyli
SonrakıHəmid bəy Şahtaxtinski
26 mart 1919 – 23 may 1919
bayraq
Dağlılar Respublikasının daxili işlər naziri
bayraq2
17 dekabr 1918 – 23 mart 1919
ƏvvəlkiPşemaxo Kotsev
SonrakıPşemaxo Kotsev
20 yanvar 1919 – 23 may 1919
Sonrakıvəzifə ləğv olundu.
Müvəqqəti Terek-Dağıstan hökumətinin başçısı
1 dekabr 1917 – 17 mart 1918
Əvvəlkivəzifə təsis olundu.
Sonrakıvəzifə ləğv olundu.
Müvəqqəti Terek-Dağıstan hökumətinin xarici əlaqələr komissarı
1 dekabr 1917 – 17 mart 1918
Əvvəlkivəzifə təsis olundu.
Sonrakıvəzifə ləğv olundu.
1 dekabr 1917 – 17 mart 1918
ƏvvəlkiTapa Çermoyev
Sonrakıvəzifə ləğv olundu.
bayraq
Şimali Qafqaz və Dağıstan Dağlıları İttifaqı Mərkəzi Komitəsinin sədr müavini
bayraq2
20 sentyabr 1917 – 1 dekabr 1917
1 may 1917 – 20 sentyabr 1917
Əvvəlkivəzifə təsis olundu.
Şəxsi məlumatlar
Doğum tarixi 1883 və ya 1885[1]
Doğum yeri
Vəfat tarixi 10 dekabr 1937(1937-12-10) və ya 1937[1]
Vəfat yeri
  • Kommunarka poliqonu[d]
Dəfn yeri
  • Kommunarka poliqonu[d]
Partiya
Təhsili
Fəaliyyəti vəkil, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəşid xan Zabit oğlu Qaplanov və ya Kaplanov (az.-əski. رشید خان ظابط اوغلو قاپلانوو‎; 1883 və ya 1885[1], Terek vilayəti10 dekabr 1937 və ya 1937[1], Kommunarka poliqonu[d]) — Azərbaycan Xalq Cümhuriyyətinin əvvəlcə maarif və dini etiqad, sonra isə maliyyə naziri, Dağlılar Respublikasının daxili işlər naziri, Dağlı Parlamentinin sədri,[2] Dağlı Parlamentinin üzvü,[2] Şimali Qafqaz və Dağıstan Dağlıları İttifaqı Mərkəzi Komitəsinin sədr müavini, daha sonra isə sədri, Müvəqqəti Terek-Dağıstan hökumətinin başçısı və xarici əlaqələr komissarı.

Həm Azərbaycan Xalq Cümhuriyyəti, həm Dağlılar Respublikası rəhbərliyində iştirak etmiş üç siyasətçidən biridir.

Rəşid xan Qaplanov Birinci Dağlı Qurultayında qumuq, noqay və türkmən (Stavropol quberniyası) xalqları adından Rəyasət Heyətinə seçilmişdir. İkinci Dağlı Qurultayında səsvermə nəticəsində Rəşid xan Qaplanov Mərkəzi Komitə üzvü və sədr müavini seçildi. Bir müddət Dağlı muxtariyyətinə müvəqqəti rəhbərlik etmişdir. O, Şimali Qafqaz və Dağıstan Dağlı Xalqları İttifaqı Mərkəzi Komitəsi, Terek Kazakları Hərbi hökuməti, Terek Şəhərləri İttifaqı və Dağıstan oblastının vahid ad altında birləşərək təşkil etdiyi müvəqqəti Terek-Dağıstan hökumətində həm hökumət başçısı, həm də xarici əlaqələr üzrə komissar vəzifəsinə təyin olundu. Daha sona quruan Dağlılar Respublikasında Kotsev hökümətində daxil işlər naziri olmuşdur. Ardınca o, yeni yaradılan Dağlı Parlamentinin üzvü və sədri seçilmişdir. Respublikanın işğalı ilə o, Azərbaycana köçmüşdür.

Azərbaycanda o, Əhrar Partiyasının nümayəndəsi olaraq I Yusifbəyli hökumətində maarif və dini etiqad naziri vəzifəsinə, II Yusifbəyli hökumətində isə maliyyə naziri təyin olunmuşdur.[3]

Repressiya qurbanı olmuş, dəfələrlə həbs edilmiş, 1937-ci ildə öldürülmüşdür.

Rəşid xan Qaplanov Vladiqafqaz realni məktəbində oxuyarkən.

Rəşid xan Qaplanov 1883-cü ildə qumuq [3] Qaplanovlar ailəsində, Ağsay kəndində doğulmuşdur. İlk təhsilini Yaxsay mədrəsəsində almışdır. Daha sonra Vladiqafqaz real məktəbini bitirmişdir. Ali təhsilini Sorbon Universitetində alan Rəşid xan, 1910-cu ildə Sorbon Universitetinin hüquq fakültəsindən məzun olmuşdur.[3]

Daha sonra Parisdə olarkən tanış olduğu Gənc türklər hərəkatının üzvləri tərəfindən İstanbul Universitetinə dəvət olunmuş, 1913-cü ilədək orada dərs demişdir. İstanbulda Mülkiyyə məktəbində dövlət hüququndan, Siyasi Elmlər məktəbində isə konstitusiya hüququndan dərs demiş, Ədliyyə Nəzarətində qanunvericilik islahatları komissiyasında çalışmışdır. Bu müddət ərzində dəfələrlə təxəllüslərlə Osmanlı dövlətinin ilk rusdilli qəzeti olan "Stambulskie novosti" ("Стамбульские новости") və "Tanin" ("Танин") qəzetlərində yazıları dərc olunmuşdur. Triumvirat üzvləri ilə və Ənvər, Tələt, Camal paşalarla əlaqələri mövcud olmuşdur.[4]

1913-cü ildə atasının təkidi ilə Vladiqafqaza qayıtmış, 1914–1917-ci illərdə şəhər dairə məhkəməsində andlı müvəkkil müavini vəzifəsində çalışmışdır. Vəhşi diviziyanın Şimali Qafqazı işğal etməsindən sonra Bakıya köçmüşdür.[2]

Rəşid xan haqqında xəbər

Aprel işğalından sonra, 11 may 1920-ci ildə Rəşid xan Qaplanov Bakıda həbs olunmuş, lakin Orconokidze, NərimanovQorxmazovun xahişi ilə sərbəst buraxılmışdır.[5] 28 iyun 1920 tarixində sabiq Bakı polismeystri Quda Qudiyev ilə birlikdə tutulmuş,[6] əvvəlcə Vladiqafqaza göndərilmişdir. Rəşid xan Qaplanov 1921-ci ildə də Buynaksda bolşeviklər tərəfindən həbs olunmuşdur. Ondan Qafqazı tərk etmək tələb edilmişdir . Bundan sonra o, Moskvada yaşamağa məcbur oldu. O, Moskvadakı Şərq Xalqları Universitetində "Osmanlı imperiyası tarixi"ndən dərs demişdir. 1923-cü ildə "Türkiyə tarixi üzrə mühazirələr" kitabını çap etdirmişdir.[7]

1930-cu ildə Rəşid xan Qaplanov yenidən həbs edilsə də, bir müddət sonra azadlığa çıxmışdı. Rəşid xan bir müddət Ümumittifaq Yeni Əlifba Komitəsində sədr müavini olan Cəlaləddin Qorxmazovun yanında hüquq məsləhətçisi olaraq da çalışmışdır.[8]

Rəşid xan Qaplanov sonuncu dəfə 1937-ci ilin oktyabrın 8-də Moskvada həbs edilmişdir. Həmin vaxt o, Özbəkt Ticarət Müvəkkilliyinin Moskvadakı daimi nümayəndəliyində hüquq məsləhətçisi işləyirdi, eyni zamanda, Özbəkistan nümayəndəliyində vəkil kimi özəl fəaliyyət göstərirdi.[3]

Böyük təmizliyin bir parçası olaraq 8 oktyabr 1937-ci ildə həbs olunmuşdur. Əvvəlcə Lefortovo, sonra Butırka həbsxanalarında saxlanıldı. 1937-ci il dekabrın 10-da RSFSR Cinayət Məcəlləsinin 58–1a, 8 və 11-ci maddələri (əks-inqilabi hərəkatda və antisovet millətçi terror təşkilatında fəal iştirakagörə) ilə təqsirli bilindi. 7 dekabr tarixində Stalin, MolotovAndrey Jdanova "görə" barəsində ölüm hökmü təyin olunmuşdur. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası 10 dekabr tarixində Qaplanova ölüm hökmü verdi. Elə həmin gün Qaplanov güllələnmişdir.[9] Ölüm hökmü icra olunduqdan cəsədi Moskva vilayətinin Kommunarka qəsəbəsində, adsız kollektiv məzarlıqda dəfn olunmuşdur.[10]

1991-ci ilin 29 aprelində əməllərində heç bir cinayət tərkibi olmadığına görə SSRİ Prokurorluğu Rəşid Qaplanova bəraət verdi.[7]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Şimali Qafqaz dövrü

[redaktə | mənbəni redaktə et]

Rusiyada Fevral inqilabından sonra Şimali Qafqazda gedən siyasi proseslərdə fəal iştirak etmişdir. 1 may 1917 tarixində Birinci Dağlı Qurultayında qumuq, noqay və türkmən (Stavropol quberniyası) xalqları adından Rəyasət Heyətinə Rəşid xan Qaplanov seçilmişdir.[11] Qurultayda təşkilati suallarla bağlı Rəşid xan Qaplanov çıxış etmişdir. 5 may 1917-ci ildə qurultay knyaz Rəşid xan Qaplanovun Şimali Qafqaz və Dağıstan Dağlı Xalqları İttifaqının yaradılması ilə bağlı hesabatını və onun təqdim etdiyi İttifaqın təşkili layihəsini təsdiqlədi.[12]

20 sentyabr 1917-ci ildə Vladiqafqazda keçirilən İkinci Dağlı Qurultayında səsvermə nəticəsində Rəşid xan Qaplanov Mərkəzi Komitə üzvü və sədr müavini seçildi.[13] O həmçinin ittifaqın konstitusiyasını tərtib etmək üçün təşkil olunan 7 nəfərlik komissiyanın da üzvü olmuşdur.[14] Şimali Qafqaz və Dağıstan Dağlı Xalqları İttifaqı qurultayda Dağlı muxtariyyətini elan etdi. Muxtariyyətin Mərkəzi Komitəsinə rəhbərlik edən Tapa Çermoyev 1 dekabr tarixində istefa verdi. Əvəzinə rəhbərlik Rəşid xan Qaplanova həvalə olunmuşdur.[15]

12 noyabr 1917-ci ildə Rəşid xan Qaplanov ittifaq daxilində yaradılan idarəetmə komissiyasına üzv seçildi.[16]

1 dekabr 1917-ci ildə Şimali Qafqaz və Dağıstan Dağlı Xalqları İttifaqı Mərkəzi Komitəsi, Terek Kazakları Hərbi hökuməti, Terek Şəhərləri İttifaqı və Dağıstan oblastı vahid ad altında birləşərək müvəqqəti Terek-Dağıstan hökumətini təşkil etdilər. 2 dekabr 1917-ci ildə hökumətin sədri seçilən[17] Rəşid xan Qaplanov həm də xarici əlaqələr üzrə komissar vəzifəsinə təyin olundu.[18] 17 mart 1918-ci ildə Terek Sovet Respublikasının qurulması nəticəsində bu hökumət dağılmışdır. Dağlı milli qüvvələrinin liderləri Zaqafqaziya Seymi ilə birləşmək, bütün Qafqazın təmsil olunduğu hakimiyyət yaradılmasına nail olmaq məqsədilə Tiflisə toplaşdılar. Zaqafqaziya Seymində azərbaycanlı nümayəndələr tərəfindən müdafiə olunan bu təşəbbüs onun gürcü-erməni çoxluğu tərəfindən rədd edildi, lakin azərbaycanlı ictimai xadimlərin təkidi ilə Trabzona sülh konfransına göndərilən nümayəndə heyətinin tərkibinə dağlı nümayəndələri də daxil edildi. Trabzonda dağlı nümayəndələri Şimali Qafqazla Cənubi Qafqazın vahid dövlətdə birləşməsini təklif etdilər, lakin buna razılıq verilmədi. Trabzonda uğur qazana bilməyən dağlı nümayəndələri İstanbula gedərək, Osmanlı hökuməti ilə birbaşa təmasa girdilər. Batum sülh konfransı ərəfəsində hərbi nazir Ənvər paşa ilə görüşüb, ondan yardım istədilər.[17]

11 may 1918-ci il tarixindən Şimali Qafqaz və Dağıstan Dağlı Xalqları İttifaqının sabiq rəhbərləri Şimali Qafqaz Dağlılar Respublikasının müstəqilliyini elan etdilər və Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının (Dağlı Respublikası) yaradılması haqqında İstiqlal bəyannaməsini qəbul etdilər. Osmanlı dövlətinə və onun müttəfiqlərinə bu haqda rəsmi nota verildi.[17]

24 may 1918-ci ildə Şimali Qafqaz Dağlılar Respublikasının Tapa Çermoyevin rəhbərliyində ilk hökuməti elan olundu. Gəncədə qurulan hökumət əvvəl Dərbəndə, sonra Teymurxan-Şuraya köçdü. 15 dekabr 1918-ci ildə Dağlılar Respublikasının parlamentinin qurulması qərara alındı. Bununla mövcud hökumət istefa verdi. 17 dekabr 1918-ci ildə Pşemaxo Kotsev rəhbərliyində yeni koalisyon hökumət quruldu və Rəşid xan Qaplanov bu hökumətdə daxili işlər naziri vəzifəsinə təyin olundu.[19][20]

20 yanvar 1919-cu ildə 27 nəfərdən ibarət parlament — İttifaq Şurası yaradıldı. Parlament həmçinin Dağlı Parlamenti də adlanmışdır.[21] İttifaqın keçmiş Mərkəzi Komitə üzvləri birbaşa parlament üzvü seçildilər.[19] Rəşid xan Qaplanov da parlament üzvü seçildi.[2]

Denikin ordusunun Çeçenistanın böyük hissəsini işğal etməsi Dağlı Respublikasında hökumət böhran yaratdı. Pşemaxo Kotsevin və hərbi nazir N. Tarkovskinin passivliyini tənqid edən hökumət üzvləri Rəşid xan Qaplanov, V. Cabagiyev və Nurməmməd bəy Şahsuvarov istefa verərək, yeni hökumət qurulmasını istədilər. 23 mart tarixində Pşemaxo Kotsevin hökuməti istefa verdi. Parlament hökumətin təşkilini yenə Pşemaxo Kotsevə həvlə etdi. Yeni hökumət 26 mart 1919-cu ildə parlamentə təqdim olundu və təsdiqləndi. Rəşid xan Kaplanov bu hökumətdə nazir postu tutmadı.[22]

26 mart 1919-cu ildə Dağlı Parlamentinin iclasında Rəyasət Heyətinə yeni seçkilər keçirildi və Rəşid xan Kaplanov parlament sədri seçildi.[22] Denikin ordusu ilə mübarizə şəraitində Dağlı Parlamentinin sədri olan Qaplanov bolşeviklərlə sıx əlaqə saxlayırdı. Buna görə denikinçilər onu "alovlu bolşevik" adlandırırdı.

Mayın 12-də Pşemaxo Kotsevin başçılıq etdiyi ikinci hökumət istefa verdi. Dağlı Parlamenti və sədr Rəşid xan Qaplanov yeni hökumətin təşkilini general Mikayıl Xəlilova tapşırdı.[23] Lakin bu, mümkün olmadı. 23 may 1919-cu ildə parlamentin son iclası keçirildi və parlamentin fəaliyyətinə sona çatdı.

Azərbaycan Xalq Cümhuriyyəti dövrü

[redaktə | mənbəni redaktə et]

I Yusifbəyli hökuməti

[redaktə | mənbəni redaktə et]
I Yusifbəyli hökumətinin üzvləri. Arxa sırada soldan 2-ci Rəşid xan Qaplanov

Rəşid xan Qaplanov 1919-cu ilin əvvəllərində Bakıya köçmüşdür. O, Əhrar Partiyasının nümayəndəsi olaraq 14 mart 1919-cu ildə I Yusifbəyli hökumətində maarif və dini etiqad naziri vəzifəsinə təyin olunmuşdur.[3][24][25] Onun rəhbərliyi ilə Bakıda və Azərbaycanın bir çox şəhərində yeni məktəblər fəaliyyətə başlamışdır. Bakı Dövlət Universitetinin açılmasında Qaplanov da yaxından iştirak etmiş, eyni zamanda, burada "Osmanlı ədəbiyyatı tarixi"ndən dərs demişdir. O, universitetin filologiya və tibb fakültəsinin açılması üçün 5 milyon manat yatırım edilməsinə dəstək vermişdir.[26] 1919-cu ildə nazir Qaplanov 100 tələbənin xaricdə təhsil alması layihəsinin təşkilində iştirak etmişdir. Qaplanov həmçinin gələcəkdə Latın qrafikalı əlifbaya keçid edilməsini təklif edəcək Ümumi Təhsildə İslahatlar üzrə Dövlət Komissiyasının yaradılmasına başçılıq etmişdir.[27]

II Yusifbəyli hökuməti

[redaktə | mənbəni redaktə et]

I Yusifbəyli hökumətinin istefası 22 dekabr 1919-cu ildə qəbul olunduqdan sonra 24 dekabr 1919-cu ildə qurulan II Yusifbəyli hökumətində Rəşid xan Qaplanov maliyyə naziri təyin olunmuşdur.[28][29] O, dövriyyəyə buraxılan pulların qiymətdən düşməməsi və devalyuasiyaya uğramaması üçün səy göstərmişdir. 1920-ci il fevralın əvvəllində Bakı bonlarının Zaqafqaziya pulları ilə dəyişdirilməsini dayandırmaq barədə qərar vermişdi. Qərara əsasən, "500 manat" dəyərində olan kağız pul əlli beş seriya ilə dövriyyəyə buraxılmışdı. Pulun üzərində baş nazir Nəsib bəy Yusifbəylinin və maliyyə naziri Rəşid xan Qaplanovun imzaları vardı. Aprel işğalından bir həftə əvvəl Rəşid xan Qaplanov Batuma ixrac edilən neft və neft məhsulları üçün rüsumların yalnız Azərbaycan pulu ilə ödənilməsi haqqında sərəncam vermişdi. 15 aprel 1920-ci ildə Əhrar fraksiyası rəhbəri Aslan bəy Qardaşov Əhrarın koalisiyadan ayrıldığını və nümayəndəsinin geri çağırdığını elan etdi.[30]

Partiya fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rəşid xan Qaplanov uzun müddət bitərəf siyasətçi olaraq fəaliyyət göstərsə də, Bakıya köçdükdən sonra Əhrar Partiyası sıralarına qatılmışdır.

Rəşid xan Qaplanov, atası Zabit xan Qaplanov, bacısı Nəcabət xanım
  • Atası knyaz Zabit xan Qaplan-Hacı oğlu Qaplanov (1838–1914) — Dağıstanın tanınmış mülkədarı.[8]
  • Anası knyaqina Aybala Özdeaciyeva.
  • Kiçik qardaşı İbrahim (İbray) xan Qaplanov (1887–1948) — 1918-ci ildə Dağlılar Respublikasının Qumuq Süvari Alayının komandiri, ağqvardiyaçı olmuş, işğaldan sonra Amerika Birləşmiş Ştatlarına mühacirət etmiş və orada da vəfat etmişdir.
  • Bacısı Nəcabət (1886–1979) — knyaz Fyodor Bekoviç-Çerkasski ilə evlənmişdir. Almaniyaya mühacirət etmişdir. Monmoronsidə vəfat etmişdir.
  • Xanımı Olqa Efimovna (Elka Xaimovna) Arşon-Qaplanov — 1886-cı ildə Dauqavpils şəhərində anadan olmuş, 1964-cü ildə Moskvada vəfat etmişdir.
    • Oğlu Murad Qaplanov (1915–1980) — texniki elmlər doktoru, professor, Molniya-1 peykindəki kosmik rabitə rölesinin baş dizayneri, iki dəfə SSRİ Dövlət Mükafatı laureatı, Liliana Rambax ilə evlənmişdir.[3]
      • Nəvəsi Rəşid Qaplanov — tarixçi, etnoqraf. 2009-cu ildə vəfat edib.
    • Qızı Fatma Okuneva (1911–1992) — İstanbulda anadan olmuşdur. İlk evliliyi Almaniyada qanunsuz yaşayan Yuri Mazel ilə olmuşdur.[31] İkinci evliliyi isə işçi -mühəndis İzrail Simxoviç Okunev ilə olmuşdur. Həyat yoldaşları repressiya qurbanları olmuşdurlar.[32]
  1. 1 2 3 4 Люди и судьбы. Биобиблиографический словарь востоковедов - жертв политического террора в советский период (1917-1991) (rus.). СПб: Петербургское Востоковедение, 2013. 496 с. — (Социальная история отечественной науки о Востоке) ISBN 978-5-85803-225-0
  2. 1 2 3 4 Yaqublu, 2018. səh. 352
  3. 1 2 3 4 5 6 Əhmədov, 2014. səh. 329-340
  4. Гулиев В. "Министр, при котором открылся университет" (газета) (rus). Зеркало. 11.12.2010. 2011-03-03 tarixində arxivləşdirilib.  (Yoxlanılıb 21 dekabr 2011)
  5. Əli Şamil. "AXC naziri Rəşid xan Qaplanov" (rus). modern.az. 22.05.2018. 01.08.2021 tarixində arxivləşdirilib.
  6. "Arxivlənmiş surət". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-17.
  7. 1 2 Zöhrə Fərəcova. "Gecikmiş bəraət" (az.). 01.08.2021 tarixində arxivləşdirilib.
  8. 1 2 "Князь Рашид-хан Капланов. Вехи судьбы". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  9. "Rəşid xan Qaplanov" (rus). gazavat.ru. 2011-11-28. 01.08.2021 tarixində arxivləşdirilib.
  10. "Ölümlər siyahısı" (rus). list.memo.ru. 01.08.2021 tarixində arxivləşdirilib.
  11. "Материалы съездов горских народов Северного Кавказа и Дагестана 1917 года". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  12. "Первый съезд горцев Кавказа (протокол). Владикавказ. Третий день съезда - 5 мая 1917 г. Проект программы Союза Объединенных Горцев". 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  13. "Второй съезд горских народов Кавказа. Владикавказ. Заседание 21 сентября 1917 г. Открытие съезда". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  14. "Резолюции 2-го съезда объединенных горцев Северного Кавказа и Дагестана. 21-23 сентября 1917 г. Решение по докладу Б. Далгата О природе федерации". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  15. "Газетный отчет о приеме Народного Комиссара по делам национальностей Совнаркома РСФСР Джугашвили-Сталина с председателем Икомус (Исполнительного Комитета Всероссийского мусульманского Совета) Ахмедом Цаликовым. 1 декабря 1917 года". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  16. "Сообщение о заседании Центрального Комитета Союза объединенных горцев Северного Кавказа и Дагестана по вопросу формирования Юго-Восточного Союза. 12 ноябя 1917 года". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  17. 1 2 3 Mahmudov, 2005. səh. 386
  18. "Обращение Терско-Дагестанского правительства к населению. 8 декабря 1917 года". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  19. 1 2 "Временное положение о Союзном Совете (парламенте) и правительстве Горской Республики. 22 -23 декабря 1918 года". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  20. "Приказ председателя Совета Министров Горской Республики П. Коцева о сформировании правительства. 20 декабря 1918 года". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  21. "Arxivlənmiş surət". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  22. 1 2 "Из доклада председателя Правительства горцев Северного Кавказа П. Коцева в парламенте Республики о поездке в г. Екатеринодар. 28 марта 1919 года". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  23. "Сообщение в газете «Вестник Горской Республики» об отставке кабинета Пшемахо Коцева. 18 мая 1919 года". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  24. Manşet. ""Cümhuriyyətin kəşfiyyat orqanlarında Mircəfər Bağırov, Lavrenti Beriya kimi şəxslər də xidmət edib"" (az.). Youtube.com. 02.04.2016. 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-12.
  25. Vəkilov, 1998. səh. 31
  26. "AN UNSUCCESSFUL ATTEMPT TO OPEN LAW FACULTY IN 1919". 2011-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-29.
  27. "Azərbaycanın təhsil nazirləri" [Azerbaijani ministers of education]. 2012-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-29.
  28. "Рашидхан Капланов в составе правительства Азербайджана (фотография)". 2012-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
  29. "Biographies Bank. Rəşid Qaplanov". 2012-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-29.
  30. "Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament (Stenoqrafik hesabatlar). II kitab" (PDF). 2018-02-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-08-01.
  31. "Мазель Юрий Александрович". 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  32. "Галина Окунева "Семья Каплановых"". 2019-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.