Rəfiqə Hüseynzadə — Vikipediya

Rəfiqə Hüseynzadə
Şəxsi məlumatlar
Doğum tarixi 1952
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı

Təltifləri "Şöhrət" ordeni "Tərəqqi" medalı
"Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı — 2010

Rəfiqə HüseynzadəAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya üzrə vitse-prezidenti (2011–2023), alim, SOCAR-ın ilk qadın vitse prezidenti,[1] Dünya Bankı, GGFR təşkilatının rəhbər komitəsinin üzvü, Methane Guiding Priciples təşkilatının rəhbər komitəsinin üzvü, zərbaycan Neftçi-Geoloqlar Cəmiyyətinin fəxri üzvü, Caspian Environmental Protection İnitiative təşkilatının sədri.

Hüseynzadə Rəfiqə Abdul Ağa qızı 1952-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1974-cü ildə M. Əzizbəyov adına Azərbaycan neft və kimya İnstitutunun (Azərbaycan Dövlət Neft Akademiyası) "Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı" fakültəsini bitirmişdir. 1975–1985-ci illərdə İnstitutun aspirantı və əməkdaşı olmuşdur. 1981-ci ildə "Aşağı Küryanı neft-qaz yataqlarının geokimyəvi xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

Rus, ingilis və türk dillərini bilir.

Elmi ictimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1985–1999-cu illərdə Azərbaycan Dövlət Universitetinin laboratoriyasında elmi işçi, baş elmi işçi və laboratoriya rəhbəri vəzifələrində çalışmışdır. BDU-nun "Faydalı qazıntılar" kafedrasında 2001-ci ildən elmi fəaliyyətini davam etdirir. 1997-ci ildə Xyustonun HARC elmi-tədqiqat Mərkəzində (TEXACO şirkətinin dəvəti ilə) çalışmışdır. 1999–2011-ci illərdə ARDNŞ-nin təsis etdiyi "Azlab" MMC-nin Baş direktoru olmuşdur.

Geologiya-mineralogiya üzrə elmlər namizədi, 70-ə qədər məqalənin və elmi araşdırmanın müəllifidir və "Neft layının modelləşdirilməsi üçün sistem" patentinin sahibidir.

İngiltərənin "Senate Publisihing" şirkəti tərəfindən, Lord David Evans ilə birgə çap edilən dörd kitabın həmmüəllifi.

— "Azərbaycanı Kəşf Et" 2015-ci il birinci nüsxə — London

— "Azərbaycanı Kəşf Et" 2016-cı il ikinci nüsxə — London

— "Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi" 2019-cu il — London

— "Qarabağın dirçəlişi" 2023-cü il- London

Böyük Britaniyanın Lordlar Palatasında "Azərbaycan-Böyük Britaniya arasında enerji və ətraf mühitin mühafizəsi əməkdaşlığı" mövzusunda Londonda 7 dəfə tədbir keçirtmişdir.

1) Rəhbərlik etdiyi ekoloji layihələrin nəticəsində 20 ildən artıq atmosferə atılan səmt qazının,

2014-cü ildən etibarən illik 2 milyard m³ həcmində tutularaq əhalinin istifadəsinə verilməsi layihəsi.

2) Rəhbərlik etdiyi sızmaların müəyyənləşdirilməsi və aradan qaldırılması layihəsi çərçivəsində SOCAR-ın əməliyyat sahələrində 21000 ton CO₂ ekvivalentində emissiya həcmi azaldılaraq sertifikatlaşdırılmış və layihənin icrası nəticəsində 3 milyon avro mənfəət əldə edilmişdir. Bu layihə Azərbaycanda karbon kreditlərinin satışının həyata keçirildiyi ilk layihədir.

3) Rəhbərlik etdiyi "Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planı" (NAMA) layihəsi çərçivəsində "Siyəzənneft" NQCI- nin ərazisində illik 7 mln. m³ səmt qazı tutularaq əhalinin istifadəsinə verilmişdir və bununla ətraf meşələrərin qırılmasının qarşısı alınmışdır.

Layihələr:

2012 — "Neft daşları" və "28 May" NQÇİ-lərində səmt qazının yığılması layihəsinin rəhbəri.

2013 — "BP-Azərbaycan" şirkəti ilə birgə "Çıraq" yatağındakı platformada 20 ildən artıq şamda yandırılan qazın yığılması və ümumi qaz qəbulu xəttinə ötürülməsi layihəsinin rəhbəri.

2015–2020 BMT-nin İnkişaf Proqramı ilə birgə "Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planı" (NAMA) layihəsinin rəhbəri.

2015 — BP ilə birgə əməkdaşlıq nəticəsində inşa edilən regionun ən böyük Tullantıların İdarə Edilməsi Mərkəzinin layihəsinin rəhbəri.

2018 — Norveç Krallığının "Carbon Limits" şirkəti ilə əməkdaşlıq çərçivəsində SOCAR-ın fəaliyyət sahələrində "Sızmaların müəyyənləşdirilməsi və aradan qaldırılması" ("Leak Detection and Repair" — LDAR) layihəsinin rəhbəri.

2020 — BP, KazMunayGas, "Equinor Abşeron AS" və "Total E&P Absheron B. V." şirkətləri ilə birgə "Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü"nün (CEPI) ideya müəllifi və rəhbəri.

Mükafatları və təltifləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə "Tərəqqi" medalına və "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür.

Bundan əlavə Neft sənayesində apardığı uğurlu işlərə görə 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamına əsasən "Şöhrət ordeni" ilə təltif olunmuşdur.

2012 — Neft Daşları ve 28 May" NQÇI-lərində səmt qazının yığılması layihəsinə görə, "Ali mükafat", Dünya Bankı, GGFR tərəfindən.

2015 — Azəri-Çıraq-Günəşli yatağında qazın şamda yandırılmasının azaldılmasına görə, "Ali Mükafat", Dünya Bankı, GGFR tərəfindən.

2016 — BP şirkəti ilə birgə ekoloji layihələrin icrasında effektiv əməkdaşlığa görə "Mükafat", BP prezidenti, Qordon Birel tərəfindən.

2017 — Azəri-Çıraq-Günəşli yatağında şamda yandırılan qazın əsaslı azaldılmasına görə "Mükafat", BP prezidenti, Qərri Cons tərəfindən.

2018 — Azərbaycanda şamda yandırılan və səmt qazının azaldılmasında iştirak və Dünya Bankının "Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq" (GGFR) təşkilatı ilə uğurlu əməkdaşlığa görə "Mükafat", GGFR sədri, Rikardo Puliti tərəfindən.

2018 — Karbon emissiyalarının azaldılması və ətraf mühitin mühafizəsində roluna görə, "Collaborative Pathfinder Award", Böyük Britaniya Parlamentinin Lordlar Palatası tərəfindən.

  1. "Рафига Гусейнзаде награждена орденом "Шохрат"" (rus). vzglyad.az. 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-24.