Rəqəmsal sosiologiya — Vikipediya
Rəqəmsal sosiologiya — sosiologiyanın rəqəmsal medianın gündəlik həyatın bir hissəsi kimi istifadə edilməsini və bu müxtəlif texnologiyaların insan davranışı, sosial münasibətlər və mənlik anlayışlarına necə töhfə verdiyini başa düşməyə yönəlmiş alt fənni.
Başlığında "rəqəmsal sosiologiya" termininin yer aldığı ilk elmi məqalə 2009-cu ildə dərc edilmişdir. Müəllif C. Vinn burada rəqəmsal texnologiyaların həm sosioloji tədqiqatlara, həm də tədrisə təsir göstərə biləcəyi yolları əks etdirmişdir.[1] 2010-cu ildə "rəqəmsal sosiologiya" Riçard Nil tərəfindən artan akademik diqqəti qlobal biznesin artan marağı ilə əlaqələndirmək baxımından təsvir edilmişdir.[2] 2013-cü ildə "rəqəmsal sosiologiya" mövzusuna toxunan ilk sırf akademik kitab nəşr olunmuşdur.[3] "Rəqəmsal sosiologiya" adını daşıyan ilk tək müəllifli kitab 2015-ci ildə nəşr olunmuşdur. Bundan başqa, Nyu-Yorkda "Rəqəmsal sosiologiya" mövzusunda ilk akademik konfrans keçirilmişdir.[4]
Rəqəmsal sosiologiya termini mədəni leksikona hələ tam daxil olmasa da, sosioloqlar yarandığı gündən internetlə bağlı tədqiq etməklə məşğuldurlar. Bu sosioloqlar onlayn icmalar, kiberfəza və kiber-identifikasiya ilə bağlı bir çox sosial məsələləri həll etmişlər. Bu və buna bənzər araşdırmalar kiber-sosiologiya, internet sosiologiyası, onlayn icmaların sosiologiyası, sosial media sosiologiyası, kibermədəniyyət sosiologiyası və ya başqa bir şey kimi bir çox fərqli adları özünə cəlb etmişdir.
Rəqəmsal sosiologiya bu terminlərdən əhatə dairəsinin daha geniş olması ilə fərqlənir. Bu, təkcə internetə və ya kibermədəniyyətə deyil, həm də 2000-ci illərdən bəri yaranmış digər rəqəmsal media və cihazların təsirinə də toxunur. İnternet daha geniş yayılmış və gündəlik həyatla əlaqəli olduğuna görə sosial elmlərdə "kiber"ə istinadlar sonradan "rəqəmsal" ilə əvəz edilmişdir. "Rəqəmsal sosiologiya" rəqəmsal humanitar elmlər və rəqəmsal antropologiya kimi digər alt fənlərlə bağlıdır. Bu, sözügedən digər altbaşlıqları əvəz etməyə və özünə daxil etməyə, həmçinin Veb 2.0 rəqəmsal texnologiyalarını öz səlahiyyətlərinə birləşdirməyə başlamışdır.
Alt fənləri
[redaktə | mənbəni redaktə et]Rəqəmsal sosiologiyanın dörd aspekti ekspert Lupton tərəfindən 2012-ci ildə müəyyən edilmişdir.[5]
Peşəkar rəqəmsal təcrübə
[redaktə | mənbəni redaktə et]Sosial və digər rəqəmsal mediadan peşəkar akademik məqsədlər üçün istifadə etməkdən çəkinmələrinə baxmayaraq, sosioloqlar yavaş-yavaş onları tədris və tədqiqat üçün qəbul etməyə başlayırlar.[6] Getdikcə artan sayda sosioloji bloqlar yaranır və məsələn, daha çox sosioloq "Twitter"ə qoşulur. Bəziləri sosioloqların akademik təcrübənin bir hissəsi kimi sosial mediadan istifadə etmələrinin ən yaxşı yolları, özünü arxivləşdirmənin və sosioloji tədqiqatların açıq çıxışının vacibliyi,[7] həmçinin Vikipediyaya töhfə vermək haqqında yazır.[8]
Tənqidi rəqəmsal sosiologiya
[redaktə | mənbəni redaktə et]Rəqəmsal sosiologiyanın bu aspekti bəlkə də onu rəqəmsal dünyanı öyrənmək üçün digər yanaşmalardan fərqləndirən cəhətdir. Tənqidi refleksiv yanaşmanı qəbul edən zaman sosioloqlar rəqəmsalın sosioloji praktikanın özü üçün təsirlərini həll edə bilirlər. Rəqəmsal sosiologiyanın sosial münasibətlər arasında dəyişən münasibətlərin həlli və bu əlaqələrin təhlili üçün bir yol təklif etdiyi iddia edilmişdir. Onlar sosial tədqiqatların nə olduğunu və həqiqətən də indi sosiologiyanın nə olduğunu sorğulayırlar, çünki sosial münasibətlər və cəmiyyət bir çox cəhətdən rəqəmsal texnologiyalar vasitəsilə vasitəçiliyə çevrilmişdir.[9]
Sosioloqların müzakirə etdiyi suallar kritik rəqəmsal sosiologiyanın mərkəzidir. Bu suallar rəqəmsal texnologiyaların təhlilində sosiologiyanın özünün rolunu və rəqəmsal texnologiyaların sosiologiyaya təsirini əks etdirir.[10]
İctimai rəqəmsal sosiologiya
[redaktə | mənbəni redaktə et]Rəqəmsal mediadan istifadə edən ictimai sosiologiya növü sosioloji materialların onlayn əlçatan məkanlarda dərc edilməsini və bu məkanlarda ictimaiyyətlə sonrakı qarşılıqlı əlaqəni əhatə edən ictimai sosiologiyanın bir formasıdır. Buna “kiberictimai sosiologiya” deyilir.[11]
Bloqlar sosioloqlar tərəfindən istifadə edilən ilk sosial media platforması idi. Ester Hargittay, Kris Bertram və Kiran Hili kimi sosioloqlar sosiologiya üçün bloqçuluqdan istifadə etməyə başlayanlar arasında olan azsaylı alimlərdən biri idi. Sosiologiya və əlaqəli fəlsəfə ilə bağlı yeni müzakirə qrupları sosial media təsirinin nəticələri idi. Beləliklə, çoxlu sayda şərhlər və diskussiyalar sosiologiyanı başa düşməyin bir hissəsi olmuşdur. Belə məşhur qruplardan biri "Crooked Timber" idi. Bu cür sosial saytlarda rəy almaq daha sürətli və təsirlidir. "Twitter və "Facebook" kimi digər sosial media vasitələri də sosioloqlar üçün alətə çevrilmişdir.[12]
Sosioloji nəzəriyyənin rəqəmsal transformasiyası
[redaktə | mənbəni redaktə et]İnformasiya və kommunikasiya texnologiyaları, eləcə də rəqəmsal verilənlərin yayılması sosioloji tədqiqatlarda inqilab halına çevrilmişdir. Rəqəmsal humanitar və hesablama sosial elmlərində çoxlu metodoloji yeniliklərin olmasına baxmayaraq, sosial və humanitar elmlərdə nəzəriyyə inkişafı hələ də əsasən kompüter mədəniyyətləri və ya cəmiyyətlərinin çap formatında verilmiş nəzəriyyələrdən ibarətdir. Rəqəmsal transformasiyanın bu analoq nəzəriyyələri sosial və humanitar elmlərin rəqəmsal transformasiyasının bu sahələrin epistemik nüvəsini nə qədər dərindən dəyişdirdiyini izah edə bilmir. Rəqəmsal metodlar analoq nəzəriyyələrin sınaqdan keçirilməsi üçün getdikcə daha böyük rəqəmsal verilənlər toplusunun təminatçılarından daha çox şey təşkil edir, eyni zamanda rəqəmsal nəzəriyyənin yeni formalarını tələb edir.[13] Sosial nəzəriyyənin rəqəmsal transformasiyası üzrə tədqiqat proqramlarının hədəfi rəqəmsal transformasiyanın ənənəvi analoq sosial nəzəriyyələrini rəqəmsal cəmiyyətlərin rəqəmsal nəzəriyyələri ilə tamamlamaq üçün analoqu rəqəmsal sosial nəzəriyyələrə çevirməkdir.[14]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Wynn, J. (2009) Digital sociology: emergent technologies in the field and the classroom. Sociological Forum, 24(2), 448--456
- ↑ Neal, R. (2010) Expanding Sentience: Introducing Digital Sociology for moving beyond Buzz Metrics in a World of Growing Online Socialization. Lulu
- ↑ Orton-Johnson, K. and Prior, N. (eds) (2013) Digital Sociology: Critical Perspectives. Houndmills: Palgrave Macmillan
- ↑ Daniels, J., Gregory, K., Cottom, T.M. Digital Sociology MiniConference, organized in conjunction with the Eastern Sociological Society meetings, February 27–28, 2015. http://digsoc.commons.gc.cuny.edu/conference-papers-2015/ Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine
- ↑ Lupton, D. (2012) "Digital sociology: an introduction" Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine. Sydney: University of Sydney
- ↑ Carrigan, M. (2013) "The emergence of sociological media? Is social media becoming mainstream within UK sociology?" Arxivləşdirilib 2021-10-23 at the Wayback Machine. Mark Carrigan.net
- ↑ Lupton, D. (2013) "Opening up your research: self-archiving for sociologists" Arxivləşdirilib 2023-12-29 at the Wayback Machine. This Sociological Life
- ↑ Wadewitz, A. (2013) "Wikipedia is pushing the boundaries of scholarly practice but the gender gap must be addressed" Arxivləşdirilib 2013-05-20 at the Wayback Machine. LSE Impact of the Social Sciences
- ↑ Marres. N. (2013) "What is digital sociology?" Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine CSISP Online
- ↑ Lupton, D. (2012) "Digital sociology part 3: digital research" Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine. This Sociological Life
- ↑ Christopher J. Schneider (2014). Social Media and e-Public Sociology. In Ariane Hanemaayer and Christopher J. Schneider, editors, The Public Sociology Debate: Ethics and Engagement, University of British Columbia Press: 205-224
- ↑ Healy, Kieran. "Public Sociology in the Age of Social Media." Berkeley Sociology Journal (2015): 1-16. APA
- ↑ Kitchin, R. "Big Data, new epistemologies and paradigm shifts." Big Data & Society, 1(1) (2014): DOI: 10.1177/2053951714528481. APA
- ↑ Roth S., Dahms H., Welz F., and Cattacin S. (2019) "Digital transformation of social theory" Arxivləşdirilib 2021-10-23 at the Wayback Machine. Special Issue of Technological Forecasting and Social Change.