Rauf Süleyman — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Rauf Süleyman | |
---|---|
Rauf Süleyman Həsən oğlu Mirzəyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Atası | Həsənağa Mirzəyev |
Anası | Ətayə Əliyeva |
Fəaliyyəti | rejissor |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
İstiqamət | televiziya |
Mirzəyev Rauf Süleyman Həsən oglu (1944, Bakı) — rejissor.
Həyatı
[redaktə | mənbəni redaktə et]Rauf Süleyman Mirzəyev 1944-cü ildə Bakıda görkəmli teatrşünas Həsənağa Mirzəyev və Azərbaycan səhnəsinin ən səmimi ana obrazlarının ifaçısı, Azərbaycan SSR əməkdar artisti Ətayə Əliyevanın ailəsində dünyaya göz açıb.
Hələ kiçik yaşlarından teatr mühiti ilə əhatə olunduğundan sənət dünyasında hədsiz bir maraqla böyüyən Rauf Süleyman, orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə daxil olub.
Təhsil almaqla yanaşı, 1968-ci ildən Azərbaycan Televiziyasında mikrofon operatoru kimi işə başlayıb və beləcə bütün ömrünü televiziyaya bağlayıb.
Bütün rejissor kateqoriyalı dərəcələri keçib və 1997-ci ildə ali dərəcəli rejissor kimi fəaliyyətini davam etdirib.
Bu dövürdə Rauf Süleyman Mirzəyev Azərbaycan televiziyasının müxtəlif redaksiyalarında – "Ədəbi-dram verilişləri" baş redaksiyası, "Gənclik" redaksiyasında rejissor, ali dərəcəli rejissor kimi çalışmaqla - "İdrak", "Zəriflik", "Evrika", "Tələbə dünyası", "Dünyaya sevinc gərək", "Yeddi sual, yeddi cavab", "Ev sizin, sirr bizim", "Qurama" folklor toplusu, "İlham pərisi" kimi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan verilişlər hazırlayıb.
Sırada "Xoşbəxt adam", "Ömür ağacı", "Dostun evi könüllərdir", "Ədalət naminə", "Tariximiz", "Bəxtiyar Vahabzadə", dörd hissəli "Türk Dünyası – Qitədən-Qitəyə" televiziya filmlərini bir rejissor kimi yüksək sənətkarlıqla araya-ərsəyə gətirib.
Bunula yanaşı "Səslər muzeyi", "Ömrün axarı" kimi silsilə proqramlar efirin yaraşıqı olub.
Rauf-Süleyman Mirzəyevin hazırladığı Azərbaycan Televiziyasında ən uzun ömürlü proqramlardan biri olan həftəlik "Turan" verilişinin rejissorudur.
- Rejissor Ramiz Həsənoğlunun qardaşıdır.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Bəxtiyar Vahabzadə (film, 2003)
- Dostun evi könüllərdir (veriliş, 2007)
- Xoşbəxt adam (film, 1999)
- Ömür ağacı (film, 2002)
- Türk dünyası qitədən qitəyə (film, 2002)