RPD — Vikipediya

RPD
Tipi yüngül pulemyot
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1944 - aktiv şəkildə istifadə olunur
İstismara başlanması 1948
İstifadə edilən döyüşlər
İstehsal tarixçəsi
Konstruktor Vasili Deqtyaryov
Konstruksiya tarixi 1943-1944
İstehsal illəri 1944-1960
Variantları RPDM, Type 56, Type 56-1, Type 62
Xüsusiyyətləri
Ağırlığı 7.4 kq
Uzunluğu 1,037 mm (lülə uzunluğu: 520 mm)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

RPD (ru: Ручной Пулемёт Дегтярёва (ППД) Ruçnoy Pulemyot Degtyaryova; “Degtyarov Portativ Pulemyotu”) Sovet istehsalı olan 7.62 mm-lik yüngül pulemyot növüdür. Silah - Vasili Degtyaryov tərəfindən İkinci Dünya Müharibəsinin sonuna doğru – 1944-cü ildə DP-28-ləri əvəz etmək üçün hazırlanmışdır və əksər manqaların qabaqcıl avtomatik silahı hesab olunurdu.

Lentlə qidalanan silahdır və 7.62x39 mm-lik güllələri daşımaq üçün 75 və ya 100 mərmilik lenti əsasən silahın altına quraşdırılmış dairəvi maqazin içərisində saxlanılır. Silahın effektiv diapazonu istifadə ediləcək müvafiq optik nişangah ilə birlikdə 800 metrə çatsa da, ümumi istifadəsi 500 metrə qədərdir. Silahın boş çəkisi standart bipodu ilə birlikdə 7.4 kq, tam uzunluğu 1037 mm və lülə uzunluğu 520 mm-dir. 1960-cı illərdə RPKPK ilə əvəz olunsa da, bu gün də bəzi ordu birləşmələri və partizan dəstələri tərəfindən istifadə olunur.

RPD Sovet İttifaqından kənarda Çində Type 56 və Type 56-1, Şimali Koreyada Type 62 adı altında, həmçinin PolşaMisirdə də lisenziyalı olaraq istehsal olunmuşdur.

Silahın kalibri 7.62 mm, istifadə etdiyi mərminin ölçüsü 7.62x39 mm, işləmə mexanizmi qaz işləmə, arxaya təpməli, atış sürəti dəqiqədə 650-750 mərmi, mərminin çıxış sürəti 735 m/s, silahın ümumi olaraq effektiv mənzili müxtəlif vasitələrdən istifadə edilməklə 100 metrdən 1 kilometrə kimi dəyişir.

RPD yüngül pulemyotunun ümumi görünüşü
RPD istifadə edən Misir əsgəri.
Bir anbarda olan RPD-lər.