Riot Games — Vikipediya
Riot Games, Inc. | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | məhdud məsuliyyətli cəmiyyət[d], filial |
Sənaye | videooyun sənayesi[d], proqram təminatı tərtibatı |
Məhsulları | League of Legends, League of Legends: Wild Rift, Legends of Runeterra, Valorant, video oyun |
Təsis tarixi | 2006 |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı |
|
Bölmələr | Riot Forge Riot Tabletop |
Ana şirkət | Tencent |
riotgames.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Riot Games — mərkəzi Los-Ancelesdə yerləşən videooyun istehsalçısıdır.[1][2][3] Şirkət oyunların yayımı və kiberidman turnirlərinin təşkili ilə də məşğuldur.[4][5][6] 2006-cı ildə Brandon Beck və Marc Merrill tərəfindən təsis edilmişdir.[7][8][9] "Riot Games"in istehsal etdiyi nüfuzlu oyunlar "League of Legends" və "Valorant"dır.[10][11]
Tarixi
[redaktə | mənbəni redaktə et]"Riot Games" 2006-cı ildə təşəbbüskar oyunçular Brandon Beck və Marc "Tryndamere" Merrill tərəfindən oyun şirkəti olmaq məqsədilə yaradılmışdır.[1] Şirkət bu məqsədlə ilk məhsulu kimi 2009-cu ilin oktyabrında "League of Legends" oyununu istifadəyə vermişdir.[1][12] 1 may 2012-ci ildə şirkət 5 milyon dollar mükafatlı Mövsüm 2 Çempionatını (Season 2 Championship) eSports turniniri elan etmişdir.[13]
Onların diqqətəlayiq təcrübəli işçiləri mövcuddur.[14][15] "Warcraft 3 Defense of Ancients" (digər adı ilə Dota) keçmiş işçilərindən olan Stiv "Guinsoo" Feak,[16][17] Defense of Ancients oyununun fansaytının qurucusu Stiv "Pendragon" Mescon, həmçinin də şirkətin işçi komandasının tərkibində Tom Cadwell də daxil olmaqla onlarla Blizzard heyətinin işçiləri mövcuddur.[18]
İnkişaf prosesi
[redaktə | mənbəni redaktə et]2011-ci ilin noyabr ayında dərc edilmiş tədqiqat hesabatlarına əsasən, 2011-ci ilin noyabr ayına qədər League of Legends oyununun oyunçularının sayı 32 milyona çatmışdır.[19] Bunların 11 milyonu aylıq aktiv oyunçulardırlar. Oyunun gündəlik ortalama oyunçu sayı isə 4,2 milyondur. 2012-ci ilin mart ayında League of Legends Koreya oyun bazarında I yerə yüksəlmişdir.[8][20] Aktiv oyunçularının təxminən 5%-i Tayvandadır. Bu, təxminən 1 milyonluq aktiv server (istifadəçi) deməkdir. League of Legends oyununun müvəffəqiyyətinin arxasında 2011-ci ildə qəbul etdiyi aqressiv böyümə dayanır.[21][22] Riot Games 2011-ci ildə 150 nəfərlik əlavə ştatlar açmış və komandasını təcrübəli işçilərlə daimi olaraq təkmilləşdirmişdir.[13][23]
İnvestorlar
[redaktə | mənbəni redaktə et]Riot Games, Venture Capital tərəfindən təmin edilən təxminən 1 milyon dollarlıq büdcə ilə League of Legends oyununu inkişaf etdirməyə başlamış[13] və ilk işdən sonra onu dəstəkləyən Benchmark Capital və FirstMark Capital kimi investorların sayəsində bu büdcə 8 milyon dollara çatmışdır[1].
Distribütor
[redaktə | mənbəni redaktə et]Riot Games League of Legends oyununun distribütor hüquqları üçün ilk mərhələdə Asiya, Avropa və Şimali Amerika regionlarında distribütor müqavilələri imzalamışdır.[13][24][25] Hal-azırda Avstraliya, Amerika, Türkiyə, Rusiya, Sinqapur, Malayziya, Braziliya, Tayland, Kanada, Koreya, Çin, Şimali və Cənubi Avropanı əhatə edən geniş şəbəkəyə malikdir.[26] Tencent Inc. adlı Çin şirkəti tərəfindən onlayn formada distribütorluğu həyata keçirilir. 14 iyul 2009-cu ildə League of Legends oyununun pulsuz olacağı elan edilmiş, lakin özündə əlavə kostyumlar, 20 kilidi açılmış personaj və 4 pulsuz rundan ibarət olan xüsusi versiyası da, 10 milyon dollara satışa təqdim edilmişdir.[27][28] Ancaq oyun pulsuz olaraq qalmağa davam etmişdir. Riot Games şirkətinin planı daimi olaraq oyuna məzmun (simvollar, runlr və s.) əlavə etməklə oyunu zənginləşdirmək idi.[29] Buna görə əvvəllərdə təxminən iki həftədən bir yeni çempionlar buraxmağa başladılar. Onlar Avropa sərhədləri daxilində lisenziya müqavilələri vasitəsilə Riot GOA ilə şərik oldular[30]. Avropanın ən böyük oyun serveri hesab olunan Orange's Content Division ilə əməkdaşlığa başladılar.[31] 13 oktyabr 2009-cu ildə Avropa serverlərinin qapıları oyunçuların üzünə açılmışdır. Beləliklə də, avropalı oyunçular Amerika serverlərində oynamaq problemindən xilas olmuşdular.[1][32]
19 iyul 2012-ci ildə Riot Games League of Legends oyununun Braziliya serverləri üçün qapalı beta sınaqlarına başlamışdır. Şirkət ilk gündəki inkişaf sürəti ilə oyunu inkişaf etdirməyə hələ də davam edir.[33]
2015-ci ilin dekabr ayından etibarən şirkət tamamilə Çinin Tencent Holdinq adlı şirkətinə satılmışdır.[13][34][35]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 Kollar, Phil. "The past, present and future of League of Legends studio Riot Games". Polygon (website). September 13, 2016. June 12, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 25, 2018.
- ↑ Kolan, Nick. "Ten League of Legends Games are Started Every Second". IGN. July 26, 2011. October 17, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 17, 2019.
- ↑ Jarvis, Matthew. "Riot Games to close Brighton office, relocate staff to Dublin HQ". MCV (magazine). March 8, 2016. October 17, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 17, 2019.
- ↑ LeJacq, Yannick. "How League Of Legends Enables Toxicity". Kotaku. March 25, 2015. September 26, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 24, 2020.
- ↑ GameCentral. "League Of Legends is still the biggest video game in the world". Metro (British newspaper). August 4, 2017. June 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 25, 2018.
- ↑ ""League Of Legends," The Most-Played PC Game In The World, Runs On The Same Open Hardware As Facebook". TechCrunch. January 25, 2013. June 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 25, 2018.
- ↑ "Arxivlənmiş surət". 2023-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-27.
- ↑ 1 2 Hess, Amanda. "How One Video Game Company Is Leading the Charge Against Online Harassment". Slate (magazine). May 16, 2014. June 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 25, 2018.
- ↑ Scimeca, Dennis. "Using science to reform toxic player behavior in League of Legends". Ars Technica. May 16, 2013. June 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 25, 2018.
- ↑ Russell, Jon. "Tencent Takes Full Control Of 'League Of Legends' Creator Riot Games". TechCrunch. December 17, 2015. June 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 25, 2018.
- ↑ Frank, Allegra. "Riot Games now owned entirely by Tencent". Polygon (website). December 16, 2015. April 7, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 25, 2018.
- ↑ Crecente, Brian. "The origin story of League of Legends". The Washington Post. October 27, 2019. November 16, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 9, 2020.
And in their minds, the Warcraft III mod didn’t clear the way just for the birth of a new genre of gameplay known as a multiplayer online battle arena or MOBA, it also proved the viability of a still relatively young concept in gaming: Games as a service.
- ↑ 1 2 3 4 5 Blakely, Lindsay; Helm, Burt. "Why Riot Games Is Inc.'s 2016 Company of the Year". Inc. (magazine). December 2016. May 25, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 25, 2018.
- ↑ Shea, Brian. "Riot Games Celebrates Ten Years By Announcing Huge League Of Legends Numbers". Game Informer. September 13, 2016. July 23, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 23, 2019.
- ↑ Crecente, Brian. "League of Legends is now 10 years old. This is the story of its birth". The Washington Post. October 27, 2019. November 16, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 20, 2020.
- ↑ Alexander, Leigh. "Riot Games Get a $7M Launch". Kotaku. July 10, 2008. June 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 25, 2018.
- ↑ Brice, Kath. "Riot Games secures $8 million investment". GamesIndustry.biz. September 10, 2009. June 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 25, 2018.
- ↑ Crecente, Brian. "The origin story of League of Legends". The Washington Post. October 27, 2019. November 16, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 26, 2020.
"We originally just wanted to be a game developer, but then when we talked to publishers at the time they were like, 'Wait, you're not going to have single player (gameplay) and you want the game to be free and virtual? What are you talking about?" Merrill said.
- ↑ LeJacq, Yannick. "How League Of Legends Enables Toxicity". Kotaku. March 25, 2015. September 26, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 24, 2020.
- ↑ Scimeca, Dennis. "Using science to reform toxic player behavior in League of Legends". Ars Technica. May 16, 2013. June 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 25, 2018.
- ↑ GameCentral. "League Of Legends is still the biggest video game in the world". Metro (British newspaper). August 4, 2017. June 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 25, 2018.
- ↑ ""League Of Legends," The Most-Played PC Game In The World, Runs On The Same Open Hardware As Facebook". TechCrunch. January 25, 2013. June 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 25, 2018.
- ↑ Pereira, Chris. "Riot Games Moving to Huge New Campus in 2015". IGN. November 8, 2013. November 8, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 8, 2013.
- ↑ Alexander, Leigh. "Riot Games Get a $7M Launch". Kotaku. July 10, 2008. June 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 25, 2018.
- ↑ Brice, Kath. "Riot Games secures $8 million investment". GamesIndustry.biz. September 10, 2009. June 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 25, 2018.
- ↑ "Offices". Riot Games. June 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 25, 2018.
- ↑ "Company Overview of Riot Games, Inc". Bloomberg L.P. June 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 25, 2018.
- ↑ Schreier, Jason. "The World's Biggest Game Company Just Keeps Getting Bigger". Kotaku. May 24, 2018. June 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 25, 2018.
- ↑ Crecente, Brian. "League of Legends Developers Are Working on a New Game". Rolling Stone. October 13, 2017. November 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 20, 2017.
- ↑ Wawro, Alex. "Acquired by Riot, Radiant shuts down Rising Thunder". Gamasutra. March 8, 2016. July 7, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 7, 2018.
- ↑ McWhertor, Michael. "Riot Games acquires Rising Thunder and Stonehearth studio Radiant Entertainment". Polygon (website). March 8, 2016. June 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 25, 2018.
- ↑ Kolan, Nick. "Ten League of Legends Games are Started Every Second". IGN. July 26, 2011. October 17, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 17, 2019.
- ↑ Jarvis, Matthew. "Riot Games to close Brighton office, relocate staff to Dublin HQ". MCV (magazine). March 8, 2016. October 17, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 17, 2019.
- ↑ Russell, Jon. "Tencent Takes Full Control Of 'League Of Legends' Creator Riot Games". TechCrunch. December 17, 2015. June 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 25, 2018.
- ↑ Frank, Allegra. "Riot Games now owned entirely by Tencent". Polygon (website). December 16, 2015. April 7, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 25, 2018.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- ggChronicle. Riot Games Office Tour with Chobra. YouTube. October 13, 2012. 2021-10-30 tarixində arxivləşdirilib.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- riotgames.com/en — Rəsmi saytı