Riçard Cons — Vikipediya
Riçard Cons | |
---|---|
ing. Richard Jones | |
Doğum tarixi | 1790[1][2][…] |
Vəfat tarixi | 26 yanvar 1855[3] |
Elm sahəsi | iqtisadiyyat |
İş yeri | |
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Riçard Cons (1790, Kent qraflığı, Royal-Tanbric-Uels – 26.1.1855, Hartfordşir qraflığı, Heyliberi) — ingilis iqtisadçısı.[4]
Həyatı
[redaktə | mənbəni redaktə et]1816-cı ildə Kembric Universitetini bitirmişdir. Keşiş və eyni zamanda əvvəlcə Londonda siyasi iqtisad professoru olmuş, T. Maltusun ölümündən sonra isə Heyliberidəki kollecdə onun siyasi iqtisad kafedrasına rəhbərlik etmişdir (1835-ci ildən). David Rikardonun təlimini tənqid etmişdir. İctimai istehsalın inkişafında kapitalizmə keçid fazası kimi baxmışdır. Belə ki, “yığılmış sərvət mülkiyyətçiləri” ilə “əsl fəhlələr” arasında antaqonizm yaratdığı üçün o, mütləq məhvə məhkumdur. Tarixi prosesi ilahi qüvvə tərəfindən idarə olunan zəif təkamül kimi təsvir edirdi.[4]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Cons ilk dəfə olaraq kapitalı həm “toplanmış ehtiyat”, həm də ictimai münasibət kimi nəzərdən keçirmişdir. O, kapitalın dəyər kəmiyyətini “köməkçi” (daimi) kapitala və “fəhlələrin saxlanılması üçün kapital”a ayırmış və Böyük Britaniyanın kənd təsərrüfatı üçün onların nisbətini 5:1 kimi hesablamışdır. Cons bu nisbətin artım tendensiyasını aşkar etməyə çalışmışdır. Cons renta nəzəriyyəsini torpaqların azalan məhsuldarlıq qanunundan ayırmış və hesab etmişdir ki, rentanın mütləq kəmiyyəti (onun milli gəlirdəki payı istisna olmaqla) digər gəlirlərin kütləsi azalmadan da arta bilər. O, kapital yığımının mənfəət normasından deyil, onun kütləsindən asılı olduğunu göstərmişdir.[4]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Beynəlxalq standart ad identifikatoru. 2012.
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Richard Jones // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 Riçard Cons// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 384. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.