Rauf Gülməmmədov — Vikipediya

Rauf Gülməmmədov
4 iyul 1992 – 3 iyul 1993
ƏvvəlkiAğasəlim Bağırov
SonrakıRafael Allahverdiyev
bayraq
Azərbaycan Respublikası Baş nazirinin müavini
bayraq2
23 aprel 1992 – 4 iyul 1992
Baş nazirFeyruz Mustafayev (1992)
Rəhim Hüseynov (1992-1993)
bayraq
Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini
bayraq2
1991 – 1992
İcra başçısıRüfət Ağayev
bayraq
Azərbaycan Ali Sovetinin XII çağırış deputatı
bayraq2
1990 – 199?
Seçki dairəsi20 sayılı
bayraq
Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrinin birinci müavini
bayraq2
28 iyun 1990 – 1991
SədrSənan Əlizadə
Sonrakıvəzifə ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 2 yanvar 1944(1944-01-02)
Doğum yeri
Vəfat tarixi 21 iyun 1999(1999-06-21) (55 yaşında)
Vəfat yeri
Təhsili

Rauf Məmməd oğlu Gülməmmədov (2 yanvar 1944, Kirovabad21 iyun 1999, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı (1992–1993), Azərbaycan Respublikası Baş nazirinin sabiq müavini, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sabiq birinci müavini, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı.

Rauf Gülməmmədov 2 yanvar 1944-cü il tarixində Gəncə şəhərində doğulmuşdur. Orta təhsilini Gəncədə 4 saylı orta məktəbdə, ali təhsilini isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda almışdır.

Rauf Gülməmmədov 1960–1963-cü illərdə Bakı Avtomobil Təmiri Zavodunun əvvəl fəhləsi, sonra isə çilingəri, 1967–1971-ci illərdə Nərimanov Rayon Mənzil İstismar İdarəsinin mühəndisi, 1971–1980-ci illərdə Binəqədi Rayon Mənzil İstismar İdarəsi rəisi, 1980–1982-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsinin rəisi, 1982–1984-cü illərdə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin İxtisaslaşdırılmış Təmir-Tikinti Trestinin müdiri, 1984–1989-cu illərdə Bakı Baş Mənzil İstehsalat İdarəsinin rəisi, 1989–1991-ci illərdə Bakı Baş Tikinti İdarəsinin rəisi vəzifəsində çalışmışdır.[1]

5 iyul 1993-cü il tarixindən 1997-ci ilədək Rauf Gülməmmədov Bakı Baş Tikinti İdarəsinin rəisi vəzifəsində çalışmışdır.

Rauf Gülməmmədov 21 iyun 1999-cu il tarixində Bakıda ölmüşdür.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rauf Gülməmmədov 1990-cı il seçkilərində 20 saylı seçki dairəsindən XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. O, həmçinin , Bakı Şəhər Xalq Deputatları Sovetinin də deputatı olmuşdur.

Rauf Gülməmmədov 1991–1992-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini daşımışdır.

Rauf Gülməmmədov 23 aprel 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Yaqub Məmmədovun 695 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin olunmuşdur.[2] O, 18 may 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin 751 nömrəli fərmanı ilə bu vəzifəyə yenidən təyin edilmiş,[3] təyinatı həmin gün Ali Sovet tərəfindən təsdiqlənmişdir.[4] Rauf Gülməmmədov 4 iyul 1992-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 31 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.[5]

Rauf Gülməmmədov 4 iyul 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 30 nömrəli fərmanına əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunmuşdur.[6] O, 3 iyul 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini icra edən Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyevin 664 nömrəli fərmanına əsasən vəzifəsindən azad edilmişdir.[7]

  1. Ҝүлмәммәдов Рауф Мәммәд оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. ISBN 5-89600-253-x.
  2. "Arxivlənmiş surət". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
  3. "Arxivlənmiş surət". 2020-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
  4. "Arxivlənmiş surət". 2021-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
  5. "Arxivlənmiş surət". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
  6. "Arxivlənmiş surət". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
  7. "Arxivlənmiş surət". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.