Reçitativ — Vikipediya
Reçitativ — simmetrik ritmə tabə olmayan vokal musiqi forması və nəğməkar danışıq cinsi. Təbii nitqin intonasiya və ritmik şəklini ifadə edir.
Mətnin daha lirik olmasından və musiqi baxımından daha çox dolğunluq alaraq, forması genişlənməsindən aslı olaraq, reçitativ 3 cür olur:
- quru (secco)
- ahəngli (a tempo)
- nəğməkar
Hər üç növdə düzgün, dərrakəli deklamasiya böyük əhəmiyyətə malikdir.
Vokal musiqisində birindən digərinə keçərək 3 aralıq reçitativ növündən tez-tez istifadə edilir. Hər reçitativdə mətn nəsr formasında ola bilər.
Operalarda və oratoriyalarda reçitativ adətən quru akkompanimentlə müşayiət olunur və ariyalar arasında bağlayıcı rol oynayır. Reçitativlərdə dramatik hadisələr əks olunur, ariyalarda isə personajların ona olan emosional reaksiyası.
Quru reçitativ
[redaktə | mənbəni redaktə et]Quru reçitativin dörd rübündə bir ölçüsü var. Akkompaniment fiqurları olmayan fasiləli akkorddan ibarətdi və əhvali-ruhiyyənin ifadə etmir, ancaq müğənniyə tonallığ göstərişi verir və durğu işarələrini qeyd edir. Akkordlar əsasən reçitativin fasilə yerlərində götürülür. Bəzən aralarında fasilə olan iki cümlə arasına əhvali-ruhiyyəni ifadə edən fiquralı qısa riturnel qoyulur. Belə reçitativin çox az melodik məzmunu olur. Mətnin hər hecasına yalnız bir səs tələb olunur. Belə reçitativin Forması qeyri-müəyyəndir və tam olaraq mətndən asılı durumundadı. Müğənni onu sərbəst şəkildə ifadə edir, temp formasında yox. Tonallıqların əvəzlənməsi ixtiyaridi, amma ucqar tonallığlara tez tez və kəskin modulyasiyalar (əvəzləmə) etmək lazım deyil. Tonallığın dəyişikliyi mətnin fikir dəyişkliyi ilə uyğun gəlməlidir. Əgər reçitativin taktında akkord yoxdursa, onda kapelmeyster (xor kapellasının və ya orkestranın rəhbəri) dörd rübündə oynamır və yalnız bir çalma verir. Belə reçitativin vokal partiyası orta registrda yazılır, güclü dram əhvali-ruhiyyə məqamlarda bu registrdan çıxa bilər (yuxarıya və ya aşağıya)
Ahəngli reçitativ
[redaktə | mənbəni redaktə et]Ahəngli reçitativ (a tempo) 3/4, 4/4 və s. hesabda olur. Zəngin melodiyası olmayan reçitativin oxunuluşu zamanı, akkompaniment, dəyanılan yada ifa olunan akkord şəklində , başdan-başa gedir. Belə akkompanimentdə motiv, yəni rəsm, olmur. Forması qeyri-müəyyəndir, tonallıqların bir birini əvəzləməsi İxtiyaridi. Hər bir hecaya bir nota düşür. Belə reçitativ templə ifa olunur və dirijorluğu başdan-başa edilir.
Nəğməkar reçitativ
[redaktə | mənbəni redaktə et]Nəğməkar reçitativ reçitativin ən inkişaf etmiş formasıdı. Vokal partiyası melodik məzmunla fərqlənir. Bəzən bir hecaya iki və ya daha artıq səs düşə bilər. Ahəngli reçitativ kimi modulyasiya planı ilə məhdudlaşdırılmıyıb. Forması daha çox sərbəstdı. Əvvəlki reçitativlə ilə müqayisədə, akkompanimentin musiqi məzmunu həm harmoniya, həm də ritmik cəhətdən zəngindir, həmçinin burada bir fiqura (motiv) keçirilir.