Rasim Şərifov — Vikipediya
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin. Bu məqalə sonuncu dəfə 13 gün əvvəl Redivy (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Rasim Şərifov | |
---|---|
27 may 1992 – 20 avqust 1993 | |
Əvvəlki | Məhəmmədəli Süleymanov[1] |
Sonrakı | Vaqif Rəhimov[2] |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 noyabr 1955 |
Doğum yeri | |
Vəfat tarixi | 12 yanvar 2018 (62 yaşında) |
Rasim Cəfər oğlu Şərifov (10 noyabr 1955, Hacıhətəmli, İsmayıllı rayonu – 12 yanvar 2018) — İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı (1992[1]-1993[2])
Həyatı
[redaktə | mənbəni redaktə et]Əslən haputlu olan Rasim Şərifov 1955-ci il noyabrın 10-da İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olmuşdur.
1973-cü ildə Hacıhətəmli kənd orta məktəbini əla qiymətlərlə, 1977-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
İlk əmək fəaliyyətinə doğma kənd məktəbində dil-ədəbiyyat müəllimi kimi başlamış, 1980–1984-cü illərdə həmin kənddəki Kuybışev adına sovxoz komsomol komitəsinin katibi seçilib. 1984-cü ilin may ayında İsmayıllı rayon komsomol komitəsinin ikinci katibi seçilmişdir. 1986-cı ildə o, rayon partiya komitəsinin təşkilat komitəsinin təlimatçısı vəzifəsinə irəli çəkilib. 1988-ci ilin avqust ayında Hacıhətəmli kənd orta məktəbinin direktoru təyin edilmişdir.
Rasim Şərifov smayıllı rayon Xalq Cəbhəsinin rəhbəri kimi olmuşdur.
Rasim Şərifov 27 may 1992-ci ildə İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilmiş[1], 20 avqust 1993-cü ildə isə həmin vəzifədən azad edilmişdir[2].
1993–1998-ci illərdə ictimai-siyası fəaliyyətlə məşğul olmuşdur. 1998-ci ilin mart ayından "Olaylar" ekoloji araşdırmalar mərkəzinin direktoru, 2004-cü ildən "Ulu Xudafərin" jurnalının baş redaktoru işləmişdir. Milli Vəhdət Partiyasının üzvü, partiyanın icra aparatının rəhbəri olmuşdur. 1995, 2000 və 2005-ci illərdə Milli Məclisə seçkilərdə deputatlığa namizəd olmuşdur.
Rasim Şərifov uzun sürən xəstəlikdən sonra 12 yanvar 2018-ci ildə vəfat etmişdir[3].
Ailəsi
[redaktə | mənbəni redaktə et]Ailəlidir, 3 övladı var.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 "Şərifovun İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və M. B. Süleymanovun həmin vəzifədən azad edilməsi haqqında"[ölü keçid] Azərbaycan Respublikası Prezidentinin 27 may 1992-ci il tarixli, 791 nömrəli Fərmanı. e-qanun.az (az.)
- ↑ 1 2 3 "V. N. Rəhimovun İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və R. C. Şərifovun həmin vəzifədən azad edilməsi haqqında" Arxivləşdirilib 2018-08-09 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 20 avqust 1993-cü il tarixli, 727 nömrəli Fərmanı. e-qanun.az (az.)
- ↑ İsmayıllının sabiq icra başçısı vəfat edib. report.az, 12.01.2018 (az.)