Rəşad Haşımov — Vikipediya
Rəşad Haşımov | |
---|---|
Rəşad Mirhaşım oğlu Haşımov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni |
Fəaliyyət illəri | 1990–günümüzə |
Mükafatları |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Rəşad Mirhaşım oğlu Haşımov 5 iyun 1971-ci ildə Bakıda anadan olmuşdur.
A. Zeynallı adına Musiqi Texnikumunda oxumuşdur. 1990-cı ildə Bakı Musiqi Akademiyasının yetirməsidir.
1990-cı ildə "Aypara" qrupunun tərkibində Almatı şəhərində keçirilən "Asiyanın səsi" müsabiqəsində iştirak etmişdir. Həmin illərdə "AzKonsert" Dövlət qastrol birliyində pianoçu kimi işləmişdir.
1993-cü ildə "Rast" qrupunu yaratmış və hal-hazıradək həmin kollektivin bədii rəhbəridir.
1994-cü ildə Xalq Artisti Siyavuş Kəriminin rəhbərliyi altında studiyada çalışmış, bir neçə musiqi layihələrində yaxından iştirak etmişdir.
"Rast" qrupu 1996-cı ildə Fransada keçirilən "Radio France İnternational" müsabiqəsində iştirak edərək 360 qrupdan 10 ən güclü qrupların sırasına düşərək müsabiqənin finalçısı olmuşdur.
2005-ci ildə Azərbaycan incəsənət ustalarının nümayəndə heyəti tərkibində R. Haşımov "Rast" qrupu ilə birgə Dövlət Kreml Sarayında keçirilən Rusiyada Azərbaycan ilinin təntənəli açılış mərasimində çıxış etmişdir. Həmin ildə Parisdə keçirilən görkəmli akademik Yusif Məmmədəliyevin 100 illiyinə həsr olunmuş tədbirin musiqi rəhbəri olmuşdur.
R. Haşımovun rəhbərlik etdiyi "Rast" qrupu 1996-cı ildə "Humay", 1997, 1998, 1999-cu illərdə "Qrand" mükafatlarına layiq görülmüşdür.
2013-cü ildən "Eurovision" musiqi yarışmasının Azərbaycan üzrə münsiflər heyətinin üzvüdür.
Azərbaycan mədəniyyətinin və musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə 2006-cı ildə "Əməkdar artist" fəxri adı ilə təltif olunub[1]
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Vəkil hanı? (film, 2011)
- Qanun naminə (serial, 2013)