Rezident nazir — Vikipediya

Rezident nazir — müəyyən bir ölkədə daimi olaraq yerləşən diplomatik nümayəndə. Bu şəxs həmin ölkədə diplomatik fəaliyyət göstərir və ölkəsinin maraqlarını təmsil edir. Rezident nazir daimi olaraq təmsil etdiyi ölkənin səfirliyində və ya diplomatik missiyasında fəaliyyət göstərir.[1]

Vəzifə və öhdəlikləri

[redaktə | mənbəni redaktə et]

Rezident nazirin vəzifə və öhdəlikləri geniş şəkildə ölkəsinin maraqlarını qorumaq və qarşılıqlı əlaqələri inkişaf etdirmək üzərində cəmlənir. Diplomatik nümayəndə təmsil etdiyi ölkənin dövlət başçısı, hökumətixarici siyasətinə dair məsələləri qarşı tərəflə müzakirə edir. O, ev sahibi ölkə ilə ikitərəfli münasibətlərin qurulmasına və möhkəmlənməsinə çalışır. Beynəlxalq müqavilələr, sazişlər və iqtisadi əməkdaşlıq kimi mühüm məsələləri müzakirə edir və bu proseslərdə ölkəsinin maraqlarını müdafiə edir. Rezident nazir ev sahibi ölkənin daxili və xarici siyasəti, iqtisadi vəziyyəti və ictimai prosesləri barədə təmsil etdiyi ölkəyə mütəmadi olaraq hesabatlar təqdim edir. Təmsil etdiyi ölkəyə strateji qərarlar qəbul etmək üçün vacib olan məlumatları toplayır. İki ölkə arasında müqavilələrin, sazişlərin, və rəsmi sənədlərin hazırlanmasına nəzarət edir və təmsil etdiyi ölkə adından razılaşmalar imzalayır. Beynəlxalq hüquq çərçivəsində ölkəsinin maraqlarını qoruyur və müqavilələrə uyğun olaraq razılaşmaların icrasını təmin edir. Ölkələr arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün ticarət, investisiya və işgüzar əlaqələri təşviq edir. İki ölkə arasında mədəni əlaqələri genişləndirmək üçün mədəni tədbirlərin, sərgilərin və layihələrin həyata keçirilməsinə dəstək olur. Böhran və fövqəladə vəziyyətlərdə təmsil etdiyi ölkənin vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görür.[2] Bu vəzifələr çərçivəsində rezident nazir həm iki ölkə arasında əlaqələrin inkişafına xidmət edir, həm də təmsil etdiyi ölkənin maraqlarını və vətəndaşlarını qorumaq üçün diplomatik və konsulluq xidmətləri göstərir.

  1. Wikisource Kisholm, Hyu, redaktorRezident // Britannika Ensiklopediyası. 23 (XI). Cambridge University Press. 1911. səh. 183.
  2. "Şimal Ərazisi Aktı 1863 № 23" (PDF). Cənubi Avstraliya hökuməti. 12 Noyabr 1863. 275 and 278–279. 24 February 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 May 2019.